Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-56/2024 21.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu icra sənədinin icraatının dayandırılması barədə ərizəsinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 8(027)-512/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, onun cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, X2, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubovca) Emma Yaqub qızına qarşı pul tələbinə dar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3285/2023 nömrəli mülki iş həll edilənədək, Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan 2(027)-1474/2021 nömrəli mülki iş üzrə çıxarılmış icra sənədinin icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsində baxılmış 2(027)-1474/2021 nömrəli mülki iş üzrə qəbul edilmiş 12 avqust 2021-ci il tarixli qətnamə ilə iddia tələbi təmin edilərək cavabdehlər X11, X16 və Borclu JN:221 KOD 30327058 saylı Torpağa mülkiyyət hüququna X21 əsasında iddiaçılar X2, X3, X4, X5 və digər ailə üzvləri X8 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınması, həmin torpaq sahəsinə dair iddiaçıların adlarına çıxarışın verilməsi ilə əlaqədar AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-67/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Borclu aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-1474/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında qəbul edilmiş icra sənədi hazırda Quba rayon İcra və probasiya şöbəsinin icraatındadır.
3. Hazırda o, cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, X2, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubovca) Emma Yaqub qızına qarşı mübahisəli hesab edilən bağ sahəsinin becərilməsinə, istifadəsinə və saxlanmasına görə vurulmuş maddi ziyan hesabına 24.011 (iyirmi dörd min on bir) manat, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) hesabına, yəni 30 il ərzində onun bağın becərilməsinə çəkdiyi xərclərdən əlavə hər il 5000 manata gəlir götürəcəyi nəzərə alınmaqla 150.000 (yüz əlli min) manat, ödənilmiş dövlət rüsumu hesabına 464 (dörd yüz altmış dörd min) manat olmaqla, cəmi 174.464 (yüz yetmiş dörd min dörd yüz altmış dörd) manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin 2(011)- 3285/2023 nömrəli mülki iş hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatındadır. Ona görə də, həmin mülki işə baxılıb yekun nəticəyə gəlinənə qədər Quba Rayon Məhkəməsində baxılmış 2(027)-1474/2021 nömrəli mülki iş üzrə qəbul edilmiş 12 avqust 2021-ci il tarixli qətnamə üzrə icra tədbirləri dayandırılmalıdır.
4. Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 8(027)-512/2023 nömrəli qərardadı ilə (hakim Vüqar Seyidov) Borclu Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan 2(027)-1474/2021 nömrəli mülki iş üzrə çıxarılmış icra sənədinin icraatının dayandırılması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
5. Borclu qərardaddan şikayət verilərək qərardadın ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir.
6. Quba Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 8(027)-512/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
7. Şikayət ərizə ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
9. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
10. Maddə 17. İcraatın dayandırılmasının məcburiliyi 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda.
Maddə 18. İcraatın dayandırılmasının mümkün olduğu hallar
11. 18.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda;
Maddə 19. İcraatın dayandırılması müddətləri
12. 19.1.Bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır: 19.1.1. borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək; 19.1.2. borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək; 19.1.3. icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək; 19.1.4. icra məmuruna etirazın təmin edilməməsindən şikayət verildiyi halda məhkəmə tərəfindən həmin şikayətə baxılanadək; 19.1.5. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayətə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək; 19.1.6. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək; 19.1.7. digər hallarda - icraatın dayandırılması səbəbləri aradan qalxanadək. 19.2. İcraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
14. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
16. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
18. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Hazırkı işdən görünür ki, Borclu, onun cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, X2, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubovca) Emma Yaqub qızına qarşı pul tələbinə dar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3285/2023 nömrəli mülki iş həll edilənədək, Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan 2(027)-1474/2021 nömrəli mülki iş üzrə çıxarılmış icra sənədinin icraatının dayandırılmasını xahiş edir.
21. Azərbaycan Respublikası Konstitusiysının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
22. Lakin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17 və 18-ci maddələrində sadalanan hallar olduqda icra məmuru icraatında olan icra sənədi üzrə icraatın dayandırılması barədə qərardad çıxarmaq səlahiyyətinə malikdir.
23. İşdən görünür ki, Quba Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(027)- 1474/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər X6, X9 və Borclu Əlipənah oğlundan JN:221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X21 əsasında iddiaçılar X2, X7, X4, X5 və digər ailə üzvləri X8 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsinin qanunsuz sahibliyindən geri alınması, həmin torpaq sahəsinə dair iddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X1, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızının adlarına Çıxarışın verilməsi ilə əlaqədar AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehlər X11, X16, Borclu Əlipənah oğlu tərəfindən yaradılan maneələr aradan qaldırılması qət edilmiş və qətnamə icraya yönəldilmişdir.
24. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(011)-118/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Borclu cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, X2, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızına qarşı – cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, X2, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızından maddi ziyan hesabına 24.011 manat, iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) hesabına, yəni 30 il ərzində iddiaçının bağın becərilməsinə çəkdiyi xərclərdən əlavə hər il 5000 manata gəlir götürəcəyi nəzərə alınmaqla 150.000 manat, ödənilmiş dövlət rüsumu hesabına 464 manat, cəmi 174.464 manat pulun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş göstərilən mülki işə baxılması Quba Rayon Məhkəməsinin 2(027)- 1474/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraatının dayandırılması üçün əsas deyildir. Odur ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 8(027)-512/2023 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 8(027)-512/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.