Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-53/2025 14.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Maraqlı şəxs icra X15nın hərəkətsizliyindən borclu X10 tərəfindən verilmiş şikayətə dair iş üzrə (Açar sözlər: icra məmurunun hərəkətsizliyindən şikayət) X1 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-116/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu X10 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Borclu X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs İcra X15 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-100/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar Şahmarova (Qasımova) Könül Adıgözəl qızına borclu olduğu aliment borcunun silinməsi və icra sənədinin icrasına xitam verilməsi barədə ərizənin təmin olunmasından imtinası barədə hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Şikayət onunla əsaslandırılmışdır ki, o, Sumqayıt Şəhər Məhkəməsinə 2014-cü il tarixində cavabdeh Şahmarova (Qasımova) Könül Adıgözəl qızı ilə aralarında bağlanmış xx.xx.2002-ci il tarixli nikahın pozulması və nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X2 və xx.xx.2004-cü il təvəllüdlü X3 onun yanında saxlanılması ilə bağlı qətnamə qət edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-100/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, X10 ilə Şahmarova (Qasımova) Könül Adıgözəl qızı arasında xx.xx.2002-ci il tarixdə Sumqayıt Nikah evində bağlanmış 152 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X3 anaları Şahmarova (Qasımova) Könül Adıgözəl qızının yanında qalması, X6 Şahmarova (Qasımova) Könül Adıgözəl qızının xeyrinə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq, ayda hər bir uşağa görə 108 manat olmaqla ümumilikdə 216 (iki yüz on altı) manat sabit pul məbləğində alimentin tutulması, qalan hissədə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Sumqayıt şəhər üzrə İcra idarəsinə göndərilmişdir. Həmin icra sənədi üzrə cavabdehə müəyyən müddət ərzində aliment ödəsə də, sonradan aliment ödəməyi dayandırmışdır. Buna səbəb birgə nikahdan doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X3 nikah pozulduqdan sonra onun yanında yaşamaları olmuşdur. Həmin faktı Sumqayıt şəhər İcra Hakimiyyəti MKS təsərrüfatı istehsalat birliyinin 16 saylı MKS-nin və qonşularının tərtib etdiyi xx.xx.2024-cü il tarixli akt da təsdiq edir. Həmçinin, birgə nikahlarından doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X7 da məhkəmə qaydasında nikah pozulduqdan sonra cavabdehin deyil onun himayəsində yaşadıqlarını təsdiq edə bilərlər. Bununla əlaqədar Maraqlı şəxsnə rəsmi qaydada ərizə ilə müraciət edərək, həmi icra sənədi üzrə aliment borcunun silinməsi və icra sənədinin icrasına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs İcra X15 tərəfindən ərizənin təmin olunmasından imtina olunmuş və ona ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, " Sizin ərizənizə cavab olaraq bildirilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-100/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Sizdən xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Borclu Adigözəl qızının xeyrinə ödənilməlidir. Bildirilir ki, icra sənədi üzrə yığılmış aliment borcunun silinməsi barədə qərar qəbul etmək səlahiyyətimiz yoxdur. Bununla bağlı müvafiq məhkəməyə müraciət edə bilərsiniz ". Hazırda icra məmurunun hərəkətləri ilə razı olmadığına görə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-116/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim A.Behbudova) Maraqlı şəxs icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və əsassız olaraq hesablanmış aliment borcunun silinməsi barədə borclu X10 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırılb ki, iş materiallarından göründüyü kimi, borclu tərəfindən İcra İdarəsinə müraciət edilmiş və aliment borcunun silinməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətlərinin olmaması və müvafiq məhkəməyə müraciət edilə biləcəyi bildirilmişdir. Eyni zamanda, məhkəmə qeyd edib ki, borclunun şikayət ərizəsində göstərdiyi hesablanmış aliment borcunun silinməsi hissəsi iddia icraatı qaydasında baxılmalı məsələdir və hazırki şikayətlə bir icraatda baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə məhkəmə hesab edib ki, icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.
5. Bu qərardaddan borclu X10 şikayət verərək, qərardadın ləğv olunmasını və Maraqlı şəxs icra X15nın hərəkətsizliyindən borclu X10 tərəfindən verilmiş şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-116/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.2, 27.1, 29.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2, 263-264-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
8. Borclu şikayətini onunla əsaslandırıb ki, məhkəmənin ərizə üzrə gəldiyi nəticə əsassızdır. Belə ki, işə baxan məhkəmə qərardadı onunla əsaslandırıb ki, “borclu tərəfindən İcra İdarəsinə müraciət edilmiş və aliment borcunun silinməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətlərinin olmaması bildirilmiş və müvafiq məhkəməyə müraciət edilə biləcəyi bildirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, borclunun şikayət ərizəsində göstərdiyi “hesablanmış aliment borcunun silinməsi” hissəsi iddia icraatı qaydasında baxılmalı məsələdir və hazırki şikayətlə bir icraatda baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilənləri əsas tutaraq məhkəmə hesab edir ki, Maraqlı şəxs icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və əsassız olaraq hesablanmış aliment borcunun silinməsi barədə borclu X10 tərəfindən verilmiş şikayət ərizəsi təmin olunmamalıdır”. Məhkəmənin qeyd olunan mövqeyi qanunsuz və əsassızdır. Belə ki. o iddia icraatı qaydasında 2024-cü il tarixində rəsmi qaydada iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Borclu qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb etməklə "aliment borcunun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4451/2024 saylı qərardadı ilə göstərilən iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardadda məhkəmə gəldiyi nəticəni onunla əsaslandırıb ki, “Alimentin hesablanma tarixi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsbit olunmuşdur və iddiaçının tələbi məhz həmin tarixdən etibarən icra məmuru tərəfindən hesablanan borcun silinməsi ilə bağlıdır. İddiaçı 2015-ci il tarixindən övladlarının onun yanında qalmalarını bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Belə ki, qanunvericiliklə şəxsin aliment borcundan tam və ya qismən azad edilməsi ilə bağlı iddialara iddia icraatı qaydasında da baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi durumu və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı, ümumiyyətlə, icra məmuru tərəfindən borcun hesablanması ilə razı deyil və onun borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Məhkəmə hesab edir ki, iddia ərizəsində irəli sürülən tələb məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələdir. Qeyd olunanlara əasən məhkəmə iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
12. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.2. Qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Maddə 399. birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Apellyasiya baxışının hədləri
14. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-116/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
15. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-116/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıran məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 116/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilərək, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
17. Öyrənilən işdən müəyyən edildi ki, X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs İcra X15 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-100/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar Şahmarova (Qasımova) Könül Adıgözəl qızına borclu olduğu aliment borcunun silinməsi və icra sənədinin icrasına xitam verilməsi barədə ərizənin təmin olunmasından imtinası barədə hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
18. Yenə işin araşdırılan hallarından bəlli olur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-100/2015 saylı qətnaməsi ilə X10 ilə Şahmarova (Qasımova) Könül Adıgözəl qızı arasında xx.xx.2002-ci il tarixdə Sumqayıt Nikah evində bağlanmış 152 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X7 ananın Şahmarova (Qasımova) Könül Adıgözəl qızının yanında qalması, X6 Şahmarova (Qasımova) Könül Adıgözəl qızının xeyrinə xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq, ayda hər bir uşağa görə 108 manat olmaqla ümumilikdə 216 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur.
19. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Hazırda borclu Tahir Şahmarov yuxarıda qeyd olunan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək son nəticədə icra sənədi üzrə aliment borcunun silinməsi və icra icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyası iş üzrə birinci insatansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq, mövqeyini aşağıdakı şəkildə əsaslandırır.
21. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən X8 göndərilmiş xx.xx.2025-ci il tarixli, 145/46 nömrəli məlumatda borcluya icra idarəsinin borclu olduğu icra sənədi üzrə yığılmış aliment borcunun silinməsi barədə qərar qəbul etmək səlahiyyətlərinin olmaması bildirilmiş və müraciətlə bağlı müvafiq məhkəməyə müraciət etmə hüququ izah olunmuşdur.
22. Eləcə də işə baxan məhkəmə qeyd etmişdir ki, borclunun şikayət ərizəsində göstərdiyi “hesablanmış aliment borcunun silinməsi” hissəsi iddia icraatı qaydasında baxılmalı məsələdir və hazırki şikayətlə bir icraatda baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır.
23. Məhkəmənin bu mövqeyilə bağlı kollegiya qeyd edir ki, eyni məhkəmənin icraatında olmuş və iş materiallarına əlavə edilmiş (şikayətə əlavə olunmuş) xx.xx.2024-cü il tarixli, 2(060)-4451/2024 nömrəli qərardaddan görünür ki, Tahir Şahmarov eyni tələblə bağlı daha əvvəl iddia icraatı qaydasında məhkəməyə müraciət etmiş və sonda iş üzrə icraata xitam verilmişdir.
24. Əlavə olaraq araşdırılan işdən görünür ki, işə baxmış məhkəmə tərəfindən aidiyyəti icra işi tələb edilib öyrənilməmiş, verilmiş icra sənədinin icra olunmamasının əsl səbəbləri araşdırılmamışdır.
25. Bundan əlavə, araşdırılan işdən həm də müəyyən olunur ki, hər iki tərəf birinci instansiya məhkəməsinin icraatı zamanı dindirilsə də, tələbkar K.Şahmarovaya (Qasımovaya) uşaqların nə vaxtdan tələbkarın yanında olması istiqamətində suallar verilməmiş, sonuncu borclunun 2018-ci ildən aliment ödəmədiyini bildirmişdir. Onsuz da alimentin uzun müddətdir ödənilməməsi işin mübahisəsiz halıdır. Bu iş üzrə əsas araşdırma alimentin ödənilməməsinin əsas səbəbini (borclunun xəstəliyi, maddi durumunun pisləşməsi, uşaqların uzun illərdir daimi olaraq tələbkarın yanında yaşamaması və ya digər üzrlü səbəblər) müəyyən etməkdir. Yəni göstərilən hallardan hər hansı biri olduğu halda hansı icraat qaydasında işə baxılması müəyyən olunmalıdır.
26. Lakin araşdırılan işdən görünür ki, qeyd olunan istiqamətdə lazımınca araşdırma aparılmamışdır. Ona görə də kollegiya qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-116/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilərək, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
27. Göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
28. Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı
Qərara aldı:
Borclu X10 tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-116/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə və ona əlavə olunmuş sənədlər işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.