Məhkəmə qərarları › İş №8(105)-62/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-62/2023

31.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-62/2023 31.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (məruzəçi),X və X2 ibarət tərkibdə Borclunun məcburi gətirilməsi barədə Quba Rayon İcra və Pprobasiya şöbəsinin icra məmurunun təqdimatının təmin edilməməsinə dair r Quba Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 8(027)-111/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayevin təqdimatla məhkəməyə müraciət edərək borclu Quba rayonu, Vəlvələ kəndində yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)- 1049/2020 nömrəli icra sənədi üzrə borclu Quba rayonu, Vəlvələ kəndində yaşayan Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun icra şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir Quba Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 8(027)-111/2023 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(027)-1049/2020 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Quba rayonu, Vəlvələ kəndində yaşayan Borclu məcburi qayda Quar rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi, qərardadın icrasının Quba rayon Polis Şöbəsinə həvalə edilməsi qərarar alınmışdır (hakim Rahim Həsənov). Borclu şikayət verərək Quba Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 8(027)- 111/2023 nömrəli qərardadının ləğv edilməsi və icra məmurunun təqdimatının təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment ondan tutularaq Tələbkar verilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə İcraata başlamaq haqqında qərar qəbul edilmiş, guya həmin tələbin könüllü icrası barədə ona bildiriş göndərilmiş və o da, həmin bildirişi rəsmi qaydada qəbul etmişdir. Halbuki, o, Quba rayonunda yaşamır, uzun müddətdir ki, Sumqayıt şəhəri,47-ci məhəllə, ev 8 mənzil 26-da yaşayır və uşaq da onun himayəsində yaşamır. Lakin bu barədə o, icra məmuruna məlumat versə də icra məmuru həmin icra işini onun uzun müddət faktiki yaşadığı ünvan üzrə göndərməmiş və onun məcburi gətirilməyi barədə qərardad qəbul etmişdir. Ona icraata başlamaq haqqında qərarın surəti rəsmi qaydada təqdim olunmamış və o, icra şöbəsinə çağırılmağı barədə hər hansı bir rəsmi bildiriş almamışdır. Yalnız ondan uşaqla bağlı soruşulduq da, o, Sumqayıt şəhərində yaşadığını və uşağın onun yanında olmadığını icra məmuruna bildirmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmış, AR MPM-nin 14cü maddəsində nəzərdə tutulan hüquqlardan onu məhrum etmiş və onun icra məmuru tərəfindən icra ilə bağlı məlumatlandırılıb məlumatlandırılmamağı və icraata başlamaq barədə qərardadın surətinin ona verilib-verilməməsi, onun faktiki olaraq yaşayış yerini dəyişdiyini və uşağın himayəsində olub-olmamasını araşdırmadan əsassız təqdimatı təmin etmişdir, Halbuki o, bir daha bildirir ki, yaşayış yerini uzun müddətdir ki, dəyişmiş və Sumqayıt şəhərində yaşayır. Bu barədə icra məmuruna da məlumat versə də icra məmuru buna baxmayaraq icra işini aidiyyəti üzrə göndərmək əvəzinə barəsində bu əsassız təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesinin vaxtı barədə o, məlumatlandırılmadığı üçün bu hallarla bağlı dəlillərini təqdim edə bilməmiş və hazırda yaşayış yeri üzrə arayışı şikayətə əlavə edir. Quba Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 8(027)-111/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 8(027)-111/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(027)-1049/2020 nömrəli icra sənədindən görünür ki, xx.xx.2019cu il təvəllüdlü X3 adlı uşaq anası Tələbkar himayəsinə verilməli, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün uşağın ananın himayəsinə verilməsi hissəsində qətnamə icra olunduğu vaxtdan hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar verilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə İcraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icraata dərhal başlanılması, borcluya aliment tələbini dərhal yerinə yetirməsinin izah olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsi, üzürsüz səbəbdən icra etməzsə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarında olan poçt göndərişin verilməsi haqqında xəbərnamədən görünür ki, qərar və bildiriş borclu tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanununun 84.2-ci maddəsinin tələbinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1049/2020 nömrəli icra sənədinin icraata qəbul edilməsindən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, Borclu tələbi könüllü olaraq tam icra etməmiş, həmçinin icra və probasiya şöbəsinə gəlməsi üçün ona bildiriş və xəbərdarlıq göndərilsə də, çağırış üzrə gəlməmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin tez müddətdə icra edilməməsi və ya uzun müddət icra edilməməsi məhkəmə qətnaməsini xəyali bir kağız parçasına çevirmiş olur ki, bu da yolverilməzdir. Borclu şikayətinin dəlillərində Sumqayıt şəhərində yaşamasını və uşağın onun himayəsində yaşamadığını, bu barədə o, icra məmuruna məlumat versə də icra məmurunun həmin icra işini onun ünvanı üzrə göndərmədiyini bildirmişdir. Lakin borclu şikayətinin dəlillərinə dair sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyası məhkəməsində təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassız olmaqla icra sənədinin icrasından yayınmaq üçün formal xarakter daşıyır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun məcburi gətirilməsi barədə Quba Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 8(027)-111/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar