Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-63/2023 09.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin 2(012)-5959/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-5959/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə Abşeron Rayon Məhkəməsinin 8(012)-240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Abşeron Rayon Məhkəməsinin 2(012)-5959/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu azyaşlı uşağı xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi 1 saylı evə istifadə hüququnun itirilmiş hesab edilməklə həmin evdən çıxarılmaları qət edilmişdir.
2. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.
3. İcra sənədi üzrə tələbkar X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-5959/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmənin 16 noyabr 2021-ci il tarixdə qəbul etdiyi qətnaməyə əsasən Borclu azyaşlı uşağı xx.xx.2015-cı il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsində yerləşən 1 saylı evdən istifadə hüququ itirilmiş hesab edilməklə həmin evdən çıxarılması qət edilmiş və icra üçün sənədlər Abşeron rayon İcra və probrasiya şöbəsinə göndərilmişdir. İcra işi icra məmuru X3 icraatında olmuşdur. xx.xx.2023-cü il tarixdə icra məmuru Xırdalan şəhəri, M.İbrahimov küçəsi, 1 saylı evə gələrək giriş qapılarının açarlarını dəyişdirmiş, açarların birini cavabdeh Borclu vermişdir. Açarların ona verilməsini icra məmuru onunla əsaslandırdı ki, guya gün ərzində cavabdeh Borclu özünə məxsus şəxsi əşyalarını evdən çıxarıb aparmalıdır. Borclu üç gün ərzində nəinki şəxsi əşyalarını aparmamış, əksinə, evin giriş qapılarını yenidən dəyişdirərək onları öz evlərinə buraxmamışdır. İcra məmuru isə 29 mart 2023-cü il tarixdə bu faktla əlaqədar açılmış icra sənədinə əsassız olaraq xitam vermişdir. Nəticədə isə qeyd edilən qətnamə tam icra edilməmişdir. Bu baxımdan həmin qərar ləğv edilməli və icra sənədi yenidən icraya yönəldilməlidir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-240/2023 saylı qərardadı ilə (hakim Məlahət Abbasova) şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-5959/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.
6. İcra sənədi üzrə Borclu qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-240/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-240/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırda da oğlu ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşamağa başqa yerləri yoxdur. Nəzərə almaq lazımdır ki, övladı azyaşlıdır. Evi tərk edib gedəcəyi halda küçələrdə yaşamaq məcburiyyətində qalacaqlar. Oğlu Ə.Əliyev yaxınlıqda yerləşən orta məktəbin 2-ci sinfində oxuyur.
b) Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı tələbkar X1 vəkili və nümayəndəsi Vəkil yazılı etirazı daxil olmuş və şikayətin təmin edilməməsi xahiş edilmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)
11. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 20. İcraata xitam verilməsinin əsasları və qaydası 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
14. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5959/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Borclu azyaşlı uşağı xx.xx.2015-cı il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsində yerləşən 1 saylı evdən istifadə hüququ itirilmiş hesab edilməklə həmin evdən çıxarılması qət edilmişdir.
17. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Maraqlı şəxs icra məmuru xx.xx.2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlamış, bu barədə icra sənədi üzrə tərəflərə məlumat vermiş və son nəticədə xx.xx.2023-cü il tarixdə icra sənədini icra etmiş, tələbkarın nümayəndəsi Vəkil qətnamə icra edildiyindən ərizə ilə şöbəyə müraciət edərək icra icraatına xitam verilməsini xahiş etmiş, bu barədə akt tərtib edilmiş və eyni tarixdə icra məmurunun qərarı ilə icra icraatına xitam verilmişdir.
18. Buna baxmayaraq Borclu yuxarıda qeyd olunan icra sənədi icra edildikdən sonra tələbkara məxsus yaşayış sahəsində yaşamağa davam etmişdir və hal-hazırda həmin evdə yaşayır. Həmçinin, şikayətin dəlilləri ilə Borclu mübahisəli evdə yaşaması təsdiq olunur və borclu həmin fərdi yaşayış evinin yeganə yaşayış yeri olduğunu əsas gətirərək evdən çıxmaqdan imtina edir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan normalarda qeyd edildiyi kimi, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
20. Məhkəmə kollegiyası hesab edir ki, borclu hazırda mübahisəli evdə yaşadığından və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilmədiyindən icra sənədinin icra olunması əsası ilə icraata xitam verilməsi barədə icra məmurunun qərarının ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
21. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin 8(012)-240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.