Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-64/2023 07.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatının rədd edilməsinə dair Şamaxı Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 8(074)-36/2023 nömrəli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və Probasiya Şöbəsi təqdimatla Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Borclu ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul ediməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1066/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borclular Borclu və X1 Tələbkar ASC-nin xeyrinə cəmi 2545,77 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunan icra sənədi müvafiq olaraq xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuş və icra sənədinin icraatına başlanılaraq, icra tədbirləri aparılmışdır. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Borclu tərəfindən borc tam olaraq ödənilməmiş, qalıq borcu hazırda cəmi 2245,77 manat və ödənilmiş 30 manat dövlət rüsumu təşkil edir. Borclu istifadəsində olan mobil telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlanılmış, mövcud borcunu ödəməsi barədə xəbərdar olunmuşdur. Şamaxı rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 8(074)-36/2023 nömrəli qərardadı ilə borclunun ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməmişdir (hakim Fərid Yaqubov). Tələbkar ASC qərardaddan şikayət verərək Şamaxı rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 8(074)-36/2023 nömrəli qərardadını ləğv edərək təqdimatın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu uzun müddət keçməsinə baxmayaraq, fərqli bəhanələr gətirərək, icra sənədinin vaxtında və tam icrasını təmin etməmiş və hazırda da, icra sənədinin icrasından qərəzli olaraq yayınmaqda davam edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatda müəyyən xırda məsələlər tənzimlənir ki, həmin halların icra məmuru tərəfindən yerinə yetirilməməsi təqdimatın təmin olunmasına maneə deyildir. Şamaxı rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 8(074)-36/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 8(074)- 36/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)- 1066/2021 saylı icra sənədindən görünür ki, “Yelo Bank“ ASC ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 6-Z-1-0-1056-14 nömrəli və xx.xx.2019- cu il tarixli, 6-Z1-2- 0-853-15 nömrəli kredit müqavilələri ləğv edilməli, Borclu və X1 xx.xx.2019-cu il tarixli, 6-Z1- 2-0-853-15 saylı kredit müqaviləsi üzrə 1914,18 manat əsas borc, 26,01 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 1960,19 manat, xx.xx.2019-cu il tarixli, 6-Z-1-0-1056-14 saylı kredit müqaviləsi üzrə 581,84 manat əsas borc, 1,93 manat faiz, 1,81 manat cərimə olmaqla, cəmi 585,58 manat, ümumilikdə isə 2545,77 manat pul və dövlət rüsumu ödənilmiş 30 manat pul müştərək qaydada alınaraq, Tələbkar ASC-yə ödənilməlidir. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)- 1066/2021 saylı icra sənədi üzrə icra məmuru tərəfindən İcraata başlamaq haqqında qərar qəbul edilmiş və Borclu icra sənədində göstərilən tələbin könüllü icrası təklif edilmişdirBirinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1-ci maddəsinə əsasən Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.1-ci maddəsinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, icra məmuru tərəfindən mövcud icra sənədinin icrası ilə bilavasitə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması arasında səbəbli əlaqənin olması, borclunun ölkədən getmək hüqununun məhdudlaşdırılmasının icra sənədinin icrasına nə kimi təsir edəcəyi, belə bir zərurətin yarandığı göstərilməlidir. Hazırkı halda təqdimatda belə bir zərurətin nədə ifadə olunduğu qeyd olunmamışdır. Hazırkı icra sənədinin icrası zamanı borclunun “iştirakı” zəruri olmadığından təqdimat əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Şamaxı rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 8(074)-36/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-64/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-64/2023
07.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver