Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-57/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 X1 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı X3 cavabdehlər Borclu1 və qeyrilərinə qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2005-ci il tarixli, 1MK-7021/2005 nömrəli qətnaməsinin yenidən icraya yönəldilməsi barədə tələbkar X3 ərizəsinə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Zəngilan Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh X2 və qeyrilərinə qarşı «mənzildən çıxarılma və mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilərək, cavabdeh Nurxamm İbrahımovanm ailə üzvləri ilə birlikdə Bakı şəhəri 7-cı nıikrorayondakı 5 b saylı evin 16-cı mənzilindən çıxarılması və iddiaçı Aleksandra Kudinovanın həmin mənzilə köçürülməsi qət edilmiş və qətnamənin mənzildən çıxarılmaya dair hissəsinin icrası Ağdam rayonunun işğal olunmuş əraziləri azad edilənədək dayandırılması qət edilmişdir. Tərəflər qətnamədən apellyasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 17 mart 2005-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 apellyasiya şikayəti təmin edilməmiş, Zəngilan rayon məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Borclu1 Ağabala qızının ailə üzvləri ilə birlikdə Bakı şəhəri 7-ci mikrorayondakı 5 b saylı evin 16-cı mənzilindən çıxarılması və X5 həmin mənzilə köçürülməsi hissəsi eyni vaxtda icra edilməsi qət edilmişdir. İddiaçı X7 qeyd olunan qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2005- ci il tarixli qərarı ilə şikayət tənim edilmiş, iş üzrə Apellyasiya Məhkəməsinin MİÜMK-nm 17 mart 2005-ci il tarixli qətnaməsi ləğv edilərək, iş təkrar apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 08 dekabr 2005-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 apellyasiya şikayəti təmin edilməmiş, Zəngilan rayon məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Borclu1 Ağabala qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Borclu1 Ağabala qızının ailə üzvləri ilə birlikdə Bakı şəhəri 7-ci mikrorayondakı 5 b saylı evin 16-cı mənzilindən çıxarılması və X4 həmin mənzilə köçürülməsi hissəsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. Bundan sonra X7 ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-mn 08 dekabr 2005-ci il tarixli qətnaməsinin icraya yönəldilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1MK-7021/2005 nömrəli, xx.xx.2012-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli 1-MK- 7021/2005 saylı qətnaməsinin icraya yönəldiməsi və qətnamənin icrasının Binəqədi rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qədir Mikayılovun “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2005-ci il tarixli, 1-MK- 7021/2005 saylı icra sənədinin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 1-MK- 7021/2005 nömrəli məktubu ilə (hakim T.Səmədov) sözügedən icra vərəqəsi icra olunması üçün yenidən Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Binəqədi rayon icra şöbəsinin (icra məmuru B.Bayramov) xx.xx.2015-ci il tarixli qərarı ilə yenidən “icraata başlamaq haqqında” Qərar qəbul edilmiş, lakin sonradan həmin icra vərəqəsi də icra edilmədən, xx.xx.2015-ci il tarixdə geri qaytarılmış, bu barədə Bakı Apellyasiya Məhkəməsinə məlumat verilmişdir. Sonuncu dəfə icra işinin geri qaytarılmasına səbəb Ağdam rayonunun işğal olunmuş ərazilərinin azad edilənədək dayandırılması olmuşdur. Hazırda iddiaçı Aleksandra Kudinova özünün xx.xx.2024-cü il tarixli ərizəsində yenidən məhkəməyə müraciət edərək Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qədir Mikayılovun “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2013-cü il tarixli qərarından narazılığını bildirmiş və Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli 1-MK-7021/2005 saylı qətnaməsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, sonda ərizənin təmin olunmasını xahiş etdi. İcra sənədi üzrə borclu X9 və Binəqədi rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasında iştirak etməmiş, təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Mülki Prosessual Məcəllənin 15.1-15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. 23.1-ci maddəsinə görə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: tələbkarın ərizəsi əsasında (maddə 23.1.1.), borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda (maddə 23.1.2), borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə (maddə 23.1.3), tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə (maddə 23.1.4), tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda (maddə 23.1.5). 73.1-ci maddəsinə görə, tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. 73.2-ci maddəsinə görə, borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, zəruri hallarda isə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət edir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən sonradan maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. 73.3-cü maddəsinə görə, tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. 73.4-cü maddəsinə görə, tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. 73.5-ci maddəsinə görə, tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. 82.3-cü maddəsinə görə icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir. Məhkəmə nəzərə alır ki, cavabdehlərin üzərinə qoyulmuş öhdəliyin xarakterindən asılı olaraq icra ilə bağlı həyata keçirilməli hərəkətlər fərqli ola bilər. Belə ki, əgər qərarda konkret öhdəliyin yerinə yetirilməsi cavabdehin üzərinə qoyulmuşdursa, borclu bu hərəkəti tam icra etdikdə icra baş tutmuş sayılır. Bu vəziyyətdə qiymətləndirilmə olan əsas məsələ ondan ibarətdir ki, tələbkarın (iddiaçının) müraciətinə yenidən baxarkən, borclunun (cavabdehin) bu qaydaya uyğun davranıb-davranmadığı təhlil olunmalı, müəyyən edilmiş müddət ərzində icranın nəyə görə başa çatmamasının səbəbləri araşdırılmalı, həmçinin, icranın həyata keçirilməsi ilə bağlı hər iki tərəfin davranışlarına işin hallarını və yerinə yetirilməli olan icra hərəkətlərini məzmununu nəzərə almaqla qiymət verməlidir.. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, tələbkar X7 tərəfindən verilmiş ərizə təmin edilməli, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli, 1-MK- 7021/2005 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra işinin davam etdirilməsi üçün Bakı şəhəri Binəqədi ayon İcra şöbəsinə göndərilməlidir MPM-in 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı : İddiaçı Kudinova Aleksandra Barisovna tərəfindən verilmiş ərizə təmin edilsin. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli, 1-MK-7021/2005 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi, icra işinin davam etdirilməsi üçün yenidən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-57/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-57/2024
30.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver