Məhkəmə qərarları › İş №8(105)-59/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-59/2023

19.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-59/2023 19.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Tələbkar "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) X1 vəkili-nümayəndəsi Vəkil1 tərəfindən Maraqlı şəxs1 icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayət üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-216/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadından tələbkar "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) X5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Maraqlı şəxs1 icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin Abşeron Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) X1 vəkili-nümayəndəsi Vəkil1 həmin qərardan şikayət verərək, Bakı Şəhəri Maraqlı şəxs1 icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra vərəqəsi üzrə icraatının davam etdirilməsi haqqında məhkəmə qərardadı qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxs1nə qaytarılması qərara alınmışdır. Borclu Maraqlı şəxs2 həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-691/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından borclu Maraqlı şəxs2 vəkili-nümayəndəsi Vəkil2 verdiyi şikayət ərizəsinin təmin edilməməsi və şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Aperllyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(105)-28/2023 nömrəli qərardadı ilə borclu Maraqlı şəxs2 şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli və onunla bağlı 27 yanvar 2023cü il tarixli qərardadları ləğv edilmiş, Maraqlı şəxs1 icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarından "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) X5 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadı ilə tələbkar "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) X1 vəkili-nümayəndəsi Vəkil1 tərəfindən Maraqlı şəxs1 icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayət rədd edilmişdir. Həmin qərardaddan tələbkar "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) X1 vəkili nümayəndəsi Vəkil1 şikayət verərək Abşeron Rayon Məhkəməsinin 8(012)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Maraqlı şəxs1 icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması, AbşeronRayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxs1nə qaytarılması barədə məhkəmə qərardadı qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki: "xxxx" MMC-nin direktoru kimi Maraqlı şəxs2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməməsi əsası ilə şikayətin təmin olunmasını məhkəmə qanuni hesab etmir. Belə ki, həmin vəzifənin əmək müqaviləsinə xitam verilmiş şəxsin üzərinə qoyulması ilə bağlı "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) X1 vəkili-nümayəndəsi Vəkil1 məhkəmədə hər hansı bir halı göstərə bilməmişdir.” Şikayətin əsasını Maraqlı şəxs2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməməsi vəzifəsinin əmək müqaviləsinə xitam verilmiş şəxsin, yəni Maraqlı şəxs2 üzərinə qoyulması təşkil etmir. Məhkəmə kobud səhvə yol verərək bunu şikayətin əsası kimi qeyd etmişdir. Şikayətin bir əsasını Maraqlı şəxs2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməməsi və bu barədə işəgötürənə elektron qaydada məlumat verilməməsi təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin istinad edilən norması əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsinin qaydasını şərtləndirərək, əmək müqaviləsi ilə bağlı bu üç halın yalnız bu barədə bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minməsini təsbit edir. Nə qədər ki, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bildiriş elektron informasiya sistemində qeydiyyata alınmayıb və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməyib, əmək müqaviləsi bağlanılmış, ona dəyişiklik edilmiş və ya ona xitam verilmiş hesab edilmir. Beləliklə, qanunun tələbindən müəyyən olunur ki, əmək müqaviləsi, ona xitam verilməsi barədə qərar (əmr) olsa da bu, elektron informasiya sistemində qeydiyyata alınmasa və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsə, hüquqi qüvvəsini almır. Hüquqi qüvvəsini almamış hər hansı bir əqd heç bir hüquqi nəticəyə səbəb olmur və icra üçün məcburi sayılmır. Göründüyü kimi, "xxxx" MMC-nin təsisçilərinin Maraqlı şəxs2 qanuni təmsilçilikdən azad edilməsi barədə qərarı olsa da, həmin qərar yuxarıda şərh etdiklərinə əsasən, hüquqi qüvvəyə minmədiyindən hər hansı bir hüquqi nəticə doğurmur. Məhz elə bu səbəbdən də 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarışda Maraqlı şəxs2 bu günədək "xxxx" MMCnin direktoru (qanuni təmsilçisi) olduğu təsdiq edilir. Belə olan təqdirdə qanunun müddəasına görə Maraqlı şəxs2 "xxxx" MMC-nin qanuni təmsilçisi kimi qalmaqda davam edir və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra vərəqəsi üzrə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsinə görə qanuni təmsilçi (direktor) kimi Maraqlı şəxs2 məsuliyyət daşıyır. .Şikayətin digər əsası ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-572/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Qaradağ rayon İcra şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin Abşeron Rayon Məhkəməsinə geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayət təmin edilmiş, Qaradağ rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Qaradağ rayon İcra və Probasiya şöbəsinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)572/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı qanuni qüvvəsini almışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-572/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı bu iş üzrə verilmiş şikayətin əsasını təşkil edən eyni əsasla qəbul edilmişdir. Yəni, mübahisələndirilən məsələ ilə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olması şikayətdə qeyd edilsə də məhkəmə qərardadı qəbul edərkən həmin halı nəzərə almamış və buna hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə qərardadı qəbul edərkən yuxarıda qeyd edilmiş qanunvericiliyin müvafiq normalarının tələblərini və işin faktiki hallarını nəzərə almamış, kobud pozuntularla qərar qəbul etmişdir. Odur ki, qərardadın ləğv edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə, qanunun bu tələbindən müəyyən olunur ki, əmək müqaviləsi, ona xitam verilməsi barədə qərar (əmr) olsa da, bu, elektron informasiya sistemində qeydiyyata alınmasa və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsə, hüquqi qüvvəsini almır. Hüquqi qüvvəsini almamış hər hansı bir əqd heç bir hüquqi nəticəyə səbəb olmur və icra üçün məcburi sayılmır. Göründüyü kimi, "xxxx" MMCnin təsisçilərinin Maraqlı şəxs2 qanuni təmsilçilikdən azad edilməsi barədə qərarı olsa da həmin qərar yuxarıda şərh edilənlərə əsasən, hüquqi qüvvəyə minmədiyindən hər hansı bir hüquqi nəticə doğurmur. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-216/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, tələbkarın Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından şikayətə qiymət verilməli, şikayət təmin edilərək Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxs1nə qaytarılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2278/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-nin üzərinə Maraqlı şəxs2 ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, "xxxx" MMCnin, X4, X1, X2 üzərinə bu barədə bildirişin elektron sistemə daxil edilməsi və Maraqlı şəxs2 işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi öhdəliyinin həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan məhkəmə aktının icrasının təmin edilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli təsisçilərin növbədənkənar ümumi yığıncağı keçirilmiş və ümumi yığıncağın qərarına əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi Maraqlı şəxs2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron sisteminə daxil edilməsi qərara alınmış və həmin qərarı tələbkar X5 da imza etmişdir. Eyni zamanda, mövcud qərarın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin direktoru kimi Maraqlı şəxs2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməməsi əsası ilə şikayətin təmin olunmasını məhkəmə qanuni hesab etmir. Belə ki, həmin vəzifənin əmək müqaviləsinə xitam verilmiş şəxsin üzərinə qoyulması ilə bağlı Magna Trans» MMC-nin iştirakçısı (təsisçisi) X1 vəkili-nümayəndəsi Vəkil1 məhkəmədə hər hansı bir halı göstərə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Belə ki,Maraqlı şəxs1 icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin Abşeron Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. İcra sənədin geri qaytarılmasının əsası kimi qeyd edilmişdir ki, iş üzrə borclu Maraqlı şəxs2 xx.xx.2022ci il tarixdə icra şöbəsinə gəlmiş, izahatı alınmışdır. İzahatında Nərimanov Rayon Məhkəməsinin 2(005)-2278/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən işdən azad edildiyini bildirmiş, qətnaməni təqdim etmişdir. Borclu qətnaməyə əsasən işdən azad edildiyi üçün Maraqlı şəxs2 icra sənəinin icrasının təmin edilməsini tələb etmək mümkünsüzdür. İş materiallarında olan icra sənədində "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfdat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X3 verilməsi, eləcə də iştirakçıların növbədən kənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru Maraqlı şəxs2, "xxxx" MMC-nin iştirakçısı X4, "xxxx" MMC-nin iştirakçısı X2 üzərinə qoyulmuşdur. Göründüyü kimi, icra sənədi üzrə borclular qismində təkcə "xxxx" MMC-nin direktoru Maraqlı şəxs2 deyil, həmçinin MMC-nin özü, digər iki iştirakçısı da borclu qismində qoyulmuşdur. İcra məmuru icra sənədi üzrə MMC-nin direktoru Maraqlı şəxs2 başqa şəxslərin borclu qismində olmasına baxmayaraq icra sənədini yalnız MMC-nin direktorunun işdən azad edilməsi barədə izahatı əsasında geri qaytarmışdır ki, bu da qanunvericilik normalarına ziddir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru Maraqlı şəxs2 işdən azad edilməsi icra sənədinin geri qaytarılmasına əsas ola bilməz. Belə ki, qeyd edilən şəxs direktor vəzifəsindən azad edilsə də, "xxxx" MMC də borclu qismində olduğundan direktor vəzifəsinin icrasının kimin tərəfindən aparılmasının əhəmiyyəti yoxdur. Qeyd edlənlərə əsasən məhkəmə kollegiyası qərarda verilmiş şikayəti müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Maraqlı şəxs1 icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməlidir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və öz mövqeyini aşağıdakı formada əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Bu Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Göründüyü kimi icra sənədinin onu verən orqana və məhkəməyə qaytarılması halları yuxarıda istinad olunan Qanunun 23-cü maddəsində konkret şəkildə qeyd olunmuşdur. Hazırkı icra sənədinin qaytarılması üçün qanunda nəzərdə tutulan hallardan hər hansı biri mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şiakyətin dəlilləri əsaslı olduğundan təmin edlməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-216/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Tələbkar "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) X5 tərəfindən Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayət təmin edilməli, Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxs1nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 357, 395-396, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-216/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Tələbkar "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) X5 tərəfindən Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayət təmin edilsin. Maraqlı şəxs1 icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxs1nə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar