Məhkəmə qərarları › İş №8(105)-59/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-59/2021

15.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-59/2021 15.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X1 ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-19/2021 saylı qərardadından tələbkar "xxxx” LTD Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin nümayəndəsi Y.V.Ağazadə tərəfindən verilmiş şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-19/2021 saylı qərardadı ilə (hakim A.B.Sadıqov) tələbkar "xxxx” LTD MMC tərəfindən Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli mövcud olmayan qərarından verdiyi şikayət təmin edilməmişdir. Tələbkar "xxxx” LTD MMC-nin nümayəndəsi Y.V.Ağazadə həmin qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-19/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Tələbkar “xxxx” MMC-nin nümayəndəsi Y.V.Ağazadə şikayət ilə məhkəməyə müraciət edib, Xaçmaz rayon İcra və probasiya şöbəsinin “icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxxxxxx 2020- ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-228/2020 saylı qərardadı ilə Xaçmaz rayon İcra və probasiya şöbəsinin “icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərarından “xxxx” MMC tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və tələbkara göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardaddan tələbkar "xxxx” LTD MMC-nin nümayəndəsi Y.V.Ağazadə şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-19/2021 saylı qərardadı ilə tələbkar "xxxx” LTD MMC-nin nümayəndəsi Y.V.Ağazadənin şikayəti təmin edilib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-228/2020 nömrəli qərardadı ləğv edilmiş və şikayət yenidən araşdırlması üçün məhkəmə baxışına təyin edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Tələbkar "xxxx” LTD Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin nümayəndəsi Y.V.Ağazadə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxx 2021-ci il tarixli qərardadı qəbul edərkən posessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, "xxxx” LTD MMC tərəfindən Xaçmaz rayon İcra və probasiya şöbəsinin mübahisələndirilən qərarının və məktubunun surəti şikayətə əlavə edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi heç bir əsas olmadan şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması nəticəsinə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməkdən imtina etdikdə gəldiyi nəticəinin hüquqi əsası kimi göstərmişdir ki, “xxxx” MMC tərəfindən Xaçmaz rayon İcra və probasiya şöbəsinin “icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxxxxxx 2020- ci il tarixli qərarından şikayət versə də, şikayətə əlavə olunmuş sənədlərə əsasən iş üzrə Xaçmaz rayon İcra və probasiya şöbəsi tərəfindən “icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.1 - 15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 23.1.1, 23.1.2, 23.1.3, 23.1.4 və 23.1.5-ci maddələrinə əsasən tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə və tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə görə icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Həmin Qanunun 44.1-ci maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansya məhkəməsi tələbkar "xxxx” LTD MMC tərəfindən Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli mövcud olmayan qərarından verdiyi şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, qərardadın ləğv edilməsi üçün əsas olmadığından şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400, 402- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Tələbkar "xxxx” LTD Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin nümayəndəsi Y.V.Ağazadənin verdiyi şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-19/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar