Məhkəmə qərarları › İş №8(105)-65/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-65/2022

23.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-65/2022 23.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-569 nömrəli, 11.03.2014-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmovun təqdimatına əsasən çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərardadından Borclu1 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərardadı ilə (hakim G.C.Tanrıverdiyeva) borclular Borclu2 və Borclu1 həbsin götürülməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmov təqdimatla məhkəməyə müraciət edərək, Borclu1 məxsus **********, ********** və ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının və Borclu2 məxsus ********** qeydiyyat nömrəli qeyriyaşayış binasının üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(060)-5482/2020 saylı qərardadı ilə təqdimat qismən təmin edilmiş, Borclu1 məxsus ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının və Borclu2 məxsus ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının üzərinə həbs qoyulması və təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Hazırda borclular Borclu2 və Borclu1 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2020-cı il tarixli, 2(060)-5482/2020 saylı qərardadını ləğv edərək, Borclu1 məxsus ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının və Borclu2 məxsus ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Borclular Borclu2 və Borclu1 ərizəsini onunla əsaslandırmışdırlar ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-9/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərardadı ilə Borclu1 məxsus ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının və Borclu2 məxsus ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının üzərinə həbs qoyulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-569/2014 saylı,11.03.2014-cü il tarixli icra sənədinə əsasən onlardan 64.198 ABŞ dolları və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Ödənişlər 2016-cı ilin dekabr ayından etibarən hər ay 1000 manat olmaqla həyata keçirilmiş, İcra Şöbəsində bu formada razılığa gəlmişlər. Tərəflərindən 2017-ci ilin yanvar ayından bu günə kimi artıq 58 min manat məbləğində pul ödənilmişdir. 5 ildir ki, mütəmadi olaraq hər ay 1000 manat ödəyirlər. O vaxt dollar manatdan ucuz olmuşdur. Sonradan dollar manata çevrilib yazılmışdır. Daha sonra notariusda onlar birlikdə 69.000 manat məbləğində qeyd olunan pula qol çəkmişdirlər. Hal-hazırda təxminən 2-3 min manat borcları qalmışdır. Vaxt veriləcəyi təqdirdə ödənişləri ilə bağlı sənədləri məhkəməyə təqdim edə bilərlər. Qeyd edilənlərə əsasən ərizəçilər Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2020-cı il tarixli, 2(060)-5482/2020 saylı qərardadını ləğv edərək, onlara məxsus ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Borclu1 nümayəndəsi Vəkil şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-569/2014 saylı, 11.03.2014-cü il tarixli icra sənədinə əsasən cavabdehlərdən 64.198 ABŞ dolları və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Ödənişlər 2016-cı ilin dekabr ayından etibarən hər ay 1000 manat olmaqla həyata keçirilmiş, İcra Şöbəsində bu formada razılığa gəlmişlər. Tərəfindən 2017-ci ilin yanvar ayından bu günə kimi artıq 58 min manat məbləğində pul ödənilmişdir. 5 ildir ki, mütəmadi olaraq hər ay 1000 manat ödəyirlər. O vaxt dollar manatdan ucuz olmuşdur. Sonradan dollar manata çevrilib yazılmışdır. Daha sonra notariusda onlar birlikdə 69 min manat məbləğində qeyd olunan pula qol çəkmişlər. Hal-hazırda təxminən 2-3 min manat borcları qalmışdır. Vaxt veriləcəyi təqdirdə ödənişləri ilə bağlı sənədləri məhkəməyə təqdim edə bilərlər. Demək olar borcun 60-70%-i ödənilib. 5 il ərzində borclular tərəfindən 3-4 ay, hər ilin yanvar ayı ödəniş edilməməsi icra sənədinin icra edilməməsi demək deyildir. Əslində belə olan halda icra məmurunun məcburi icra tədbirlərinin həyata keçiriməsi üçün təqdimatla məhkəməyə müraciət etməsinin səbəbi aydın deyil. Borclulara məxsus obyektlər hal-hazırda bankda girovdadır. Buna görə də borclular banka pul ödəyirlər. Qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulması bankla borclular arasında olan münasibətlərə pis təsir edir. Əslində həmin obyektlərdən birinin pulu hesabına hazırkı borcu tam şəkildə ödəmək də mümkündür. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-9/2022 saylı mülki iş üzrə, 22 aprel 2022-ci il tarixli qərardadını ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (15.2). Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir (15.3). Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-569/2014 saylı, 11.03.2014-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Lakin icra sənədinin qəbul edilməsindən təxminən 8 il müddətin keçməsinə baxmayaraq icra sənədi hal-hazırki vaxtadək borclular tərəfindən tam icra edilmədiyindən icra məmuru borclulara məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimat ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2020-cı il tarixli, 2(060)-5482/2020 saylı qərardadı ilə təqdimat borclulara məxsus əmlak üzərinə həbs qoyulması hissəsində təmin edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Məhkəmə kollegiyası iş materialını nəzərdən keçirərək qeyd edir ki, iş materiallarından və tərəflərin məhkəməyə verdiyi izahatlardan görünür ki, icra sənədi üzrə borclular tərəfindən ödənilməli olan məbləğ tam ödənilməmiş, yəni müvafiq icra sənədi tam icra olunmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, borclular tərəfindən təxminən 70000 manat ödəniş edilmiş, 30000 manatdan çox borc qalmışdır. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin borclulara məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsinin hazırkı vəziyyətdə tələbkarın mənafeyinə uyğun olmaması barədə gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə haqlı olaraq borclular Borclu2 və Borclu1 ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli qeyri-yaşayış binalarının üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəni təmin etməmişdir. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Borclu1 nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 22 aprel 2022-ci il tarixli 8(060)-9/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar