Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-6/2025 22.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Tələbkar icra məmurunun icra sənədinin məhkəməyə qaytarılmasına dair qərarından verdiyi şikayət üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X20 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Ərizəçi Tələbkar Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarının ləğv olunmasına dair şikayəti üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-448/2024 nömrəli qərardadından X3 və X6 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra vərəqəsinin icra edilmədən Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
2. Ərizəçi Tələbkar Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, Maraqlı şəxs icra məmuru Hikmət Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixdə icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərarın ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-448/2024 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) şikayət təmin edilmiş, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin Maraqlı şəxsnə qaytarılması qərara alınmışır.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MMC-nin fəaliyyətinin dayandırılması icra sənədinin icra olunmaması üçün əsas ola bilməz. İcra sənədində tələb olunan sənədlərin MMC-nin fəaliyyət göstərmədiyi dövrdə tələb oluna bilməməsi ilə əlaqələndirə bilməz. Çünki icra sənədində “indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların tələb olunması” qeyd olunmuşdur. Yəni MMC yaradılandan qətnamə çıxarılan günə qədər və ondan sonra tələb olunan bütün məlumatlar iddiaçının müraciəti əsasında iddiaçıya təqdim olunmalıdır. Hər bir halda MMC-nin fəaliyyəti dayandırılmışdırsa o zaman fəaliyyət dayandırılan müddətədək olan məlumatlar tələbkara təqdim olunmalı idi. Bundan başqa icra sənədindən görünür ki, məhkəmə qərarında qeyd olunan məlumatlar həm MMC-dən, həm də MMC-nin təsisçilərindən təqdim olunması tələb olunur. Yəni əgər MMC-nin təsisçilərinin tələb olunan sənədlərin cəmiyyətə məxsus olması bəhanəsi ilə təqdim etməmək kimi əsası var idisə, bunu birinci instansiya məhkəməsində prosesdə iştirak edərkən və ya qəbul olunmuş qətnamədən apellyasiya şikayəti verərək etirazlarını bildirməli idilər. Əgər hazırda qanuni qüvvəyə minmiş məhkəmə qərarı varsa, qanunvericiliyin tələbinə əsasən icra olunmalıdır. Dövlətin adından çıxarılmış qərarın icrasından qanunvericiliyə zidd olan hər hansı bəhanələr gətirməklə yayınmaq yolverilməzdir.
5. X3 və X6 vəkili və nümayəndəsi Əliyev X5 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-448/2024 saylı qərardadından şikayətlər verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-448/2024 saylı qərardadının ləğv olunması, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarının X17 və X8 münasibətdə qüvvədə saxlanılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-448/2024 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
7. Şikayətlər onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 8(012)-448/2024 saylı qərardadında qeyd etmişdir ki, məhkəmənin yeri və vaxtı haqqında icra məmuruna və borcluya məlumat verilməsinə baxmayaraq, onlar səbəb bildirmədən məhkəmədə iştirak etməmişlər. Lakin Abşeron Rayon Məhkəməsi Tələbkar Maraqlı şəxs icra məmurunun xx.xx.2024-cü il tarixli qərarından verilmiş şikayətinə baxan zaman, həmçinin qərardad qəbul edərkən maraqlı şəxs kimi X10 və X6 icraatda iştirakını təmin etməmiş, ümumiyyətlə, iclas və icraat barədə X13 və X8 hər hansı bildiriş göndərməmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 8(012)- 448/2024 saylı qərardadı X10 və X6 maraqlarına toxunduğu üçün bu qərardad qəbul edərkən onun iştirakı təmin edilməli, məhkəmənin yeri və vaxtı barədə onlara məlumat verilməli idi. Beləliklə, Abşeron Rayon Məhkəməsi X10 və X6 prosessual hüquqlarını pozmuş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət etməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı bildirirlər ki, X17 və X14 məhkəmə prosesində iştirak etməmiş və X10 və X6 iştirakı təmin olunmamışdır. Onu da bildirirlər ki, bu işlərlə bağlı iddiaçı tərəfindən tələb düzgün qoyulmamış, məhkəmə isə iddiaçının tələbini araşdırmadan, sanki notariusun funksiyasını həyata keçirirmiş kimi iddiaçının tələbini qətnaməyə köçürmüş və təsdiq etmişdir. Əslində isə bu vəzifə sadəcə “Magna Trans" MMC-nin üzərinə qoyulmalı idi. Çünki tələb olunan sənədlər "xxxx" MMC-yə aid sənədlərdir. Bilindiyi kimi fiziki şəxs kimi hüquqi şəxs də müstəqildir və fərdi məsuliyyət daşıyır. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsində qeyd olunur ki, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmçinin Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) X9 və X4 onların şəxsi əşyasının və/və ya sənədlərinin (onlara məxsus nəqliyyat vasitəsi, şəxsiyyət vəsiqəsi, pasport, evinin çıxarışı və s.) iddiaçı Tələbkar verilməsi deyil, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların, yəni 2010-2021-ci illər boyunca yığılmış maliyyə və mühasibatlıq sənədlərinin, müqavilələrin, hesabatların və s. müraciəti əsasında iddiaçı Tələbkar verilməsi, 2021-ci ildən sonrakı tarixlərdə də həmin məlumatların (sənədlərin) verilməsinin davam etdirilməsi, eyni zamanda "xxxx" MMC-nin iştirakçılarının növbəti və növbədənkənar ümumi yığıncaqlarında onun iştirakının təmin edilməsi vəzifəsi qoyulmuşdur. Yuxarıda qeyd olunanlarla birbaşa sübut olunur ki, X17 və X1 Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd olunmuş tələbləri ondan asılı olmayan səbəblərdən icra edə bilmirlər və qətnamədə qeyd olunmuş vəzifələr onlara aid deyildir. X17 və X14 da icra sənədi üzrə Tələbkar kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən biridir, cəmiyyətdə onunla eyni paya, hüquqlara və statusa sahibdir. Onu da nəzərə çatdırırlar ki, X17 və X14 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanında heç bir zaman təmsil olunmamış və cəmiyyətin icra orqanında hər hansı vəzifəyə sahib olmamışdır. Buna görə də Tələbkar tələb etdiyi sənədlər heç zaman X11 və X7 olmamış, Azərbaycan Respublikasının qanunvericiliyinin tələbinə görə də X11 və X7 olmamalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 nömrəli icra sənədindən də göründüyü kimi Tələbkar X9 və X4 "xxxx" MMC-yə məxsus maliyyə-mühasibatlıq sənədlərini tələb edir. "xxxx" MMC özü müstəqil hüquqi şəxsdir, bu sənədlər də Cəmiyyətin özündə olur, həmin sənədlər tələbkara Cəmiyyət tərəfindən verilməlidir, X17 və X14 Cəmiyyət tərəfindən sənədlərin verilməsinə etiraz etmir. Bu sənədlər təsisçi kimi X13 və X8 da lazımdır, X17 və X14 dəfələrlə bu sənədləri "xxxx" MMC-dən tələb etmiş, lakin onlara da təqdim edilməmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı Tələbkar ərizə verərək icra sənədi ilə bağlı apellyasiya məhkəməsinin son instansiya məhkəməsi olmasını nəzərə alaraq ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
9. Maddə 23. İcra sənədinin qaytarılması 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. (...) 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
10. Maddə 28. İcraatda tərəflər 28.1 İcra sənədi üzrə icraatda yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxs iştirak edə bilər. 28.2. İcraatda tərəflər tələbkar və borcludur. 28.3. Xeyrinə və ya maraqlarına uyğun olan icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar sayılır. 28.4. İcra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. 28.5. İcraatda bir neçə tələbkar və ya borclu iştirak edə bilər. Bu zaman onlardan hər biri digər tərəfə münasibətdə icraatda müstəqil iştirak edir və ya icraatda iştirak etməyi iştirakçılardan birinə tapşıra bilər.
11. Maddə 29. İcraatda tərəflərin hüquq və vəzifələri 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 29.2. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.1. işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa; 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa; 387.2.3. işə baxılan zaman icraatın aparıldığı dil haqqında qaydalar pozulmuşdursa; 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə; 387.2.5. qətnamə və ya qərardad onda göstərilən hakim tərəfindən imzalanmamışdırsa; 387.2.6. qətnamə və ya qərardad işə baxan hakim tərəfindən qəbul edilməmişdirsə; 387.2.7. işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa; 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa; 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. (...)
14. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
15. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Şikayətin mümkünlüyü, apellyasiya baxışının hədləri
16 Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
17. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
19. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə maraqlarına toxunan şəxslər, yəni X3 və X14 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməmiş, işə onların iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdır. Həmçinin məhkəmə iclası 10 oktyabr 2024-cü il tarixə təyin edilsə də, işdə olan məhkəmə iclas protokolunun tarixi 03 sentyabr 2024-cü il göstərilmişdir.
20. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri pozularaq işə baxılarkən icra məmurunun mübahisələndirilən qərarı üzrə icra icraatının bilavasitə tərəfi olan X3 və X14 işdə iştirak etməyə cəlb olunmamış, o cümlədən göstərilən hal qəraradaddan verilmiş şikayətin dəlili olsa da, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlilə qiymət verilməmişdir.
21. Kollegiya qeyd edir ki, göstərilən hallar eyni zamanda MPM-in 387.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsasdır.
22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
23. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayətlər qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-448/2024 nömrəli qərardadı ləğv edilərək, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Şikayətlər qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-448/2024 nömrəli qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.