Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-56/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi haqqında icra sənədi üzrə tələbkar “xxxx” MMC-nin şikayətinə dair Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-22/2021 saylı qərardadından “xxxx” MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-1127/2018 saylı, xx xxxx 2018ci il tarixli icra sənədinə əsasən X1 cəmi 170 manat borc tutularaq tələbkar “xxxx” LTD MMCyə ödənilməlidir. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə “İcra Haqqında Qanun”un 85 və 23.1.3-cü maddələrinə əsasən icra sənədi Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır. İşdə olan şikayətdən görünür ki, hazırda ləğv edilməsi tələb olunan qərarın tarixi tələbkar tərəfindən şikayətin giriş hissəsində düzgün olaraq xx xxxxxxxx 2020-ci il göstərilsə də, xahiş hissəsində səhv olaraq xx xxxxxxx 2020-ci il göstərilmişdir. İşin tədqiq olunan hallarından görünür ki, həmin qərar Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Natiq Müslimov tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə qəbul edilmişdir və bu qərarla icra sənədi məhkəməyə qaytarılmışdır. Buna səbəb isə borclu Turan Hüseynovun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərinin aşkar edilməməsi olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-22/2021 saylı qərardadı ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun həmin qərarının ləğv edilməsi haqqında icra sənədi üzrə tələbkar “xxxx” MMC-nin şikayəti təmin edilməmişdir. Qərardaddan narazı qalan “xxxx” MMC ondan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-22/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : İcra sənədi üzrə tələbkar “xxxx” LTD MMC şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı əsassızdır. Şikayətin geri qaytarılmasına(?) səbəb kimi qərardadda şikayətə icra məmurunun mübahisələndirilən qərarının əlavə edilməməsi göstərilsə də, bu həqiqətə uyğun deyil, çünki həmin qərar şikayətə əlavə edilmişdir. Göründüyü kimi, məhkəmə heç bir qanuni əsas olmadan şikayət ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qanunsuz nəticəyə gəlmişdir. Bu hallara düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməlidir. İcra sənədi üzrə tərəflər və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsələr də, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin, o cümlədən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-22/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” AR Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarının ləğv edilməsi haqqında icra sənədi üzrə tələbkar “xxxx” MMC-nin şikayətindən görünür ki, şiayətdə xx xxxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi xahiş edilmişdir, halbuki Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin işdə olan qərarı bu tarixdə deyil, xx xxxxxxxx 2020-ci il tarixdə qəbul olunmuşdur. Bu səbəbdən də məhkəmə şikayət ərizəsini təmin etməmişdir. Tələbkar həmin nöqsanı aradan qaldırmaq əvəzinə qərardaddan şikayət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, mövcud olmayan qərarın ləğvi barədə şikayətin təmin edilməməsinə dair məhkəmə tamamilə qanuni nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri düzgün qiymətləndirilmiş, prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Barəsində şikayət verilmiş məhkəmə qərardadının ləğv edilməsi üçün isə əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1. maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, icra sənədi üzrə tələbkar “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-22/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İcra sənədi üzrə tələbkar “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-22/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-56/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-56/2021
17.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver