Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-61/2023 01.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu məcburi gətirilməsinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X11 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsinə dair Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair Şamaxı Rayon Məhkəməsinin 8(074)-31/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Borclu X7 şikayətlə məhkəməyə müraciət edərək, Maraqlı şəxs barəsində qəbul etdiyi 21 fevral 2023-cü il tarixli məcburi gətirilməyə dair qərarı əsassız olduğundan ləğv edilməsini və onun cavabdehə olan aliment borcundan hər ay 60 manat ödəməyi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinə 2(074)- 557/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə görə ondan aliment borcunun tutulub X2 verilməsi məsələsinə görə məcburi qaydada Şamaxı rayon Məhkəməsinə gətirilməsi barədə 21 fevral 2023-cü il tarixdə qərar çıxarılmışdır. Sözügedən qərardan görünür ki, guya o, icra məmurunun çağırışına getmir. Halbuki o, icra məmurunun çağırışına getmiş və aliment borcunu hər ay 60 manat olmaqla ödəməyə hazır olduğunu onlara bildirmişdir. Elektron nüsxəni bu ərizə daxil etdiyi X12 Məşğulluq Filialından verilmiş ********** saylı, xx.xx.2023cü il tarixli elektron arayışdan görünür ki, ona xx.xx.2023-cü il tarixdən işsizlik statusu verilmişdir. Lakin Şamaxı icra və Probasiya şöbəsinin icra məmuru işsiz olduğundan heç yerdən gəliri olmadığını qəbul etməyib onu hədələyir. Hesab edir ki, Şamaxı icra və probasiya şöbəsinin icra məmuru onu hədələməkdənsə, qanunla müəyyən edilmiş qaydada onun gəlirlərinin və adına olan əmlakların müəyyən edilməsi üzrə müvafiq ünvanlara sorğular göndərməli və aliment borcunun ödənişi üzrə mümükün olan variantı icra etməlidir.
3. Şamaxı Rayon Məhkəməsinin 8(074)-31/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Natiq İsmayılov) Maraqlı şəxs icra məmuru Orxan Novruzov tərəfindən qəbul edilmiş 21 fevral 2023-ci il tarixli qərarından borclu X7 tərəfindən verilmiş şikayət təmin edilməmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu şikayətində aliment borcunu ödədiyini və buna görə icra məmurunun çağrışına getmədiyini bildirsə də bununla bağlı şikayətə heç bir sübut əlavə etməmiş və məhkəmə iclasında da həmin sübutlarını təqdim etməmiş, yalnız xx.xx.2023-cü il tarixdə aliment borcundan 57 manat ödəməsi barədə qəbz təqdim etmişdir. Eyni zamanda icra şöbəsinə getmədiyini etiraf etmiş və getməməsinin səbəinin üzürlü olmasına dair şikayətə heç bir sübut əlavə etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, icra məmurunun çağırışına üzürsüz səbəbdən gəlməkdən yayındığından borclu X7 tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
5. Qərardaddan borclu şikayət verərək, qərardadın ləğv edilərək Maraqlı şəxs 912/4 saylı, 21 fevral 2023-cü il tarixli qərarının əsassız hesab edilməsini, aliment borcumdan hər ay 60 (altmış) manat ödəməyi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Şamaxı Rayon Məhkəməsinin 8(074)-31/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 8(074)-31/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-557/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən aliment borcunu ödəyir. Buna dair sübutlarını Şamaxı Rayon Məhkəməsinə təqdim etmişdir. Bu sübutlardan birini elə məhkəmə iclasında təqdim etmişdir. Lakin məhkəmə ədalətli qərar çıxarmamışdır. Fakt görünür ki, Maraqlı şəxs onun məcburi gətirilməyinə dair qərar qəbul etsə də bundan onun məhkəməyə ünvanladığı haqlı şikayəti ilə bağlı onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Qərar qəbul edən Şamaxı İcra və probasiya şöbəsi məhkəmə iclasına gəlmir, öz tələbini və qərarını müdafiə etmir və əsaslandırmır, amma haqlı çıxarılır. Əksinə, məhkəmənin sözügedən qərardadında ondan günahsızlığı barədə sübutlar tələb edilmişdir. Bu isə Konstitusiyaya görə təqsirsizlik prezumpsiyasına ziddir. Şamaxı İcra və probasiya şöbəsi öz qərarını və tələbini sübut etməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
9. “İcra haqqında” Azərbaycan Respubikasının Qanunu:
Maddə 84. İcra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət (...) 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)
Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
11. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
12. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
14. İş materiallarında olan borclunun məcburi gətirilməsinə dair Maraqlı şəxs icra məmuru Orxan Novruzov tərəfindən qəbul edilmiş 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-557/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu X3 01 iyun 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X1 verilməlidir. Odur ki, borclu X5 məcburi qaydada Maraqlı şəxsnə mcburi gətirilməsinə dair qərar qəbul olunmuşdur.
15. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktının icrasına maneə olmaq üçün icra məmurunun bildirişlərinə məhəl qoyulmayaraq, müvafiq icra qurumuna gedilməməsi və ya gedilməsindən yayınması, mülki və cinayət məsuliyyətinin yaranmasını, o cümlədən, borclu şəxsin məcburi gətirilməsini qaçılmaz edir.
16. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işə baxan zaman icra işi üzrə materiallar tələb edilib tədqiq edilməmiş, o cümlədən şikayətin dəlilləri yoxlanılmamış və araşdırılmamışdır.
17. Həmçinin iş materiallarından görünür ki, borclu hazırkı icraat üzrə birinci instansiya məhkəməsinin çağırışlarına əsasən keçirilmiş məhkəmə iclaslarında şəxsən iştirak etmiş, lakin icra məmuru məhkəmə iclasında iştirak etməmişdir.
18. İş materiallarından həmçinin görünür ki, borclu birinci instansiya məhkəməsində çağırış üzrə getməmənin üzürlü səbəbi kimi atasının öldüyünü göstərmişdir və bu halı sübut edən X6 xx.xx.2022-ci il tarixdə ölməsi barədə ölüm haqqında şəhadətnamə iş materiallarına əlavə edilmişdir.
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətə baxarkən icra işi üzrə materialları tələb edərək tərəflərin iştirakı ilə məcburi gətirmənin zəruriliyi üçün qanunvericilikdə nəzərdə tutulan əsasların mövcudluğunu yoxlamamışdır.
20. Belə ki, məcburi gətirilmə tədbiri icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində tətbiq olunur.
21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin 8(074)-31/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 8(074)-31/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatların araşdırılması üçün iş Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.