Məhkəmə qərarları › İş №8(105)-58/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-58/2023

17.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-58/2023 17.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 8(060)-211/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərardadı ilə (hakim Ş.Həxiyeva) Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şirəli Pirəliyevin təqdimatının təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(105)-942/2014 saylı icra sənədi üzrə xx.xx.1978-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərardadı ilə Borclu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Borclu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərardadı ilə Borclu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməklə, şikayət verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şirəli Pirəliyev Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(105)-942/2014 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 942/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi hər ay, hər uşaq üçün 93 manat olmaqla, ümumilikdə 186 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar və icra sənədinin surəti borclu şəxsə təqdim edilmişdir. Borclu şəxs Borclu bugünkü tarixədək 951 manat aliment borcu ödəniş etmişdir. Hazırda 19.695 manat aliment borcu yaranmışdır. İcra hərəkətləri zamanı borclunun ölkə hüdudlarını tərk etmək istədiyi məlum olmuşdur. Borclu barəsində icra sənədinin icrasını təmin etmək və onların qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmasının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüquqlarının məhdudlaşdırılması zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru tamamilə əsassız olaraq təqdimatda icra hərəkətləri zamanı ölkədən getmək istəməyini qeyd etmişdir. O, etiraz məktubunda da bildirmişdir ki, onun xarici pasportu xx.xx.2020-ci ildən etibarsızdır. Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş etiraz məktubuna əlavə edilmiş xarici pasportun təsdiq edilmiş surəti bunu sübut edir. Hal hazırda onun xarici pasportu yoxdur. Ümumiyyətlə 2016-cı ildən Azərbaycan Respublikasının sərhədlərini tərk etməmişdir. Borcun üzürsüz səbəbdən yaranması da tamamilə əsassızdır. Belə ki, borclu xəstəliyi ilə əlaqədar heç yerdə işləməmişdir. Aliment 70 faiz tutulmaqla onun pensiyasına yönəldilmişdir. Bundan əlavə, Sumqayıt şəhər Məhkəməsi 07 aprel 2016-cı il tarixli 8(060)- 2428/2016 nömrəli (X7) onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı qərardad qəbul etmişdir. Sonra həmin qərardadın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bildirmişdir ki, aliment borcu onun pensiyasına yönləndirildiyi üçün ölkədən çıxışına qoyulan qadağa öz əhəmiyyətini itirmişdir. Belə ki, onun harada olmağından asılı olmadan borc məbləği birbaşa pensiyadan tutulur. Bunu nəzərə alaraq, Sumqayıt şəhər Məhkəməsi 04 yanvar 2019-cu ildə iş №8(060)- 2428/2016 qərardadı ləğv etmişdir. Sonradan tutulma borclunun xəbəri olmadan dayandırıldıqda o, bankdan ödəniş etmək istədikdə bank tələbkar X1 hesab nömrəsinin ləğv olunduğunu bildirmişdir. Hal-hazırda da icra məmuru Şirəli Pirəliyev yenidən tələbkarın tələbi əsasında borcun tutulmasını Borclu pensiyasından 70 faiz olmaqla təmin etmişdir. Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş etirazməktubuna əlavə edilmiş bank arayışıda bunu təsdiq edir. Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş etiraz məktubuna əlavə edilmiş DSMF-in arayışından məlum olur ki, Borclu xx.xx.2014-cü il tarixindən orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə (İİ qrup əlillik) müddətsiz əmək pensiyası alan kimi qeydiyyatdadır və aylıq pensiyanın məbləği 327.22 manat (üç yüz iyirmi yeddi manat iyirmi iki qəpik) təşkil edir. Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(105)-942/2014 saylı icra sənədinin tarixinə nəzər salınsa, belə nəticəyə gəlmək olar ki, əgər tutulma davamlı şəkildə aparılsaydı hal-hazırda borclunun bu qədər borcu olmazdı. Aliment borcunun 70 faiz tutulmaqla pensiyasına yönəldilməsi halı təsdiq edir ki, ölkədən çıxışına qoyulan məhdudiyyət öz vacibliyini itirir. Həmin məhdudiyyətin qüvvədə saxlanılması həm də pensiyadan tutulmaların aparılması qanunsuz olardı. Onun harada olmağından asılı olmadan borc onun pensiyasından tutulacaq. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. İş materiallarını və şikayətinin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsini borclunun icra sənədinin könüllü icra etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar borclu və tələbkara göndərilmiş, lakin buna baxmayaraq borclu borcu ödəməmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” sistemindən əldə edilmiş məlumata əsasən Borclu mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak, iş yeri aşkar edilməmişdir. İcra sənədi üzrə Borclu 19,695 manat aliment borcu yaransa da, sonuncu icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur (Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1. maddəsinə görə məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 234-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1. maddəsinin əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının əsas şərti kimi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə borclu şəxsdən alimentin alınaraq tələbkara verilməsi qət edilmişdir. Borclu öhdəliyini icra etməmişdir. Məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli və onunla bağlı 19 aprel 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10-8.1., 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli və onunla bağlı 19 aprel 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar