Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-59/2024 05.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X10 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-4830/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinin icra olunmadan geri qaytarılmasına dair Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarından tələbkar BOKT Tələbkar QSC tərəfindən verilmiş şikayətə dair Abşeron Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 8(012)-144/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4830/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X7 ilə "xxxx" ASC-nin Nəsimi fılalı arasında bağlanmış 19 mart 2012-ci il tarixli 60 saylı kredit müqaviləsi üzrə yaranmış 20180 (iyirmi min yüz səksən) manat əsas kredit borcu, 4668.57 (dörd min altı yüz altmış səkkiz manat əlli yeddi qəpik) manat faiz borcu, 1165.39 (bir min yüz altmış beş manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 26.013.96 (iyirmi altı min üç manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh X3 tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarı ilə “İcra hqqqında” Qanunun 23.1.3-cü maddəsinə icra sənədi Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Tələbkar BOKT Tələbkar QSC şikayətlə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4830/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin geri qaytarılmasına dair Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Şöbəsi tərəfindən təqdim edilmiş Abşeron Rayon İcra Şöbəsinin böyük icra məmuru Elmir İsmayılovun “icra sənədinin qaytarılması” haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-4830/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icra sənədi məhkəməyə geri qaytarılmışdır. Həmin qərarda geri qaytarmanın əsası kimi borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular gönədrilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmiş, həmçinin borclu X4 icra sənədində göstərilən ünvanında olduqda, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadığına görə geri qaytarılma Azərbaycan Respublikasının “İcra Haqqında” Qanunun 23.1.3-cü maddəsinə istinad edilmişdir. Abşeron Rayon İcra Şöbəsinin böyük icra məmuru Elmir İsmayılov tərəfindən qəbul edilmiş qərar qanunsuz və əsassızdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Tələbkar QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Tələbkar QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar Tələbkar QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X5 dair sənədlər S- AVK-328 saylı, 04 avqust 2017-ci il tarixli təhvil-təslim aktına əsasən Tələbkar QSC-yə verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4830/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək X7 ilə "xxxx" ASC-nin Nəsimi fılalı arasında bağlanmış 19 mart 2012-ci il tarixli 60 saylı kredit müqaviləsi üzrə yaranmış 20180 (iyirmi min yüz səksən) manat əsas kredit borcu, 4 668.57 (dörd min altı yüz altmış səkkiz manat əlli yeddi qəpik) manat faiz borcu, 1165.39 (bir min yüz altmış beş manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 26.013.96 (iyirmi altı min üç manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh X3 tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Tələbkar QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixinə borclu X4 məhkəmə qətnaməsi üzrə icra olunmamış qalıq borcu 18688.57 (on səkkiz min altı yüz səksən səkkiz manat, 57 qəpik) manat təşkil edir və həmin qalıq borcun ödətdirilməsi ilə bağlı heç bir əlavə icra tədbirləri görülməmişdir. “X9 Edilməsi Agentliyi” MMC tərəfindən Abşeron Rayon İcra Şöbəsinə xx.xx.2021-ci il tarixli, 2782 saylı, xx.xx.2022-ci il tarixli 658 saylı, xx.xx.2022-ci il tarixli, 3106 saylı, xx.xx.2022-ci il tarixli 4595 saylı, xx.xx.2023-cü il tarixli 228 saylı, xx.xx.2023-cü il tarixli 1989 saylı və xx.xx.2023-cü il tarixli 3434 saylı məktublarla müraciət edilərək xx.xx.2022-ci il tarixli qərarın surətinin cəmiyyətə rəsmi qaydada təqdim edilməsi xahiş edilmiş və qərarın qəbulundan uzun müddət keçdikdən sonra tələbkara xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Bu baxımdan qeyd olunan qərardan vaxtında şikayət verə bilməmişdir. İşin hallarından müəyyən edilir ki, icra məmuru tərəfindən iş üzrə icra sənədi tam icra olunmamış və borclu X4 məhkəmə qətnaməsi üzrə icra olunmamış qalıq borcu 18688.57 (on səkkiz min altı yüz səksən səkkiz manat, 57 qəpik) manat təşkil edir. Lakin icra məmuru tərəfindən icra tədbiri davam etdirilməmiş və heç bir əsas göstərmədən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması bağlı qərar qəbul etmişdir. Borclu tərəfindən şikayətə qarşı etiraz verilərək qeyd edilmişdir ki, Aqrarkredit QSCnin məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, həmçinin, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-4830/2014 saylı qətnaməsi özündə müəyyən etdiyi icra üsuluna münasibətdə icra olunmuşdur. Mübahisə yaranmış müqavilə üzrə tərəflər "xxxx" ASC və X6r. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)- 4830/2014 saylı qətnaməsində iddiaçı "xxxx" ASC və X6r. Eynilə qətnamə əsasında verilmiş icra vərəqəsində də tərəflər həmin şəxslərdir. Aqrarkredit QSC Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı fərmanını, Azərbaycan Respublikası nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamını əsas göstərsə də problemli aktivlərin satın alınması ilə bağlı X7 ilə "xxxx" ASC arasında bağlanmış müqavilə üzrə tələb etmək hüququn Aqrarkredit QSC-yə satılmasına dair müqavilə və təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir. Həmçinin, Abşeron Rayon Məhkəməsində iddiaçı Azərbaycan Respublikası Beynəlxalq Bankı tərəf qismində artıq şəxsən iştirak etdiyindən bu hal X7 ilə bağlanan müqaviləyə münasibətdə tələb hüququnu özündə saxlamasını əks etdirir. Belə olan halda AqrarKredit QSC-nin tələb etmək və məhkəmədə təmsil etmək üçün səlahiyyətini təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Yəni məhkəmədə iştirak edən şəxs, AqrarKredit QSC-nin deyil Azərbaycan Beynəlxalq Bankı ASC-nin səlahiyyətlərini təmsil etmək onun adından çıxış etmək hüququna malik olmalıdır. Azərbaycan Respublikası Normativ X1 2.6-cı bəndinə əsasən, Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2ci maddəsinin tələbinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.5-ci maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Qeyd olunanlardan açıq aydın görünür ki, icra sənədi üzrə tələb etmək və icra məmurun qərarından Bankın adından şikayət vermək hüququn mövcud olması üçün subyektiv hüququn olması mütləq şərtdir. Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC məhkəmədə iddia qaldırmaqla X3 aralarında bağlanmış müqavilə öhdəliyinə görə tələb etmək hüququnu özündə saxlamış və həmin hüquq da Abşeron Rayon Məhkəməsinin qətnaməsində və müvafiq icra vərəqəsində öz əksini tapmışdır. İcra üsulun dəyişdirilməsi ilə bağlı tələbkar tərəfindən cari günə qədər məhkəməyə müraciət olunmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)-4830/2014 saylı qətnaməsində tələbin icra üsulu girov predmeti olan əmlakın açıq hərrac yolu ilə satılması və borca ödənilməsi kimi gösətrilmişdir. İcra məmuru tərəfindən qətnamə icra vərəqəsində göstərilən qaydada icra olunmuş və daha sonra icra sənədini geri qaytarmışdır. Avtomobil açıq hərracdan satıldıqdan sonra tələbkar "xxxx" ASC tərəfindən icra üsulunun dəyişdirilməsi və qalıq borcun tam ödənilməsi üçün girov predmeti olan əmlakın açıq hərracdan satılması icra təbirindən əlavə icra tədbirlərinin tədbiq edilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulan qaydada məhkəməyə müraciət olunmamışdır. Belə olan halda icra məmuru tərəfindən qətnamənin icra olunması üçün başqa qayda müəyyən edilmədiyindən icra sənədi haqlı olaraq geri qaytarılmışdır. İcra sənədinin geri qaytarılması ilə bağlı qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Abşeron Rayon İcra Şöbəsinin böyük icra məmuru Elmir İsmayıl tərəfindən 2(012)-4830/2014 saylı icra vərəqəsinin geri qaytarılması haqqında qərar xx.xx.2022-ci il tarixində qəbul edilmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada həmin qərarın surəti Rəsmi olaraq tələbkara yəni "xxxx" ASCyə göndərilmişdir. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Bank tərəfindən qərarın surəti alınmasından iki ilə yaxın müddət ötmüşdür bu səbəbdən həmin qərardan şikayət verilməsi və qərarın ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Qərar qəbul olunan zaman tələbin yönəldilə biləcəyi hər hansı bir gəlir və ya əmlak aşkar olunmamışdır. İcra məmuru tərəfindən xx.xx.2022-ci il tarixində qəbul edilmiş qərar tam əsaslı olmuşdur. Belə ki, şikəyətdə qeyd olunmuşdur ki, icra məmuru tərəfindən icra hərəkəti davam etdirilməmiş və heç bir əsas olmadan icra sənədi geri qaytarılmışdır. 1-ci məsələ ondan ibarətdir ki, icra məmuru Abşeron Rayon Məhkəməsinin qətnaməsində qeyd olunmuş icra üsulu üzrə icra hərəkətini tam icra etmişdir. Qalıq borca münasibətdə hər hansı icra hərəkətinin aparılması nəzərdə tutulmamışdır. Bundan başqa icra məmuru İcra Haqqında qanunun 23.1.3-cü maddəsinə əsasən icra sənədini geri qaytarmışdır və qərarın əsaslandırıcı hissəsində geri qaytarma səbəblərini tam aydın qeyd etmişdir. Qərarın müəyyən etdi hissəsində qeyd olunmuşdur ki, borclunun adına hər hansı daşınar və ya daşınmaz əmlak, bank və ya digər təşkilatlarda adına pul və ya digər qimətli kağız aşkar olunmamışdır. Həmçinin, yaşadığı evə baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Bundan başqa VÖEN və ya hər hansı əmək müqaviləsi üzrə gəlirləri aşkar olunmamışdır. Qeyd edir ki, şikayət verən şəxs tərəfindən həmin qərar qəbul olunan tarixə bunun əksini sübut edə biləcək hər hansı dəlil, sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda icra məmuru tərəfindən qəbul edilmiş qərar tam ədalətlidir və qanunidir. Əgər tərəf qanuni yolla tələbin yenidən icra yönəldilməsi üçün hər hansı sübut əldə etmişdirsə, o halda o, icra məmurunun qərarından şikayət vermək əvəzinə İcra haqqında qanunun 23.3-cü maddəsinə uyğun olaraq icra sənədinin yenidən icraya yönəldilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli idi. Abşeron Rayon Məhkəməsinin 8(012)-144/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Mirhəsənli Mirnəsir) şikayət ərizəsi təmin edilmiş, Maraqlı şəxs icra məmurunun Abşeron Rayon Məhkəməsinin 2(012)-4830/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə “ icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-4830/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır. Borclu qərardaddan şikayət verərək Abşeron Rayon Məhkəməsinin 06 aprel 2024-ci il tarixli, 8(012)-144/2024 qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində şikayət ərizəsinə etiraz təqdim edilsə də məhkəmə etirazın üzərindən yan keçmiş, etirazda qeyd edilmiş dəlil və faktlara əhəmiyyət verilməmişdir. Belə ki, əvvəla Aqrarkredit QSC-nin məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, həmçinin, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-4830/2014 saylı qətnaməsi özündə müəyyən etdiyi icra üsuluna münasibətdə tam icra olunmuşdur. Mübahisə yaranmış müqavilə üzrə tərəflər "xxxx" ASC və X6r. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)4830/2014 saylı qətnaməsində iddiaçı "xxxx" ASC və X6r. Eynilə qətnamə əsasında verilmiş icra vərəqəsində də tərəflər həmin şəxslərdir. Aqrarkredit QSC Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı fərmanını, Azərbaycan Respublikası nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamını və problemli aktivlərin satın alınması ilə bağlı X7 ilə "xxxx" ASC arasında bağlanmış müqavilə üzrə tələb etmək hüququn Aqrarkredit QSC-yə satılmasına dair müqavilə və təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir. Abşeron Rayon Məhkəməsində iddiaçı Azərbaycan Respublikası Beynəlxalq Bankı tərəf qismində artıq şəxsən iştirak etdiyindən bu hal X7 ilə bağlanan müqaviləyə münasibətdə tələb hüququnu özündə saxlamasını əks etdirir. Belə olan halda AqrarKredit QSC-nin tələb etmək və məhkəmədə təmsil etmək üçün səlahiyyətini təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Yəni məhkəmədə iştirak edən şəxs, AqrarKredit QSC-nin deyil Azərbaycan Beynəlxalq Bankı ASC-nin səlahiyyətlərini təmsil etmək onun adından çıxış etmək hüququna malik olmalıdır. Qeyd olunanlardan açıq aydın görünür ki, icra sənədi üzrə tələb etmək və icra məmurun qərarından Bankın adından şikayət vermək hüququn mövcud olması üçün subyektiv hüququn olması mütləq şərtdir. Buna misal olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarı bariz nümunədir. Qərarın əsaslandırıcı hissəsidə qeyd olunur ki, Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-4830/2014 saylı qətnaməsində tələbin icra üsulu girov predmeti olan əmlakın açıq hərrac yolu ilə satılması və borca ödənilməsi kimi göstərilmişdir. İcra məmuru tərəfindən qətnamə icra vərəqəsində göstərilən qaydada icra olunmuş və daha sonra icra sənədini geri qaytarmışdır. Avtomobil açıq hərracdan satıldıqdan sonra tələbkar icra üsulunun dəyişdirilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulan qaydada məhkəməyə müraciət etməmişdir. Belə olan halda icra məmuru tərəfindən qətnamənin icra olunması üçün başqa qayda müəyyən edilmədiyindən icra sənədi haqlı olaraq geri qaytarılmışdır. Həmçinin, icra məmurunun qərarından şikayət vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Buna görə də şikayətin təmin edilməsi xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-144/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 8(012)- 144/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası şikayət verən şəxsin hazırki şikayəti verməyə subyektiv hüququnun olmaması barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli, 570 saylı Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankının on beş gün müddətində "xxxx" ASC-yə məxsus problemli aktivlərinin müəyyən edilməsi və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus Tələbkar Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır ki, Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmçinin həmin Fərmanın 2.3-cü bəndinə əsasən Tələbkar QSC bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir: 2.3.2. ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək. Buna görə də Tələbkar Qapalı Səhmdar Cəmiyyəti icra məmurunun qərarından şikayət vermək üçün subyektiv hüquqa malik olmuşdur. İcra məmurunun qərarından şikayət verilməsi müddətinin ötürülməsi ilə bağlı dəlilə münasibətdə isə qeyd olunur ki, icra sənədinin geri qaytarılmasına dair Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarının tələbkara daha əvvəl verilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İş materiallarında isə həmin qərarın tələbkara Maraqlı şəxs 09 fevral 2024-cü il tarixli məktubla təqdim edilməsi müəyyən edilməkdədir. Buna görə də məhkəmə kollegiyası borclunun qeyd olunan dəlilini əsassız hesab etmişdir. Bundan başqa məhkəmə kollegiyası şikayətçinin icra sənədinin icra vərəqəsində göstərilən qaydada icra olunması, yəni avtomobil açıq hərracdan satıldıqdan sonra tələbkarın icra üsulunun dəyişdirilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulan qaydada məhkəməyə müraciət etməməsi ilə bağlı dəlilini də əsassız hesab edərək qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4830/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə X7 ilə "xxxx" ASC-nin Nəsimi fılalı arasında bağlanmış 19 mart 2012-ci il tarixli 60 saylı kredit müqaviləsi üzrə yaranmış 20180 (iyirmi min yüz səksən) manat əsas kredit borcu, 4 668.57 (dörd min altı yüz altmış səkkiz manat əlli yeddi qəpik) manat faiz borcu, 1 165.39 (bir min yüz altmış beş manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 26.013.96 (iyirmi altı min üç manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin cavabdeh X3 tutularaq "xxxx" ASC-yə ödənilməsi və tələbin cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi qət edilmişdir ki, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılması nəticəsində tələbin tam təmin olunmaması halında qalıq borc üzrə icra üsulunun müəyyən edilməsinə hər hansı bir zərurət olmadan, qalıq borcun icra icraatı çərçivəsində borcludan tutulması ilə bağlı icra hərəkətlərinin həyata keçiriməsi icra məmuru üçün məcburi hesab olunur. Buna görə də məhkəmə kollegiyası borclunun qeyd olunan dəlilini də əsassız hesab etmişdir. İş materiallarından göründüyü kimi icra sənədi üzrə borcludan tutulmalı olan 26.013.96 (iyirmi altı min üç manat doxsan altı qəpik) manatlıq icra sənədi tam icra olunmamışdır. Həmçinin, birinci instansiya məhkəməsi Borclu "xxxx" MMC-də direktor vəzifəsində çalışmasını və aylıq əmək haqqısının 1115 manat təşkil etməsini müəyyən etmişdir ki, qeyd edilən fakt da borclunun əmlakının kifayət qədər axtarışının icra məmuru tərəfindən həyata keçirilmədiyini təsdiq etməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadının giriş, təsviri və nəticə hissəsində Maraqlı şəxs xx.xx.2022-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərardadının ləğv edilməsini qeyd etsə də əslində həmin qərar “icra sənədinin qaytarılması haqqında” olmuşdur. Məhkəmə kollegiyası həmin yalnışlığı texniki səhv kimi qiymətləndirərək, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli 8(012)- 144/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 8(012)-144/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-59/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-59/2024
05.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver