Məhkəmə qərarları › İş №8(105)-66/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-66/2024

12.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-66/2024 12.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4437/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı X1 ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 may 2024-cü il tarixli 8(060)-193/2024 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-400/2024 saylı qətnaməsi ilə cavabdeh X4 apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qətnaməsi 20.000 manat məbləğində pulun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X3 16.000 (on altı min) manatın alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. X2 məhkəməyə ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 4437/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi və ondan hər ay iddiaçının hesabına 150-200 manatın tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-193/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Aynur Behbudova) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-4437/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X2 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə X2 məhkəməyə vəsatət verərək, hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardaddan şikayətin verilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyündən onun bərpa edilməsini xahiş etmiş, eyni zamanda həmin qərardaddan şikayət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 01 aprel 2024cü il tarixli, 8(060)-193/2024 saylı qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, e-2(060)-4437/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair onun tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Bildirir ki, o, bu iş üzrə qəbul olunmuş qərardadı xx.xx.2024-cü ildə elektron qaydada almışdır. Lakin həmin qərardaddan şikayət vermə müddətini üzürlü səbəbdən buraxmışdır. Bu səbəbdən də qərardaddan şikayət vermək üçün qanunda nəzərdə tutulan 10 gün müddəti üzürlü səbəbdən buraxmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-193/2024 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-193/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından X1 şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin (vəsatət) təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 193/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından X1 verdiyi şikayətin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-193/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, bununla onun qərardaddan şikayət vermə müddəti başlamış xx.xx.2024-cü il tarixədək davam etmiş, borclu tərəfindən sözügedən qərardaddan şikayət xx.xx.2024-cü il tarixdə verilmişdir. Bundan sonra X2 xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-193/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə verdiyi vəsatət ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi borclu xeyli müddət vaxt sərf etdikdən sonra buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə birlikdə şikayətini məhkəməyə göndərmişdir. Məhkəmə həmçinin qeyd edir ki, borclu ərizəsində qərardadı xx.xx.2024-cü il tarixdə elektron qaydada aldığını bildirsə də bunu təsdiq edəcək mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-193/2024 saylı qərardadımdan narazı qalan borclu şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə avtoqəza keçirmişdir. Avtoqəza nəticəsində 15 gün ərzində yataq rejimində müalicə və müayinə olunmuşdur. Bu səbəbdən də xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edə bilməmişdir. Ailəlidir, himayəsində iki azyaşlı övladı vardır. Həyat yoldaşı işləmir. Ailənin yeganə qazanc gətirəni odur. Gündəlik taksi fəaliyyəti ilə məşğul olur və ailəni dolandırır. Lakin bütün bu sadaladıqlarını məhkəmə nəzərə almamışdır. Borc məbləği yüksəkdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-193/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-193/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 01 aprel 2024cü il tarixli, 8(060)-193/2024 saylı qərardadı X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, onun qərardaddan şikayət vermə müddəti başlamış xx.xx.2024-cü il tarixədək davam etmiş, borclu tərəfindən sözügedən qərardaddan şikayət və prosessual müddətin bərpasına dair ərizə xx.xx.2024-cü il tarixdə verilmişdir. Borclu qərardaddan şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini bildirilsə də bunu təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, müddətin üzürlü səbəbdən ötürülməsi əsaslandırılmamışdır. Ərizədə şikayət verilən qərardadı xx.xx.2024-cü il tarixdə elektron qaydada aldığını bildirsə də bu hal iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisyemindən çıxarış ilə təkzib edilir. Belə ki, həmin çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli qərardad borclunun elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Hərçənd ki, şikayətçinin qeyd etdiyi hal prosesual müddətin bərpasına dair ərizə verilməsini istisna etməkdədir. Eyni zamanda ərizəçi mübahisələndirilən hazırki qərardaddan verilmiş şikayətin dəlillərində xx.xx.2024-cü il tarixdə avtoqəza keçirməsi, 15 gün ərzində yataq rejimində müalicə və müayinə olunmasını qeyd etmişdir ki, qeyd olunan dəlillər isə buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-193/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermək üçün prosessual müddətin axımı xx.xx.2024-cü il tarixdə başlamı, xx.xx.2024-cü il tarixdə bitmişdir. İddiaçı isə qeyd edilən hadisənin 16 aprel 2012024-cü il tarixdən sonra baş verdiyini iddia etməkdədir. Buna görə də məhkəmə kollegiyası şikayətçinin qeyd edilən dəlilini də əsassız hesab etmişdir. Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 may 2024-cü il tarixli 8(060)-193/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar