Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-58/2022 06.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Borclu iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(060)-2874/2019 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 8(060)-743/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2874/2019 saylı, 27.02.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 5000 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutulub Tələbkar verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2874/2019 saylı, 27.02.2019cu il tarixli icra sənədi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədov «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinin tələbinə əsaslanaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2874/2019 saylı, 27.02.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 8(060)-743/2021 nömrəli qərardadı ilə təqdimat təmin edilmişdir.(hakim A.Behbudova) Qərardaddan Borclu tərəfindən verilən şikayət AR MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-7/2022 nömrəli, 21.01.2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 8(060)-743/2021 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 8(060)-743/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyindən, məhkəmə kollegiyası şikayətin mümkünlüyü məsələsini açıq məhkəmə iclasında müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasında Borclu şikayətini müdafiə edərək bildirdi ki, hər dəfə bir bəhanə ilə onun şikayətini geri qaytarırlar. O, istəyir ki, onun şikayətinə baxıb yekun qərar versinlər. Onun şikayəti ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilmısinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə həmin tərəflərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 8(060)-743/2021 nömrəli qərardadından Borclu tərəfindən verilən şikayət MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş (MPM-ə 2 saylı əlavəyə uyğun) formada verilməmiş, bununla da, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbləri pozulmuşdur. Borclu şikayəti bir neçə dəfə geri qaytarılsa da, hazırda hansı qərardaddan şikayət verdiyi bəlli olmur. Belə ki, o, ləğvini tələb etdiyi məhkəmə qərardadının tarix və nömrəsini göstərməmişdir. Bununla yanaşı iş materialları ilə müəyyən olunur ki, borclu qərardaddan verilən şikayətdə prosessual qanunvericiliyə əməl etmədiyindən şikayət geri qaytarılmış, nəticədə borclu tərəfindən qərardaddan şikayət verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddət də ötürülmüşdür. Lakin o, buraxılmış müddətin bərpası ilə bağlı ərizə verməmişdir. Sadalanan hallar hazırkı halda həmin şikayətə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 8(060)-743/2021 nömrəli qərardadından Borclu tərəfindən verilən şikayət qanunla nəzərdə tutulmuş formada verilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, bu şikayət qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi Borclu tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq şikayəti geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, şikayət vermiş şəxs MPM-in yuxarıda sadalanan tələbələrinə əməl etməklə yenidən ümumi qaydada apellyasiya şikayəti verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(060)-2874/2019 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2021ci il tarixli, 8(060)-743/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(105)-58/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-58/2022
06.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver