Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-60/2022 06.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli, 2(060)-9027/2014 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlyas Mahmudov) iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, “TERM” kompaniyasına, X7, Borclu və X3 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC-dən, “TERM” kompaniyasından, X5 və Borclu 29 avqust 2013-cü il tarixli, sm4449 saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 188700 manat, faiz borcuna görə 14535 manat, cərimə borcuna görə 1000 manat, cəmi 204235 manat məbləğində borcun, ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 61 manat rüsumun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, X2 mülkiyyətində olan Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 23 saylı mənzilinin açıq hərracdan satılması və onun satışından əldə olunacaq pul vəsaiti hesabına cavabdeh "xxxx" MMC-nin 29 avqust 2013-cü il tarixli, sm4449 saylı Baş kredit müqaviləsi üzrə cəmi 204 235 manat borcun və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 manat məbləğində pulun iddiaçı Tələbkar ASC-yə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 23 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər X6 və X2 həmin mənzildən çıxarılmaqla, mənzilin boşaldılması qət edilmiş, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X8 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2018-ci il tarixli, 2(105)-28/2018 saylı qətnaməsi ilə qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X4 apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətindən, “TERM” kompaniyasından, X5 və Borclu müştərək qaydada 131.770,77 manat əsas borcun tutularaq iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə verilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 avqust 2018-ci il tarixli, 2(105)-28/2018 saylı icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru təqdimatla Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulub açıq hərracda satılması və əldə olunan vəsaitin tələbə yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası təqdimatın dəlillərini, iş materiallarını araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatı geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarındandır. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun təqdimatı Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulub açıq hərracda satılması və əldə olunan vəsaitin tələbə yönəldilməsi barədədir. “İcra haqqında” qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatla “İcra haqqında” qanunun 10.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquq normalarının tələblərini tətbiq edib, hesab edir ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatı geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmurunun Borclu əmlakı üzərinə həbs qoyulması barədə təqdimatı geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-60/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-60/2022
06.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver