Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-53/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 14.08.2017-ci il tarixli, 2(105)-2115/2017 nömrəli icra sənədi əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2022ci il tarixli, 8(060)-65/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2115/2017 saylı, 14.08.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2115 saylı,14.08.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 25000 ABŞ dolları tutularaq Tələbkar verilməlidir. İcra sənədi 29.10.2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və həmin tarixdə müvafiq qaydada “İcraata başlamaq haqqında” qərar qəbul edilərək icra hərəkətlərinə başlanılmış və könüllü icra üçün bildiriş Borclu qeydiyyatda olduğu Sumqayıt ş, məhəllə-40, Bakı k, ev-195, mən-100 ünvanına göndərilmişdir. Borclu borc tələbini könüllü təmin etmədiyi üçün aidiyyatı qurumlara sorğular verilmiş, lakin tələbin yönəldilməsi mümkün olan əmlak və gəlir aşkar edilməmişdir. Borclu icra sənədində göstərilən öhdəliyini yerinə yetirməmiş və zəruri icra tədbirlərinin görülməsinə zərurət yarandığı üçün Nəsimi Rayon Məhkəməsinin 8(006)-674 saylı, 19 sentyabr 2018-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu 31.10.2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə dəvət olunaraq izahatı alınmış,Borclu borcunu birdəfəyə ödəyə bilməyəcəyini və hissəvi ödəniş çıxarılmasını xahiş etmişdir. Borclu 09.04.2019-cu il tarixdə yenidən Sumqayıt şəhəri üzrə İcra idarəsinə dəvət olunaraq izahatı alınmış və izahatında 2018-ci il dekabr ayından ödənişlər etməyə başladığını bildirmişdir. Borclu 01 (bir) il müddətində ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Nəsimi Rayon Məhkəməsinin 8(006)-674 saylı, 19 sentyabr 2018- ci il tarixli qərardadı üzrə 19.09.2019-cu il tarixdə 01 (bir) il müddəti tam olduğu üçün Borclu üzərindən həmin məhdudlaşdırılma götürülmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-579 saylı, 14.10.2019-cu il tarixli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2115 saylı,14.08.2017ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 23.09.2019-cu il tarixli təqdimat təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2115 saylı, 14.08.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar zərurət yarandığı üçün Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Ona görə də hesab edir ki, xx.xx.1969-cu ildə Lerik rayonunda anadan olmuş, Sumqayıt şəhəri, 9-cu mkr, M.Cəlal k, ev-51, mən-42 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 8(060)-65/2022 saylı qərardadı ilə təqdimat edilmiş iş üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bu qərardaddan Borclu şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 65/2022 saylı 03.02.2022-ci il tarixli qərardadının ləğv edilməsi, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 8(060)-65/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 8(060)-65/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» AR Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verimiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Daha öncə qeyd olunduğu kimi icra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2115 saylı,14.08.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 25000 ABŞ dolları tutularaq Tələbkar verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, icra sənədi 09.01.2018-ci ildə icraata daxil olsa da, borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmişdir. İcra məmurunun təqdimatı isə kifayət qədər əsaslandırılmışdır və qanuni qüvvəyə minmiş məhkəmə aktının operativ icra edilməsinin təmin olunmasına yönəldilmişdir. İcra sənədi üzrə Tələbkar məhkəməyə ünvanladığı borclunun şikayətinə etirazında şikayətin heç bir hüquqi əsası olmadığını, formal mülahizələrə əsaslanaraq, icra sənədi üzrə icraatın əsassız şəkildə uzadılmasına xidmət etdiyi qeyd etmiş, əlavə olaraq bildirmişdir ki, borclu ümumi borcdan ona yalnız 1100 manat ödəniş etmişdir. Bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.1-ci maddəsinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi əsaslandırılmış təqdimatı haqlı olaraq təmin etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, icra sənədi üzrə borclunun şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 8(060)- 65/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İcra sənədi üzrə Borclu şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 8(060)-65/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-53/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-53/2022
26.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver