Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-55/2023 15.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə X1 Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 2(012)-121/2019 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə vəsatətinin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-187/2023 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu X2 Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 2(012)-121/2019 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə vəsatət ilə məhkəməyə müraciət edərək, həmin qətnaməyə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbas küçəsində yerləşən 19 saylı fərdi evə tutmanın yönəldilməsinin 1 (bir) il müddətinə təxirə salınma barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 2(012)-121/2019 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ASC-nin cavabdeh X7 qarşı iddiası qismən təmin edilmiş, iddiaçı Tələbkar ASC ilə X9 arasında bağlanmış 11 noyabr 2014cü il tarixli, 4-G-1-0-1299-14, 6- Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə 22 dekabr 2016-cı il tarixli əlavə saziş ləğv edilmiş, X4 əsas kredit borcuna görə 40196.96 manat, faiz borcu 21514,58 manat, cərimə borcu üzrə 20 manat olmaqla, cəmi 61731.54 qəpik məbləğində kredit borcuna görə pul, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi rüsumuna görə 20 manat, cəmi 35 manat məhkəmə xərcinə görə pulun tutulub Tələbkar ASC-yə ödənilməsi, tutmanın kreditinin təminatı olan X6 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0,10 ha torpaq sahəsinin üzərində yerləşən 95,3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 110000 (yüz on min) manat müəyyən edilməsi, həmin evin X9 tərəfindən boşaldılması və açıq hərracda satılması, satışdan əldə olunan pulun tələbin təmin edilən hissəsində banka ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(105)-1553/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçı Tələbkar ASC ilə X9 arasında bağlanmış 11 noyabr 201cü il tarixli, 4-G-1-0-1299-14, 6-Z1G1- 6-0-1624-15 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə dekabr 2016- cı il tarixli əlavə saziş ləğv edilmiş, X4 əsas kredit borcuna görə 40196.96 manat, faiz borcu 21514,58 manat, cərimə borcu üzrə 20 manat olmaqla, cəmi 61731,54 manat məbləğində kredit borcuna görə pul, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi rüsumuna görə 20 manat, cəmi 35 manat məhkəmə xərcinə görə pulun tutulub Tələbkar ASC-yə ödənilməsi, tutmanın kreditinin təminatı olan X6 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0,10 torpaq sahəsinin üzərində yerləşən 95,3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 118000 (yüz on səkkiz min) manat müəyyən edilməsi, həmin evin X9 tərəfindən boşaldılması və açıq hərracda satılması, satışdan əldə olunan pul tələbinin təmin edilən hissəsində banka ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(105)-1553/2020 saylı qətnaməsi AR Ali Məhkəməsinin 2(102)-2092/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Borclu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən 19 saylı fərdi evində yaşayır. Yuxarıda adı çəkilən məhkəmə aktına əsasən tutma yönəldikdən 1 ay sonra həmin fərdi yaşayış evindən çıxarılmalıdır. Onun yeganə yaşayış yeri Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən 19 saylı fərdi evdir. Qış vaxtında evdən ailə üzvləri ilə birlikdə çıxarılmaqları onların küçələrdə yaşamaqlarına səbəb olacaqdır. İddiaçı İ tip ağır formalı şəkər xəstəsidir (şəkərli diabet). Onun himayəsində azyaşlı uşaqları vardır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-187/2023 nömrəli qərardadı ilə X1 Abşeron rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 2(012)-121/2019 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə vəsatəti təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva). Həmin qərardaddan X3 şikayət verərək Abşeron Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 8(012)-187/2023 saylı qərardadının ləğv edilməsi, Abşeron rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 2(012)-121/2019 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə vəsatətin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Abşeron rayon Məhkəməsinin 27 mart 2023-cü iltarixli, 8(012)-187/2023 saylı qərardadını qəbul edərkən Mülki Prosessual Məcəllənin 23-ci və AR Konstitusiya Məhkəməsi Plenumunun “AR MPM-nin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarına və AR Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarına” istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, vəsatətin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qanunun tətbiqində yanlışlığa yol vermişdir. Hesab etmişdir ki, qətnamənin icrasına möhlət verilərkən ipoteka saxlayanın razılığı mütləq lazımdır. İpoteka haqqında qanunun 39.4-cümaddəsi hakimin gəldiyi nəticə ilə ziddiyyət təşkil edir. Belə ki, İpoteka haqqında Qanunun 39.5-ci maddəsinə görə “İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsi, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi, icra üsulunun və qaydasının dəyişdirilməsi zamanı ipoteka saxlayanın razılığı tələb edilmir”. Qeyd edilən hüquq norması qəti şəkildə müəyyən etmişdir ki, ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və həmin yaşayış yeri ipoteka ilə yüklü edildikdə məhkəmə ipoteka qoyanın vəsatəti ilə tutmanın yönəldilməsini 1 il müddətə təxirə sala bilər. Hüquq normasının bu tələbinə məhkəmə əməl etməmiş, vəsatəti rədd edərkən rəhbər tutduğu qanunun norması ilə ziddiyyət təşkil edən hüquq normasına istinad etmişdir. Nəticədə əsassız, qərəzli qərardad qəbul etmişdir. Bu da məhkəmə qətnaməsi haqqında Ali Məhkəmə Plenumunun xx.xx.2005-ci il tarixli, 4 nömrəli qərarının 12-ci bəndinə ziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)- 187/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi borclunun qətnamənin icrasına möhlət verilməsinə dair müraciətini vəsatətdə qeyd edilən əsasların vəsatətin təmin edilməsi üçün əsas hesab edilmədiyi, belə ki, vəsatətin təmin edilməsinin mülkiyyətçi olaraq tələbkarın öz əmlakından istifadəsini mümkünsüz etməsi və nəticə etibarı ilə əmlakına münasibətdə mülkiyyətçinin mənafelərinin pozulması, üç ildən artıq müddətdə hələ də qətnamənin icrasız qalması əsası ilə təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. İş materiallarından görünür ki, ərizəçinin icrasına möhlət verilməsini xahiş etdiyi Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 2(012)-121/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə cavabdeh X9 arasında bağlanmış 11 noyabr 2014-cü il tarixli 4-G-1-0-1299-14, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə 22 dekabr 2016-cı il tarixli əlavə sazişin ləğv edilməsi, X4 əsas borca görə 40196,96 manat, faiz borcuna görə 21 514,58 manat, cərimə borcu üzrə 20 manat olmaqla, cəmi 61 731,54 qəpik məbləğində kredit borcuna görə pul, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi rüsumuna görə 20 manat cəmi, 35 manat məhkəmə xərcinə görə pulun tutulub "xxxx" ASC-yə ödənilməsi, tutmanın kreditin təminatı olan X6 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0,10 ha torpaq sahəsinin üzərində yerləşən 95,3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 110 000 manat müəyyən edilməsi, həmin evin X9 tərəfindən boşaldılması və açıq hərracda satılması, satışdan əldə edilən pulun iddia tələbinin təmin edilən hissəsində banka ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 145 manatın cavabdeh X4 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Göründüyü kimi, icrasına möhlət verilməsi xahiş edilən qətnamə xx.xx.2019-cu il tarixdə qəbul edilmiş, hazırkı ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, qətnamənin qəbul edilməsindən 3 ildən artıq müddət keçmiş, bundan sonra borclu 1 il möhlət verilməsini xahiş etmişdir. Vəsatətdən də görünür ki, borclu qətnamənin icrasına möhlət verilməsini xahiş etsə də, bunu əsaslandıra bilməmişdir. Borclunun qeyd etdiyi hal qətnamənin icrasına möhlət verilməsinə əsas verən müstəsna hal sayıla bilməz. "İcra haqqında" Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyul 2014-cü il tarixli qərarında göstərilir ki, "Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. Mülki Prosessual Məcəllənin 231.5.maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hisə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X11 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X11 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Qanunvericilik normalarından da göründüyü kimi, qətnamənin icrasına möhlət verilərkən borclu ilə yanaşı tələbkarın da manefeyi qorunmalıdır. Hazırkı halda isə məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan 3 ildən artıq müddət keçməsinə baxmayraq qətnamə icra edilmədiyi halda, yenidən 1 il möhlət verilməsi tələbkarın qanunla qorunan hüquqlarını pozur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclunun göstərdiyi dəlillər yuxarıda sadalanan qanunvericilik normalarına əsasən qətnamənin icrasına möhlət verilməsi üçün əsas sayıla bilməz. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu X6 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-187/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-55/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-55/2023
15.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver