Məhkəmə qərarları › İş №8(105)-68/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-68/2021

19.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-68/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Tələbkar iştirakı ilə, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(060)-33/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) təqdimatın təmin edilməsi, ünvan 1 ünvanında qediyyatda olan və yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi, qərardadın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu Borclu qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sumqayıt şəhər məhkəməsinə təqdimatla müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-5105/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 5105/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu, X7 oğlu, X1, X3 və X2 ünvan 1-yə olan istifadə hüququna xitam verilməli, onlar əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmalıdırlar. İcra sənədinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmişdir. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Məhkəmə qərardad qəbul edərkən sübutları araşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Tələbkar şikayəti qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və tələbkarın izahatını dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsini icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilməsi, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmaması, icra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına və barəsində icra məmurunun qərarı ilə icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar çıxarılmasına baxmayaraq, icra məmurunun çağırışına gəlməməsi, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməməsi, bununla da icra məmurunun çağırışlarından yayınması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 5105/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi şöbəyə daxil olmuş, icra məmuru tərəfindən icra sənədi icraata qəbul edilmiş, icra hərəkətləri edilməsindən ötrü borcluya qeyd olunan ünvana bildiriş göndərilmişdir. Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu icra hərəkətlərinin edilməsi üçün İcra İdarəsinə gəlmədiyinə görə barəsində məcburi gətirilmə barədə qərar qəbul edilməsi üçün icra məmuru təqdimat ilə məhkəməyə müraciət etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2. maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Kollegiya qeyd edir ki, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra icra edilməsindən ötrü aidiyyatı üzrə müvafiq icra qurumuna göndərilir. İcra qurumunun icra məmuru məhkəmə aktının icrasının təmin edilməsindən ötrü icra hərəkətləri aparılması üçün borclu şəxsin dəvət edilməsindən ötrü bildirişin göndərilməsi məhkəmə aktının icrasına yönəldilmiş hərəkətdir. Məhkəmə aktının icrası hər bir şəxs üçün məcburi olmaqla, məhkəmə müdafiəsi hüququnun tərkib hissəsini təşkil edir. Məhkəmə aktının icrasına maneə törədilməsindən ötrü icra məmurunun bildirişlərinə məhəl qoyulmayaraq, müvafiq icra qurumuna gedilməməsi və ya gedilməsindən yayınması, bir sıra mülki və cinayət məsuliyyətinin yaranmasını, o cümlədən borclu şəxsin məcburi gətirilməsini qaçılmaz edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin borclunun məcburi gətirilməsinə dair təqdimatın təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli və onunla bağlı xx xxxxxx 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli və onunla bağlı xx xxxxxx 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar