Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-64/2024 11.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, X1nın iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-78/2021 nömrəli qətnaməsi əsasında verilmiş “icra sənədinin məhkəməyə geri qaytarılması” barədə Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair X1nın ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X3 məhkəmədə cavabdeh Borclu Özəl Ticarət Mərkəzi MMC-yə qarşı iddia qaldıraraq, cavabdeh Borclu Özəl Ticarət Mərkəzi MMC-nin rəhbərliyinin ona məxsus olan Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən çayxana obyektinə edilən qəsdlərə son qoyulması, obyektin giriş-çıxış yolunda qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi və obyektə sərbəst giriş-çıxış yolunun bərpa edilməsi, arxa və yan tərəflərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-190/2017 nömrəli qətnaməsi ilə (hakim F.B.Mirzəquliyev) iddiaçı X2 cavabdeh Borclu Özəl Ticarət Mərkəzi MMC-yə qarşı cavabdeh tərəfindən ona məxsus Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən çayxana obyektinə edilən qəsdlərə son qoyulması, obyektinin giriş-çıxışında inşa edilmiş tikililərin sökülməsi və obyektinə sərbəst giriş-çıxış yolunun bərpa edilməsi tələbi təmin edilməmişdir. İddiaçı A.Q.Rzayeva apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-78/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-190/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində olan iaşə xidməti obyektinin (çayxana) giriş-çıxış yolunda cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərinin həmin obyektin giriş-çıxışına maneə törədən hissələrinin sökülməsi və obyektin giriş-çıxış yolunun bərpa edilərək iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh Borclu Özəl Ticarət Mərkəzi MMC-dən torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 311 (üç yüz on bir) manat pulun alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri-50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Borclu Özəl Ticarət Mərkəzi MMC qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1351/2022 nömrəli qərarı ilə cavabdeh Borclu Özəl Ticarət Mərkəzi MMC-nin kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(105)-78/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. X1 ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-78/2021 nömrəli qətnaməsi əsasında verilmiş “icra sənədinin məhkəməyə geri qaytarılması” barədə Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Xaçmaz rayon İcra və probasiya şöbəsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 ərizəni müdafiə edərək Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Xaçmaz rayon İcra və probasiya şöbəsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və Xaçmaz rayon İcra və probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 70.4. İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarından görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003cü il tarixli qərarına əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı qərardaddan kassasiya şikayəti hüququ qanunvericilikdə nəzərdə tutulmadığından, mövcud mülki prosessual prinsiplərə uyğun şəkildə vətəndaşların konstitusion hüququnun geniş mənada təsbiti baxımından hazırkı müraciətə müvafiq birinci instansiya məhkəməsində baxılması, nəticəsindən narazı qalan tərəfin yuxarı instansiya məhkəməsinə şikayətlə müraciət hüququnun tanınması qəbul edilmiş məhkəmə aktının ədalətli və qanuniliyini təmin edəcəkdir. Göründüyü kimi icra məmurunun “icra sənədinin geri qaytarılması haqqında” qərarından şikayət apellyasiya məhkəməsi tərəfindən deyil, birinci instansiya məhkəməsi tərəfindən həll olunmalıdır. Lakin ərizəçi hazırkı tələblə bağlı birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki halda tələbkar icra sənədinin geri qaytarılması barədə icra məmurunun qərarından onun olduğu yer üzrə məhkəməyə - Xaçmaz Rayon Məhkəməsinə şikayət verməli olduğundan, qərarın ləğvi barədə mövcud ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-78/2021 nömrəli qətnaməsi əsasında verilmiş “icra sənədinin məhkəməyə geri qaytarılması” barədə Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönədilməsi barədə X1 tərəfindən verilmiş ərizə təmin edilməsin. Tələbkara sözügedən qərardadın ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-64/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-64/2024
11.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver