Məhkəmə qərarları › İş №8(105)-57/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-57/2021

15.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-57/2021 15.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, Xaçmaz rayon İcra və probasiya şöbəsinin «İcra sənədinin məhkəməyə və ya digər orqanına qaytarılması haqqında» xx xxxxxxx 2020-ci il tarixli qərarından «xxxx» MMC tərəfindən verilmiş şikayət ərizəsi üzrə çıxarılmış Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından tələbkarın nümayəndəsi Y.V.Ağazadə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim A.B.Sadıqov) Xaçmaz rayon İcra və probasiya şöbəsinin «icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında» xx xxxxxxx 2020-ci il tarixli qərarından tələbkar “xxxx” LTD MMC-nin tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: “xxxx” MMC-nin nümayəndəsi Xaçmaz rayon İcra və probasiya şöbəsinin “icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Tələbkarın nümayəndəsi Y.V.Ağazadə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İcra və probasiya şöbəsinin mübahisələndirilən qərarı şikayət ərizəsinə əlavə edilib. Belə ki, şikayət ərizəsinin qoşma sənədlər hissəsində icra və probasiya şöbəsinin mübahisələndirilən qərarının və icra və probasiya şöbəsinin mübahisələndirilən qərarı şikayət ərizəsinə əlavə edilməsəydi, formalaşmış təcrübəyə əsasən məhkəmənin işçiləri tərəfində bu barədə akt tərtib edilərdi. Göründüyü kimi məhkəmə heç bir qanuni əsas olmadan şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılması barədə qanunsuz qərardad qəbul edib. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(067)- 21/2021 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tələbkarın nümayəndəsi və borclu Q.Ş.Quliyev məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, “xxxx” MMC tərəfindən Xaçmaz rayon İcra və probasiya şöbəsinin “icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərarından şikayət verilsə də, şikayətə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, hazırkı icra işi üzrə Xaçmaz rayon İcra və probasiya şöbəsi tərəfindən “icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərar qəbul edilməmişdir. İş materiallarından həmçinin o, da müəyyən olunur ki, hazırkı şikayət ərizəsinin təsviri-əsaslandırıcı hissəsində Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı mübahisələndirilsə də, şikayətin xahiş-tələb hissəsində Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “xxxx” MMC tərəfindən hazırkı icra işi üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli mövcud olmayan (iş materiallarında olunmayan) qərarından şikayət verildiyindən şikayət ərizəsi təmin edilməməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Tələbkarın nümayəndəsi X1 şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli 8(067)-21/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar