Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-55/2025 21.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-853/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətin yazılı icraat qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli qərardadı ilə (A.Behbudova) X1nun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 378/2023 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. X1 həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-853/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayət elektron qaydada verilmədiyi və prosessual müddət ötürülməklə verildiyindən şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. X1 14 yanvar 2025-ci il tarixli geri qaytarma qərardadından şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-853/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayət elektron qaydada verilmədiyi üçün ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. X1 26 fevral 2025-ci il tarixdə hər üç qərardadlardan (xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli) birgə şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərardadlarından X1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Məhkəmə kollegiyası borclu tərəfindən verilmiş şikayətlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, ərizənin təmin edilməməsi barədə 10 dekabr 2024-cü il tarixli qərardaddan şikayəti 14 yanvar 2025-ci il tarixdə geri qaytararkən aşağı instansiya məhkəməsi şikayətin kağız daşıyıcıda verilməsi və prosessual müddəti ötürməsinə əsaslansa da, həmin qərardadla razılaşmayan X6in 14 yanvar 2025-ci il tarixli qərardadından verdiyi şikayəti isə 07 fevral 2025-ci il tarixdə elektron qaydada uyğun olmaması əsası ilə geri qaytarılmışdır. X6 26 fevral 2025-ci il tarixdə şikayətlə məhkəməyə yenidən müraciət edərək 10 dekabr 2024-cü il tarixli qərardadın müddətinin ötürülməmiş hesab edilməsi, həmin qərardaddan verilmiş şikayətin geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli qərardadlarının ləğv edilərək möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məlum olduğu kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Lakin mövcud şikayətə baxan aşağı instansiya məhkəməsi ilk növbədə qeyd olunan şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunu (forma və məzmun) yoxlamalı və bundan sonra həmin tələblərə cavab verən şikayətə MPM-nin 269.3-cü maddəsinin tələbinə əsasən baxmalı olduğu halda, qanunvericiliyin tələblərinə əməl etməmişdir. Halbuki X6 hər üç qərardadı vahid şikayətdə mübahisələndirməklə, məhkəmənin 14 yanvar və 07 fevral 2025-ci il tarixli hər iki geri qaytarma qərardadlarındakı (şikayətin elektron forması və müddətin bərpası barədə ərizə) nöqsanları aradan qaldırmaqla yenidən müraciət etmişdir. Qeyd olunan şikayətə baxan aşağı instansiya məhkəməsi isə işin bu halını nəzərə almamış, 14 yanvar və 07 fevral 2025-ci il tarixli qərardadlara qiymət verməklə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərməklə nəticədə 10 dekabr 2024-cü il tarixli qərarddad və burxılmış prosessual müddətlə bağlı vəsatət müzakirədən kənarda qalmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual müddətin bərpasına dair vəsatətin nəticəsindən asılı olaraq 10 dekabr 2024-cü il tarixli qərardada baxıldığı halda, 14 yanvar və 07 fevral 2025-ci il tarixli qərardadlarla bağlı şikayətə baxılması zərurəti aradan qalxmış olur. Nəzərə alınmalıdır ki, əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəməsi tərəfindən MPM-nin 133-cü və 269-cu maddələrinin tələblərinə riayət edilmədən, apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, X6 03 fevral 2025-ci il tarixdə 14 yanvar 2025-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, 10 dekabr 2024-cü il tarixli qərardadından şikayət vermə müddətinin ötürülməmiş hesab edilməsini xahiş etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi 14 yanvar 2025-ci il tarixli qərardadından şikayətə baxmalı olduğu halda, 07 fevral 2025-ci il tarixli qərardadında 10 dekabr 2024-cü il tarixli qərardadından şikayətə baxıldığını qeyd etməklə də səhvə yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, X1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 133, 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ X1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 133, 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-55/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-55/2025
21.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver