Məhkəmə qərarları › İş №8(105)-67/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-67/2024

13.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-67/2024 13.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X14 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, tələbkarın nümayəndəsi Vəkil, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-165/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərardadından Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim E.Məmmədov) şikayətin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)- 435/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasının təmin olunması ilə bağlı məcburi icra tədbirlərinin aparılması vəzifəsinin Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs2 üzərinə qoyulması, şikayət digər hissədə rədd edilməsi qərara alınmışdır. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs2 həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-165/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərardadından Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixində verdiyi şikayət ərizəsinin təmin edilməməsi və şikayət baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunması üçün borclunun barəsində qanunvericiliklə nəzərdə tutulan icra tədbirlərinin-borclunun axtarışı barədə qərar qəbul olunması, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulması, icra sənədi borclu tərəfindən icra olunmadığına görə borclu barəsində təqdimatla inzibati protokol verilməklə məhkəməyə müraciət olunması vəzifəsinin Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs2 üzərinə qoyulması və Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi 3 ilə yaxın müddət ərzində icra olunmadığına görə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin rəisi Yavər Allahverdiyev və icra məmuru Maraqlı şəxs2 barəsində tədbir görülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X6, "xxxx" MMCnin iştirakçısı X11 və "xxxx" MMC-nin iştirakçısı X8 üzərinə qoyulması qət edilmişdir. Həmin icra sənədi üzrə borclu "xxxx" MMC-nin direktoru X4 rayonu, Cavadxan küçəsi, ev 10, mənzil 26 ünvanında qeydiyyatda olduğuna görə Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi icra olunması üçün Nəsimi rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs2 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcraata başlamaq haqqında qərar borclunun ünvanına göndərildikdən sonra icra sənədinin icrası istiqamətində hər hansı bir icra hərəkəti aparılmamışdır. Qeyd olunan icra sənədinin icrası ilə əlaqədar icraçı ilə şifahi danışıqlar aparılmış, borclunun məcburi gətirilməsi və inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilməsi ilə bağlı ərizələr Nəsimi rayon İcra və Probasiya şöbəsinə poçt vasitəsilə göndərilmişdir. Lakin icra sənədinin icra olunmasından ötrü bütün tələblərinə və müraciətlərinə baxmayaraq icra məmuru icra sənədini icra etməkdən yayınmışdır. İcra məmuru hər dəfə bəhanə gətirərək bildirmişdir ki, qeyd olunan icra sənədi üzrə hüquqi şəxslə bağlı hissədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru icra sənədini geri qaytardığından və həmin qərar məhkəmə qaydasında mübahisələndirildiyindən o, icraatında olan işlə bağlı heç bir tədbir görə bilməz. Həmin məhkəmə mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(105)-59/2023 nömrəli qərardadı ilə onun şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-216/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 nömrəli icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Məhkəmə qərarında qeyd edilmişdir ki, "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru X6 işdən azad edilməsi icra sənədinin geri qaytarılmasına əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qərarda verilmiş şikayəti müzakirə edərək hesab etmişdir ki, şikayət təmin edilməli, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Bundan sonra icra məmurunun dövlətin adından çıxarılan qərarın icra olunmaması üçün heç bir bəhanəsi qalmamışdır. Buna baxmayaraq yenə də məhkəmə qərarı icra olunmamış qalmışdır. Bundan əlavə "xxxx" MMC-nin direktoru X6 işdən azad edilməsi ilə bağlı məhkəmə qərarı xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur. Lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi üzrə indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X6 üzərinə qoyulması qət olunmuşdur. Bu da o deməkdir ki, 2010-cu il təsis olunan "xxxx" MMC-nin direktoru X2 Rayon Məhkəməsinin qərarı qüvvəyə mindiyi, yəni direktor kimi işdən azad olunduğu tarixə qədər MMC-nin fəaliyyəti ilə əlaqədar olan sənədləri, məlumatları tələbkara, yəni ona təqdim etməlidir. Göründüyü kimi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılmışdır. Buna görə də artıq Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs2 icraatında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi üzrə qanunamüvafiq qaydada icra tədbirlərinin görülməsi üçün heç bir bəhanə qalmamışdır. Lakin icra sənədi Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs2 icraatına daxil olduqdan sonra bircə dəfə borclunun formal izahatını almış, sonradan icra sənədinin icra olunması üçün heç bir qanuni tədbir görməmişdir və yekunda qeyd olunan icra sənədini əsassız formada xx.xx.2023-cü il tarixdə icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərar qəbul edilmişdir. Həmin qərardan onlar tərəfindən şikayət verilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(012)-611/2023 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. Məhkəmə qərarında da elə tərəflərindən yazılan şikayətdə əsaslandırılmış dəlilləri haqlı hesab etmiş və qərarda qeyd etmişdir ki, hazırki halda X10 hazırda direktor (qanuni təmsilçi) vəzifəsini icra etdiyindən "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı olan sənədləri, məlumatları tələbkara təqdim etməlidir. Bundan sonra yenidən icra məmurundan icra sənədinin qanunauyğun formada icra olunmasını tələb etsələr də onlara məhəl qoymamış və məhkəmə qərarının qanunsuz qəbul olunmasını bildirmişdir. Beləliklə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-611/2023 nömrəli qərardadı barədə icra məmuru və onun rəisi həmin qərardan şikayət verməkdən də çəkinməmişlər. Lakin hazırda qüvvədə olan qanunvericiliyin tələblərini də düzgün bilmədiklərinə görə məhkəmənin qərardadından şikayət vermə müddətini ötürərək, şikayət vermə formasına riayət etməmişlər. Bu səbəbdən də icra məmuru tərəfindən verilmiş şikayət Abşeron Rayon Məhkəməsi tərəfindən geri qaytarılmışdır. Lakin yenə də israrlarından əl çəkməyən icra məmuru və şöbə rəisi bu dəfə müddətin bərpası haqqında ərizə vermişlər və Abşeron Rayon Məhkəməsinin qərardadından şikayət vermişlər. İcra məmuru, ona birbaşa rəhbərlik edən rəisi və borclunun birgə səyləri nəticəsində həmin qərardan verilmiş şikayət Abşeron Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)- 25/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin icra məmuru Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 8(012)-611/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadında qeyd olunmuşdur ki, öyrənilən işdən müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(105)- 59/2023 nömrəli qərardadı ilə Tələbkar şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)- 216/2023 nömrəli qərardadının ləğv edilməsi, Abşeron rayon İcra yə Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixi qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Həmçinin iş materiallarından o da görünür ki, "xxxx" MMC-nin hazırkı direktoru X6 işdən azad edilməsi ilə bağlı məhkəmə qərarı xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, lakin məhkəmə qərarının icrası indiyədək təmin edilməmişdir və borclu X10 "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsini icra edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi üzrə "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X6 üzərinə qovulması qət edilmişdir. Belə olan halda X10 hal-hazırda direktor (qanuni təmsilçi) vəzifəsini icra etdiyindən "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı olan sənədləri, məlumatları tələbkara təqdim etməlidir. Ona görə də Nəsimi Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılması barədə işə baxan məhkəmənin mövqeyi qanuni və əsaslıdır. Bütün bunlardan göründüyü kimi, Nəsimi Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmışdır. Göründüyü kimi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru dövlətin adından çıxarılan qərarın icra olunmasından birmənalı şəkildə yayınmışdır. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədinin icra olunması üçün borclunun barəsində qanunvericilikdə nəzərdə tutulan icra tədbirlərinin - borclunun axtarışı barədə qərar qəbul olunması, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulması, icra sənədinin borclu tərəfindən icra olunmadığına görə borclu barəsində təqdimat hazırlanaraq inzibati protokol verilməklə məhkəməyə müraciət olunması vəzifəsi Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs2 üzərinə qoyulmalıdır. Hazırda onun mülkiyyətində olan əmlakların talanması ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işinin istintaqı davam edir və həmin iş üzrə onlara məlum olmuşdur ki, "xxxx" MMC-nin direktoru X10 tərəfindən ünvan 2 ünvanlayaraq bildirmişdir: “"xxxx" MMC 2011-ci ildən şəhərdaxili və şəhərlərarası sərnişin daşıma fəaliyyəti ilə məşğuldur. Şəhər daxilində olan 113, 208 və 209 nömrəli marşrutlar Bakı Nəqliyyat Agentliyi tərəfindən "xxxx" MMC-yə müvəqqəti istismara verilmişdir. Tabeliyimizdə olan "xxxx" MMC-nin balansında 20 ədəd 2018-ci il buraxılışlı KARSAN ATAK, 8 ədəd 2013-cü il buraxılışlı DAEWOO BS090 və 24 ədəd 2009-cu il buraxılışlı DAEWOO BS090 mövcuddur. "xxxx" MMC-nin maddi-texniki bazasının daha da inkişafı üçün "xxxx" MMC-də istismarımızda olan 113, 208 və 209 nömrəli marşrutların "xxxx" MMC-yə istismara verilməsinə etiraz etmirəm və bu məsələdə bizə köməklik göstərməyinizi Sizdən xahiş edirəm”. Belə ki, məktubun məzmunundan da görünür ki, "xxxx" MMC-nin direktoru X10 Bakı Nəqliyyat Agentliyinə müraciət edərək təsisçisi olduğu MMCnin istifadəsində olan avtobus xəttlərinin onun məlumatı olmadan başqa bir müəssiyəyə istismara verilməsini xahiş edir. Həmçinin məktubda X10 qeyd edir: “Mən, rəhbərlik etdiyim Cəmiyyət və Bakı şəhərində yaşayan bir sakin kimi Sizə öz minnətdarlığımı bildirirəm”. Bütün bunları qeyd edən direktor X3 məhkəməyə müraciət etmiş, direktor vəzifəsindən azad olunmasını xahiş etmiş və icra şöbəsinə məktub vasitəsilə ünvanladığı müraciətlərində qeyd etmişdir ki, o, MMC-də formal olaraq direktor vəzifəsində olmuş və müəssisənin idarəçiliyinə qarışmamışdır və heç nədən xəbəri yoxdur. Qeyd olunan formal izahatlar əsasında icra məmuru qanunsuz formada Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədini geri qaytarmaq qərarına gəlmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icra edilmək üçün icra şöbələrinə göndərilən vaxtdan, MMC-nin 79 ədəd avtobusunu, digər əmlakını və külli miqdarda pul vəsaitini mənimsəmiş borclu tərəf məsuliyyətdən yaxalarını qurtarmaq üçün hər cür qanunsuz yollara əl atmışlar. İcra sənədinin icra olunmaması səbəbindən "xxxx" MMCnin digər təsisçiləri və direktoru ilə onun arasında olan məhkəmə mübahisəsi artıq 3 ildən çoxdur ki, davam edir. Qeyd olunan icra sənədi icra olunmadığına görə MMC-nin balansında olan əmlaklar ondan xəbərsiz satılmış, bununla bağlı ona heç bir sənəd təqdim olunmamış və yekunda o, sahibkarlıq fəaliyyətindən əldə edəcəyi gəlirdən də məhrum olmuşdur. Nəticədə icra məmurunun hərəkətsizliyi səbəbindən müəssisənin fəaliyyəti 2022-ci ildə dayandırılmışdır və hazırda fəaliyyət göstərə bilmir. Müəssisə fəaliyyət göstərdiyi müddət ərzində Bakı şəhərində fəaliyyətdə olan avtobus xəttlərinin dəyəri 100000 manatla dəyərləndirilirdi. Həmin avtobuslar təsisçilər və direktor tərəfindən onun heç bir imzası, razılığı olmadığı halda yüksək məbləğlərə satılmışdır və bundan onun xəbərinin olmaması ona külli miqdarda ziyan dəyməsi ilə nəticələnmişdir. Bu illər ərzində o, həmin avtobus xəttlərinin taleyi ilə bağlı məlumat əldə etməkdən məhrum olunmuşdur. Nəticədə digər təsisçilər və müəssisənin direktoru bütün avtobus xəttlərini qanunsuz formada satmışlar və bunları ondan gizlətmişlər. Hazırda isə həmin şəxslər satılan avtobus xəttlərinin satışı ilə əlaqədar və digər tələb olunan sənədlərin ona təqdim olunmasından yayınırlar. İcra məmurunun digər təsisçilərlə və direktorla əlbir olması müəssisənin müflisləşməsi ilə nəticələnəcəkdir. Bütün bu sadalananlarla bağlı icra məmuruna dəfələrlə müraciət olunmuş, lakin icra məmuru heç bir müraciətinə məhəl qoymamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qaralov X12 Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasının təmin olunması ilə bağlı məcburi icra tədbirlərinin aparılması vəzifəsi Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs2 üzərinə qoyulması qərara alınmışdır. O, hazırki qərardad ilə razı deyildir, belə ki, qərardadda qeyd edilən hal ətraflı araşdırılmamışdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, "xxxx" MMC-nin direktoru X6 işdən azad edilməsi ilə bağlı məhkəmə qərarı xx.xx.2021-ci il tarixdə qəbul olunmuş, lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi üzrə indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X6 üzərinə qoyulması qət olunmuşdur. Bu da o deməkdir ki, 2010-cu ildə təsis olunan "xxxx" MMC-nin direktoru X2 Rayon Məhkəməsinin qərarı qüvvəyə mindiyi, yəni direktor kimi işdən azad olunduğu tarixə qədər MMCnin fəaliyyəti ilə əlaqədar olan sənədləri, məlumatları tələbkara təqdim etmək vəzifəsi daşımışdır”. Qeyd edir ki, ünvan 3 ünvanında qeydiyyatda olan və Nəsimi rayonunun sakini olan "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) X7 aid hissədə icra sənədi Qaradağ rayon İcra şöbəsindən xx.xx.2023-cü il tarixdə Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmuş, elə həmin tarixdə icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. İcra sənədi icraata daxil olandan sonra icra zamanı borclu X10 "xxxx" MMC və onun təsisçilərinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının reyestrə göndərilməsi” tələbi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(005)- 2278/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən icra işi üzrə borclu X10 (qanuni təmsilçi) ilə onun "xxxx" MMC arasında imzalanmış əmək müqaviləsinə xitam verilməsi, "xxxx" MMC-nin, X11, Tələbkar, X8 üzərinə bu barədə bildirişin elektron sistemə daxil edilməsi və X6 işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi öhdəliyinin həvalə edilməsi qərara alınmışdır. Bu qətnamə yuxarı instansiya məhkəmələrinin qətnaməsi ilə ləğv edilməmişdir və hal-hazırda qüvvədədir. Qeyd edilən qətnamənin “borclu X10 (qanuni təmsilçi) ilə onun "xxxx" MMC arasında imzalanmış əmək müqaviləsinə xitam verilməsi” hissəsi nizamnaməyə uyğun olaraq hər üç təsisçi tərəfindən icra edilsə də onlar tərəfindən “işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi” hissəsində icra edilməsi üçün təsisçilər tərəfindən müvafiq vergi orqanına göndərilsə də yeni qanuni təmsilçi təyin edilmədiyindən, vergi orqanı tərəfindən icra edilməmişdir. Bundan sonra borclu X10 "xxxx" MMC-nin reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınaraq hüquqi şəxsin qanuni təmsilçisi (direktoru) kimi adının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılmasının vergi xidmətinə həvalə edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-1(118)- 3396/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmişdir. Qərara əsasən "xxxx" MMC-nin reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınaraq borclu X6 hüquqi şəxsin qanuni təmsilçisi (direktoru) kimi adının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması öhdəliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə vəzifə kimi qoyulması qərara alınmışdır. Qərardan irəli gələrək 2 saylı Ərazi Vergi Baş İdarəsi tərfindən borclu X10 qanuni təmsilçi kimi adı dövlət reyestrindən çıxarılmışdır. İcra sənədi Nəsimi rayon İcra şöbəsinin icratına vəzifəli şəxs (direktor-qanun təmsilçi) kimi Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 10 mənzil 26 ünavnında qeydiyyatda olması nəzərə alınaraq Mirzahid Ağayevə aid hissədə daxil olmuş, onun da vəzifə səlahiyyətlərinə yuxarıda qeyd edilən hər iki məhkəmə qərarı ilə xitam verilmiş və həm təsisçiləri, həm də müvafiq vergi orqanı tərəfindən həmin qərarlar icra edilmişdir. Məcburi icra tədbirlərinin subyektə nəzərən həyata keçirildiyini nəzərə alaraq və subyekt X1 xitam verildiyindən və yeni qanuni təmsilçi müvafiq qaydada təyin edilmədiyindən icra sənədinin icrasını qeyrimümkün edir. Bundan başqa məhkəmə qərardadda qeyd etmişdir ki, sübutların tədqiqatı zamanı müəyyən edilir ki, icra sənədi Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru xx.xx.2023-cü il tarixdə, icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmiş, həmin qərardan tələbkar tərəfindən veilmiş şikayət Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(012)-611/2023 nömrəli qərardadı ilə təmin edilmiş, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-611/2023 nömrəli qərardadından Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən şikayət verilsə də Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-25/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin icra məmuru Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 8(012)-611/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və məhkəmə hesab edir ki, bu hal da icra sənədinin icrası ilə bağlı Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən məcburi icra hərəkətlərinin aparılması vəzifəsini özündə ehtiva edir. Bildirir ki, Nəsimi rayon İcra şöbəsinin müvafiq qərarı ləğv edilib icraata qaytarıldıqdan sonra, yeni icra sənədi kimi qərar qəbul edilib, bildirişlə birlikdə borcluya göndərilir. İcra sənədi icraata daxil olan zaman artıq borclunun səlahiyyətlərinə xitam verildiyini, burada şəraitin dəyişdiyini, qətnamənin də geriyə qüvvəsi olmadığını nəzərə alaraq, icra sənədinin icrası qeyri-mümkündür. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin qismən təmin edilməsini Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun göstərdiyi hallar xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 nömrəli qətnamənin icra ilə bağlı digər məcburi icra hərəkətlərinin aparılmamasına səbəb ola bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. İşdən görünür ki, Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunması üçün borclunun barəsində qanunvericiliklə nəzərdə tutulan icra tədbirlərininborclunun axtarışı barədə qərar qəbul olunması, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulması, icra sənədi borclu tərəfindən icra olunmadığına görə borclu barəsində təqdimatla inzibati protokol verilməklə məhkəməyə müraciət olunması vəzifəsinin Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs2 üzərinə qoyulması və Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi 3 ilə yaxın müddət ərzində icra olunmadığına görə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin rəisi Yavər Allahverdiyev və icra məmuru Maraqlı şəxs2 barəsində tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İcra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir (“İcra məmurları haqqında” Qanunun 7, 12-ci maddələri). Məhkəmə qərarlarının məcburi icrası bilavasitə icra məmurlarının vəzifəsidir. Belə ki, “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasnda məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi hüququ “İcra haqqında” Qanunun 29.1-ci maddəsində nəzərdə tutulmuşdur. “İcraatda tərəflərin hüquq və vəzifələri”ni nəzərdə tutan həmin maddədə digər hüquqlarla bərabər göstərilir ki, tərəflər icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malikdirlər. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu tərəfindən verilmiş şikayətə baxmalı olan məhkəmə ilə əlaqədar qeyd olunmalıdır ki, Konstitusiya və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququ, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırılması kimi təminatlar həm məhkəmə araşdırması, həm müvafiq qərar qəbul edilməsi və həm də qəbul edilmiş qərarların icra edilməsini ehtiva edir. Bütün bu prosessual hərəkətlər bir-biri ilə əlaqəli olub, bir-birinin davamı olmaqla ədalət mühakiməsi (anlayışını) prosesini tamamlayır. Qəbul edilmiş məhkəmə qərarlarının icrası ədalət mühakiməsinin davamı olan bir mərhələdir. Ədalət mühakiməsi qəbul edilmiş qərarların icrası ilə başa çatır. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il, eləcə də əvvəlki hüquqi mövqelərinə istinadən qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs2 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli və onunla bağlı 25 aprel 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar