Məhkəmə qərarları › İş №8(105)-68/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-68/2023

24.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-68/2023 24.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-56/2023 nömrəli qərardadından Abşeron Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Borclu barəsində Abşeron rayonu 1 saylı Notariat Ofisinin 13430 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin "xxxx" MMC-yə qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" MMC Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş icra sənədinin qaytarılması barədə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Abşeron Rayon Məhkəməsinin 8(012)-56/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarın ləğv edilməsi və Abşeron rayon 1 saylı notariat ofisinin 13430 nömrəli, xx.xx.2019-cu il tarixli icra qeydi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-56/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-56/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, tələbkar "xxxx" MMC-nin Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icra sənədinin qaytarılması barədə qərarından verdiyi şikayətə yenidən baxılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-56/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməsi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarının ləğv edilməsi və Abşeron rayon 1 saylı notariat ofisinin 13430 nömrəli, xx.xx.2019-cu il tarixli icra qeydi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan Abşeron rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsini, icra məmurunun icra sənədinin qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarından tələbkar tərəfindən verilmiş şikayət ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır (hakim Cəmilə Səfiyeva). Abşeron rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə şikayət verərək qərardadın ləğv olunması və Abşeron rayon Məhkəməsinin 8(012)-56/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından verilmiş xx.xx.2023-cü il tarixli şikayətə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-56/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şikayət tam əsaslıdır. Belə ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsinin icrasının Nümayəndə həvalə olunması xx.xx.2022-ci il tarixli, 29-K saylı əmrlə öz təsdiqini tapır. Həmçinin qeyd olunur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şikayət ərizəsindən aydın şəkildə görünür ki, həmin şikayətdə məhz Abşeron rayon Məhkəməsinin 8(012)-56/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)- 56/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, məhkəmənin elektron sisteminə daxil olmuş şikayətindən görünür ki, şikayəti Abşeron Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə imzalamışdır, lakin onun Abşeron Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra etməsi ilə bağlı sənədin surəti şikayətə əlavə etməmişdir. Bu isə imza edən şəxsin həmin səlahiyyətə malik olmasını təsdiq etmir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Nümayəndə tərəfindən Abşeron Rayon Məhkəməsinin 8(012)-56/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilən zaman onun Abşeron Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra etməsini təsdiq edən sənəd şikayətə əlavə olunmamışdır. Müvafiq sənədin (əmrin) surətinin iş materiallarına sonradan əlavə olunması məhkəmə qərardadının apellyasiya qaydasında ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə qeyd edilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada şikayət ilə məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinin tələbinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Nümayəndə tərəfindən verilmiş şikayətin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-56/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar