Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-56/2022 05.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, tələbkar X1, borclu Tələbkar, icra məmuru Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2414/2021 nömrəli 06.04.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Cavabdeh 17.01.2022-ci il tarixli qərarından tələbkar X1 şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-128/2022 nömrəli, 22.02.2022-ci il tarixli qərardadından Cavabdeh böyük icra məmuru Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh böyük icra məmuru Nümayəndə 17.01.2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2414/2021 nömrəli, 06.04.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar X3 məhkəməyə şikayət təqdim edərək, Cavabdeh icra məmuru Nümayəndə 17 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-2414/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Tələbkar yaşadığı ərazidə (Yaşıl dərə yeni yaşayış massivi, 2A ünvanda) iri və xırda buynuzlu mal-qara saxlanılmasının qadağan edilməsi, ərazidə yığılıb qalmış heyvandarlıq tullantılarının (su, yem qalıqları və qazlar olan mal-qara bərk və maye ifrazatı) cavabdeh Tələbkar öz vəsaiti hesabına ərazidən uzaqlaşdırılması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdeh Tələbkar tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Tələbkar apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-2414/2021 nömrəli qətnaməsinin ləğv edilib və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2264/2021 saylkı 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-2414/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi məcburi icraya yönəlmiş, lakin heç bir icra hərəkətləri yerinə yetirilməməsinə baxmayaraq Sumqayıt şəhəri üzrə idarəsinin icra məmuru Nümayəndə 17 yanvar 2022-ci il tarixli qərarına əsasən qanunsuz olaraq icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə qətnaməsinə əsasən cavabdeh Tələbkar yaşadığı ərazidə (Yaşıl dərə yeni yaşayış massivi, 2A ünvanda) iri və xırda buynuzlu malqara saxlanılmasının qadağan edilməsi, ərazidə yığılıb qalmış heyvandarlıq tullantılarının (su, yem qalıqları və qazlar olan mal-qara bərk və maye ifrazatı) cavabdeh Tələbkar öz vəsaiti hesabına ərazidən uzaqlaşdırılması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdeh Tələbkar tutularaq iddiaçı X2 ödənilməsi qət olunsa da cavabdeh qətnamə ilə nəzərədə tutulmuş və cavabdehin üzərinə qoyulmuş öhdəliklərin heç birini yerinə yetirməmişdir. Daha sonra iş icraya yönəlsə də icra məmuru heç bir hərəkət etməməsinə baxmayaraq qanusuz olaraq icraata xitam vermişdir. Onun bu qanunsuz qərarından məhkəməyə şikayət vermişdir. Bildirir ki, nə mal qara ərazidən uzaqlaşdırılmayıb, nə heyvandarlıq tullantıları nə də yem qalıqları. Əksinə daha da artırılmışdır. Buna baxmayaraq icra məmuru icraata qanunsuz və əsassız olaraq xitam vermişdir. Hesab edir ki, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Eyni zamanda məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-128/2022 nömrəli 22.02.2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2414/2021 nömrəli, 06.04.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Cavabdeh 17.01.2022-ci il tarixli qərarının ləğv edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2414/2021 nömrəli, 06.04.2021-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır (hakim Rəşad Qoşqarlı). Cavabdeh böyük icra məmuru Nümayəndə məhkəmənin həmin qərardadından şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 22.02.2022-сi il tarixli, 8(060)-128/2022 nömrəli qərardadının ləğv edilməsi və tələbkar Eminova Сulyetta Əlislam qızının şikayətinn təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-128/2022 nömrəli 06.04.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh böyük icra məmuru Nümayəndə şikayəti onunla əsaslandırdı ki, tələbin könüllü icrası barədə borclu Nadıyev Ramil Sabir oğluna bildiriş təqdim edilmişdir. İcra sənədi üzrə göstərilən tələbi təmin etmək üçün 13.01.2022-ci il tarixə icra təyin edilmiş, tələbkara məlumat verilsə də icra yerində iştirak etməmiş, onun vəkili Elşad İsayev və Tələbkar iştirak etmişdir. Tərəfindən icra sənədində göstərilən Yaşıl dərə yaşayış massivi, 2A ünvanında olduqları zaman borclunun könüllü şəkildə icra sənədini icra etdiyinin şahidi olmuş, bu barədə foto-video çəkiliş etmiş və akt tərtib edilmişdir. İcra sənədində göstərilən tələb tam icra olunduğundan 17.01.2022-ci il tarixdə iş üzrə icraata xitam verilmişdir. Həmin qərar tələbkarın şikayəti əsasında ləğv edilmişdir. Tələbkar məhkəməyə müraciət etdiyi tarixi qeyd etməmiş, məhkəmə də ərizəni icraata götürərək iclas təyin etmiş, icraata xitam verilmə qərarından nəzərdə tutulmuş şikayət müddətinin ötürülüb-ötürülməməsi araşdırılmamışdır. Məhkəmə icraata xitam qərarının ləğv edilməsini hal şahidlərinin olmaması ilə əsaslandırmışdır. Tələbkarın şikayəti isə icra sənədinin icra olunmaması ilə bağlı idi, hal şahidləri ilə deyil. Bir daha qeyd edir ki, məhkəmə qətnaməsi cavabdeh tərəfindən tam icra olunmuşdur. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 22.02.2022-сi il tarixli, 8(060)-128/2022 nömrəli qərardadının ləğv edilməsi və tələbkar Eminova Сulyetta Əlislam qızının şikayətinn təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında tələbkar X3 şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, evin qabağındakı tullantılar təmizlənib, ancaq ətrafdan iy gəlir. İcra məmuru zəng edən zaman da ona demişdir ki, qətnamə icra edilməyib. Cavabdeh onun hasarına yaxın köhnə tövləni söküb, sonradan isə aralıqda böyük tövlə tikib. Hasara bitişik tövlə sökülüb, mal-qara ordan çıxarlıb. Lakin sonradan başqa yerdə tövlə tikib. Odur ki, şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 22.02.2022-сi il tarixli, 8(060)- 128/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında borclu Tələbkar göstərdi ki, icra sənədi tam icra edilib və icra məmuru haqlı olaraq icraata xitam verilməsi barədə qərar qəbul edib. Qətnamədə qeyd edilən tövlə sökülüb, çırkabnatəmizlik tam təmizlənib. Sonradan anasına məxsus həyətdə daha yaxşı formada tövlə tikərək orada mal-qara saxlayır. Həmin tövlə də tələbkarın evindən təxminən 18 metr uzaqdadır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 128/2022 nömrəli, 22.02.2022-ci il tarixli qərardadı ləğv edilməli, tələbkarın şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, Cavabdeh böyük icra məmuru Nümayəndə 17.01.2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2414/2021 nömrəli, 06.04.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, 13.01.2022-ci il tarixli aktın surətinə əsasən Sumqayıt şəhər Yaşıldərə massivi, 2A ünvanında icra sənədinin icrasını təmin etmək məqsədilə borcluya mal-qara saxlanılması qadağan olunmuş və ünvanda olduqları zaman artıq ərazidən yığılıb qalmış heyvandarlıq tullantıların yığışdırıldırılmışdır. İcra sənədinin tam icra olunmasını icra məmurları Nümayəndə, Orxan Məmmədov, tələbkarın nümayəndəsi Elşad İsayev və borclu Tələbkar öz imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsi icra sənədi tam icra olunmadan icra sənədi üzrə icraata xitam verilməsini, bununla da icra qanunvericiliyin tələblərinin pozulmasını müəyyən edərək qərarın ləğv edilməsi qənaətinə gəlmiş, gəldiyi nəticəni də "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20, 26, 2, 8-ci maddələri ilə əsaslandırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X4 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Qanunun 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan video çəkilişlərdən və tərəflərin izahatında müəyyən edilir ki, məhkəmə qətnaməsində qeyd edilən tələbkara məxsus evin hasarında bitişik tikilmiş tövlə sökülmüş, mal-qaranın tullantıları ərazidən uzaqlaşdırılaraq ərazi təmizlənmişdir. İş materiallarına əlavə edilmiş 13.01.2022-ci il tarixdə tərtib edilmiş və tələbkarın nümayəndəsi tərəfindən imzalanaraq təsdiqlənmiş aktdan görünür ki, cavabdehə həmin ərazidə mal-qara saxlanası qadağan edilmiş və ərazida yığılıb qalmış lal-lay qalıq tullantıların yığışdırılmasının şahidi olmuşlar. İcra sənədi icra edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Bununla da müəyyən edilir ki, məhkəmə qətnaməsi üzrə icra sənədi icra edilmiş və bu hal tələbkarın nümayəndəsi, borclu, icra məmuları tərəfindən imzalanmaqla təsdiqlənmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, tələbkarın qeyd etdiyi kimi borclu qətnamə ilə müəyyən edilmiş tövləni sökdükdən sonra başqa yerdə yenidən tövlə tikməsi hazırki işin predmeti olmamışdır, həmçinin qeyd edilən halın təsdiq edilməsinə dair hər hansı sübut təqdim edilməmiş. Əksinə qeyd edilən hal təqdim edilmiş video materiallar ilə təkzib edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsi icra edildiyindən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarının ləğvi qanunvericiliyə uyğun deyildir və məhkəmə qərarın ləğv edilməsi nəticəsinə gələrkən haqlı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə şikayətdə göstərdiyi dəlilləri əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsiin qərardadı ləğv edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-128/2022 nömrəli, 22.02.2022-ci il tarixli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2414/2021 nömrəli 06.04.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Cavabdeh 17.01.2022-ci il tarixli qərarından tələbkar X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh böyük icra məmuru Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-128/2022 nömrəli, 22.02.2022-ci il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2414/2021 nömrəli, 06.04.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Cavabdeh 17.01.2022-ci il tarixli qərarından tələbkar X1 şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-56/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-56/2022
05.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver