Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-57/2022 25.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun Borclu əmlakın üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə Abşeron Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim E.T.Məmmədov) Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatı təmin edilməsi, Borclu mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli) üzərinə həbs qoyulması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7831/2017 saylı, 17 avqust 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, alimentin miqdarı artırılaraq Borclu hər ay 137 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Elmir İsmayılov məhkəməyə təqdimatla müraciət edərək, Borclu adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli) üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7831/2017 saylı, 17.08.2017-ci il tarixli icra sənədinə əsasən alimentin miqdarı artırılaraq Borclu hər ay 137 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar hesabına ödənilməlidir. Borclu 30 manat dövlət rüsumu tutularaq dövlət nəfınə ödənilməlidir. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli) qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahəsi üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Borclu şikayəti onunla əsaslandırmışdır ki, qərardadı qanunsuz və əsassız hesab edir. Mülkiyyət hüququ üzrə Borclu məxsus olan 2 sot torpaq sahəsinin üzərində heç bir sənədi olmayan özbaşına tikili vardır və bu ev borclunun yeganə yaşayış yeridir. Borclu torpağı sataraq aliment borcunu bağlamaq niyyətindədir. Evin heç bir sənədi yoxdur. Həmin torpağı evsiz satmaq mümkün deyil. Abşeron Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 8(012)-886/2021 saylı qərardadının ləğv edilməsini, icraçının təqdimatının təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarında olan elektron icra informasiya sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli) sonuncunun xüsusi mülkiyyətindədir. İş materialları ilə müəyyən edilir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)7831/2017 saylı, 17 avqust 2021-ci il tarixli icra vərəqəsi könüllü icra olunmur, Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli) üzərinə həbs qoyulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qrarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materialları müəyyən olunur ki, Borclu ödənilməmiş 16.900 manat aliment borcu vardır. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən ərizəyə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Borclu şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 16 dekabr 2021-ci il tarixli 8(012)-886/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-57/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-57/2022
25.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver