Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-60/2023 15.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-257/2023 nömrəli qərardadından icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 37518.88 ABŞ dolları məbləğində pul Borclu alınıb Tələbkar ASC-yə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(010)- 5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı əmlakın üzərinə həbs qoyulub açıq hərracda satılması və əldə olunan vəsaitin tələbə yönəldilməsi barədə təqdimat verərək təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 37518.88 ABŞ dolları məbləğində pul Borclu alınıb Tələbkar ASC-yə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq, qərarın sürəti tərəflərə, borcluya könüllü icra üçün bildiriş göndərilmiş, həmçinin xx.xx.2020-ci il tarixdə kötüyünə imza etdirməklə yenidən təqdim edilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün onun əmlak və gəlirləri barədə Ədliyyə Nazirliyinin “Elektron İcra” İnformasiya Sistemi vasitəsilə sorğular edilmiş, elektron sistemdən əldə olunmuş məlumata əsasən Borclu adına «Bentley Continental» markalı, **-HL-***, «Hyundai Sonata» markalı, **-RG-*** və «BMW 428İ» markalı, **-NM-***, «Mercedes-Benz S280» markalı, **-ZB-***, «Audi Q7» markalı, **-ZM-***, «Peugeot 407» markalı, **-SV-***, dövlət qeydiyyat nişanlı avtomaşınların qeydiyyatda olduğu müəyyən edilmiş və həmin avtomobillərin axtarılması haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul olunaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilmişdir. Hazırki icraat materiallarına əsasən icra sənədi üzrə heç bir ödəniş olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq iş üzrə Borclu məxus olan «Bentley Continental» markalı, **-HL-***, «Hyundai Sonata» markalı, **-RG- *** və «BMW 428İ» markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulub açıq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 8(060)-257/2023 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) təqdimat qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan «Bentley Continental» markalı, **-HL-***, «Hyundai Sonata» markalı, **-RG-*** və «BMW 428İ» markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 8(060)-257/2023 nömrəli qərardadından Borclu şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul olunmuş Sumqayıt şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 8(060)-257/2023 saylı qərardadından narazıdır. Banka borcu yoxdur. Pulu o götürməmişdir. Avtomobillərin hər biri şəxsi əmlaklarıdır. Ödəniş etməməyinə səbəb borcun ona aid olmamasıdır. Bu səbəbdən də təqdimatı rədd edir. Sumqayıt şəhər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 8(060)-548/2021 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu adına olan “Bentley Continental” markalı, **- HL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması, açıq hərracda satılması və tələbin satışdan əldə olunan vəsaitə yönəldilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı təmin edilməmişdir. Həmin qərarın qəbulundan 1 ay sonra icra məmuru Ramil Babayev məktub verərək bildirmişdir ki, onlar tərəfdən avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Həmin vaxt onun mülkiyyətində 19 ədəd avtomobil var idi. İcra məmuru həmin avtomobillərin 18-nin üzərinə daxili əmrlə məhdudiyyət qoyub, bir avtomobili olan “Bentley Continental” markalı, **-HL-*** nömrə nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən həbs qoyulmasını istəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 8(060)-257/2023 saylı qərardadı tam ləğv edərək, mülkiyyətində olan “Bentley Continental” markalı, **-HL-***,“Hyundai Sonata” markalı, **-RG-*** və “BMW 428İ” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə yeni qərardad qəbul edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 8(060)-257/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. (hakim Aynur Behbudova) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. İş materiallarında olan: 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, kredit müqaviləsinə əsasən 37518,88 ABŞ dolları məbləğində (28142,54 ABŞ dolları əsas borc, 4376,34 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları məbləğində penya borcu olmaqla) pul vəsaiti ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə X3, Borclu alınaraq Tələbkar ASC-yə verilməlidir. 06 dekabr 2016-cı il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxan Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxan Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu adına olan «Bentley Continental» markalı, **- HL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması, açıq hərracda satılması və tələbin satışdan əldə olunan vəsaitə yönəldilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatının təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 291030-938/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu etibarnamə əsasında nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxan Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən borclunun əmlakı üzərinə həbs qoyulması haqqında 06 mart 2023-cü il tarixli qərardan görünür ki, Borclu adına qeydiyyatda olan «Bentley Continental» markalı, **-HL-***, «Hyundai Sonata» markalı, **-RG-*** və «BMW 428İ» markalı, **-NM-***, «Mercedes- Benz S280» markalı, **-ZB-***, «Audi Q7» markalı, **-ZM-***, «Peugeot 407» markalı, **- SV-***, Chery A15 markalı, 99XO-724 dövlət qeydiyyat nişanlı avtomaşınların üzərinə həbs qoyulması və həmin avtomobillərin saxlanılaraq xüsusi mühafizə olunan dayanacağa yerləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, Borclu adına qeydiyyatda olan «Bentley Continental» markalı, **-HL-***, «Hyundai Sonata» markalı, **-RG-*** və «BMW 428İ» markalı, **-NM-***, «Mercedes-Benz S280» markalı, **-ZB-***, «Audi Q7» markalı, **-ZM- ***, «Peugeot 407» markalı, **-SV-***, Chery A15 markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara mərkəzi informasiya sistemində həbs qoyulmuşdur. İşin halları ilə müəyyən olunur ki, Borclu dəfələrlə xəbərdarlıq olunmasına, bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsinin icrasını təmin etməmiş, məhkəmə iclasında verilmiş təqdimata münasibət bildirərək, zamin olduğu üçün borcun ona aid olmaması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsində Borclu bildirmişdir ki, borclu deyildir. Pulu o götürməmişdir. Şəxsi əmlakıdır. Ödəniş etməmişdir, çünki borc onun borcu deyildir. Ona görə də təqdimatın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. Belə ki,«İcra haqqında» Azərbaycan Respublikası Qanunun 43.1.3-cü maddəsinə görə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsindən görünür ki, məcburi icra tədbirinin tətbiqi üçün aşağıda göstərilən 3 əsas birlikdə mövcud olmalıdır: 1) icra sənədi icra məmuruna təqdim olunmalıdır; 2) icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmalıdır; 3) könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. Hazırkı işdə hər 3 əsas mövcuddur. “İcra haqqında” qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli qərarının 2-ci bəndinə əsasən qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici Konstitusiya norma və prinsiplərinə riayət etmək şərtilə məhkəmə qərarlarının icrası sahəsində istənilən modeli müəyyən etməkdə sərbəstdir. Məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. İcra işinin materiallarından görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 37518.88 ABŞ dolları məbləğində pul Borclu alınıb Tələbkar ASC-yə ödənilməlidir. Borclu icra sənədi üzrə borcunu qanunla nəzərdə tutulmuş müddətdə ödəməkdən yayınmışdır. İş materiallarında olan Elektron portaldan əldə edilən məlumatdan görünür ki, Borclu mülkiyyətində icra işində tələb olunan «Bentley Continental» markalı, **-HL-***, «Hyundai Sonata» markalı, **-RG-*** və «BMW 428İ» markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillər və digər çoxlu sayda nəqliyyat vasitələri aşkar olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələblərinə istinad etməklə, təqdimatın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Borclu şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 8(060)-257/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-60/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-60/2023
15.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver