Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-63/2022 25.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 8(060)-91/2022 nömrəli qərardadından Borclu2 tərəfindən verilmiş şikayətin mümkünlük məsələsinə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 8(060)-91/2022 nömrəli qərardadı ilə (hakim Almaz Süleymanova) Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun təqdimatı qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)-4181/2021 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu1 və Borclu2 ölkədən getmək hüququ qətnamə icra olunanadək müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu2 qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 8(060)-91/2022 nömrəli qərardadı ilə şikayət təmin edlməmiş və baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiaysının 28 mart 2022-ci il tarixli, 2(105)-42/2022 nömrəli qərardadı ilə borclu tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən işə apellyasiya qaydasında baxılması qeyri mümkün hesab edilərək mülki iş sonrakı prossesual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 8(060)-91/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 8(060)-91/2022 nömrəli qərardadından Borclu2 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Borclu2 05 aprel 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 8(060)- 91/2022 nömrəli qərardadından şikayət vermişdir. Bundan sonra şikayət material ilə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinə əsasən apellyasiya məhkəməsi işə məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Mülki prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi Borclu2 05 aprel 2022ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 8(060)-91/2022 nömrəli qərardadından verdiyi şikayəti müzakirə etmədən, şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 267.3-cü və 268.1 maddələrinin ümumi məzmununa əsasən şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269.1-ci, 269.2-ci və 269.3-cü maddələrinin tələblərinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 8(060)-91/2022 nömrəli qərardadından Borclu2 verdiyi şikayət müzakirə olunmamış və nəticədə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, tələbkarın şikayəti əsasında birinci instansiya məhkəməsi ilkin olaraq qəbul etdiyi qərardada hüquqi münasibət bildirmədiyi halda işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və material sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 8(060)-91/2022 nömrəli qərardadından Borclu2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Borclu2 şikayəti müzakirə edilərək prosessual qaydalara əməl edilməsi və yol verilmiş prosessual pozuntular aradan qaldırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(105)-63/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-63/2022
25.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver