Məhkəmə qərarları › İş №8(105)-54/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-54/2024

14.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-54/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X8 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, borclu X4 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X5 tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, **-DS-*** dövlət qeydiyyat nişanlı, “X9” minik markalı avtomobilin satışından X5 tərəfindən əldə edilmiş 15000 manatın ½ hissəsi olan 7500 manat cavabdeh X3 alınaraq iddiaçı Maraqlı şəxs verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdeh X5 tərəfindən 90-NK 818 dövlət qeydiyyat nişanlı və **-RP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin satışından əldə edilmiş (15000+20000=35000, 35000:2=17500) 35000 (otuz beş min) manat ½ hissədə tərəflər arasında bölünsün və həmin məbləğ 17500 (on yeddi min beş yüz) manat cavabdeh X3 alınaraq iddiaçı Maraqlı şəxs verilməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh X4 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. X2 ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən hər ay hissə-hissə olmaqla 250 manat ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, hazırda onun həmin məbləği bir dəfəyə ödəmə imkanı yoxdur. Aylıq gəliri bütünlüklə birgə nikahdan olan xəstə övladının müalicəsinə sərf olunur. Həmin pulun müqabilində mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini qarşı tərəfə təklif etsə də, o bununla razı olmamışdır. Mülkiyyətində olan torpaq sahəsinin satılaraq əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsinə yönəldilməsini etiraz etmədiyini dəfələrlə icra məmuruna bildirmişdir. Lakin bu istiqamətdə heç bir tədbir görülməmişdir. Aylıq gəliri 750 manat məbləğindədir. Hazırda bu məbləğdən 350 manat aliment üçün ödəniş edilir, qalan aylıq maaşın 250 manat məbləğini borcun ödənilməsi üçün verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003cü il tarixli qərarına əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Göründüyü kimi qətnamənin hissə-hissə icra edilməsi məsələsi apellyasiya məhkəməsi tərəfindən deyil, birinci instansiya məhkəməsi tərəfindən həll olunmalıdır. Lakin X2 qətnamənin hissə-hissə icra edilməsi məsələsi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231.3., 263, 264, 365, 372, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ X1 ərizəsi geri qaytarılsın və ərizəçinin bu məsələ ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etmək hüququ istisna deyil. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar