Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-6/2022 24.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması tələbinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına əsasən çıxarılmış Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) təqdimatın təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(004)-595/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus VAZ-21074 minik markalı, ** XB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(004)-595/2021 saylı icra sənədinə əsasən Borclu 3 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 525 manat aliment pulunun tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. 08 iyul 2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani borcluya məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(004)-595/2021 saylı icra sənədinə əsasən Borclu 3 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 525 manat aliment pulunun tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. İcra sənədi 14 iyun 2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Borcluya verilmiş könüllü icra müddətinin bitməsinə baxmayaraq, icra sənədi üzrə olan borc məbləği ödənilməmişdir. Həmçinin, istifadəsində olan mobil nömrə ilə dəfələrlə əlaqə saxlanılmışdır. Borclu hər dəfə ödəniş edəcəyini bildirsə də aliment üzrə borcunu ödəməmişdir. Bu barədə borcluya sms bildiriş də göndərilmişdir. Hazırda borclunun ödənilməmiş aliment borcu vardır. Elektron icra sistemindən çıxarışa əsasən Borclu mülkiyyətində olan VAZ 21074 minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu məlum olmuşdur. Belə olan halda Borclu barəsində məcburi icra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə təqdimatı təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Borclunun xüsusi mülkiyyətində Bakı şəhəri, Yasamal rayonunda bir çox mülkiyyətində olan mənzillər vardır. Lakin məhkəmə cavabdehin şəxsi mülkiyyətində yuxarıda qeyd edilən əmlaklar olmasına baxmayaraq aliment borcunu həmin əmlaklara deyil, onun da ikidə bir payla mülkiyyət hüquqların ilə yüklü olan əmlaka yönəltmişdir. Bundan əlavə əgər məhkəmə borcu paylı mülkiyyətdə olan əmlakına yönəldirdisə, bu zaman borc bütün əmlaka deyil, həmin əmlakda cavabdehin payına yönəlməli idi. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməməlidir, şikayət isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş sənədlərində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(004)-595/2021 saylı icra sənədinə əsasən Borclu 3 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 525 manat aliment pulunun tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. İş sənədlərində olan Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru O.O.Abdullayevin 27 may 2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, borclu X2 Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-595/21 nömrəli, 19.05.2021-ci il tarixli icra sənədinə əsasən icra tələbinin könüllü icra etməsi üçün qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərində həbs bir qayda olaraq rəisi vəzifəsini icra edənnun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 50.4.1-ci maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsinin təmin edilməsi üçün borclunun əmlakı üzərinə həbs qoyulur. İşə əlavə olan 195477/2020-53-9 saylı icra işinin əmlaka dair kompüter çıxarışdan görünür ki, Borclu adına VAZ-21074 minik markalı ** XB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası Tələbkar Borclu adına digər əmlakın mülkiyyətində olduğuna baxmayaraq, avtomobilin üzərinə həbsin qoyulmasının düzgün olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatı ilə Borclu adına VAZ-21074 minik markalı ** XB *** dövlət qeydiyyatına alınmış avtomobilin üzərinə həbsin qoyulması tələb edilmişdir, digər əmlakın üzərinə həbsin qoyulması məsələsi barədə heç bir təqdimat verilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, göstərilən qərardad ləğv edilməməlidir və şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Tələbkar şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 8(012)-533/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-6/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-6/2022
24.01.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver