Məhkəmə qərarları › İş №8(105)-68/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-68/2024

10.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-68/2024 10.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, tələbkar X2 iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2014-cü il tarixli, 2(105)- 539/2014 nömrəli icra sənədi üzrə icra sənədinin geri qaytarılması haqqında Siyəzən Rayon İcra və Probasiya Şöbəsinin 12 avqust 2020-ci il tarixli qərarından tələbkar X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi X1 Qasım Qədir oğluna qarşı iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən, birgə nikah dövründə əldə edilmiş, keçmiş əri Borclu adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması və həmin mənzilə qızı X8 ilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 27 noyabr 2013-cü il tarixli, 2(059)205/2013 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X2 himayəsində olan azyaşlı qızı Nəzrin Tağıyeva ilə birlikdə ünvan 1 saylı mənzilə köçürülməsi hissəsində iddia tələbi tələbinin təmin, ünvan 2 ünvanında yerləşən, birgə nikah dövründə əldə edilmiş, Borclu adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması hissəsində isə iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakim İlqar Quliyev) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 2(105)-539/2014 nömrəli, 07 may 2014-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin 27 noyabr 2013-cü il tarixli, 2(059)205/2013 saylı qətnaməsi ünvan 2 ünvanında yerləşən, birgə nikah dövründə əldə edilmiş, Borclu adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin ½ hissəsinə K.Binyaminovanın mülkiyyət hüququnun tanınması tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 2(105)-539/2014 nömrəli, 07 may 2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Siyəzən Rayon Məhkəməsinin 27 noyabr 2013-cü il tarixli, 2(059)205/2013 saylı qətnaməsi iddiaçı X2 ünvan 2 saylı mənzilə qızı Tağıyeva Nəzrinlə birlikdə köçürülmələri hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3461/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə cavabdeh Borclu kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 2(105)-539/2014 nömrəli, 07 may 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Siyəzən rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Oktay Allahverdiyin xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 2(105)- 539/2014 nömrəli, 07 may 2014-cü il tarixli icra sənədi İcra Haqqında Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsi ilə məhkəməyə geri qaytarılmışdır. Hazırda icra sənədi üzrə tələbkar Kifayət Binayaminova həmin qərarın ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi ilə bağlı ərizə ilə (qərardan şikayət) məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 2(105)-539/2014 nömrəli, 07 may 2014-cü il tarixli qətnaməsi icra edilməsi üçün AR Ədliyyə Nazirliyinin Siyəzən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra müddəti cavabdeh Borclu icraya mane olduğundan o, məburiyyət qarşısında qalıb cavabdehin “qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair” Siyəzən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Siyəzən Rayon Məhkəməsinin 02 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və Siyəzən şəhəri, T.Əhmədov küçəsi 57 saylı evin altında yerləşən həmin torpaq sahəsinin 1/2 hissəsi üzərində iddiaçı X2 mülkiyyət hüququnun qeydə alınması qət edilmişdir. İcra müddəti Siyəzən rayon İcra və Probasiya Şöbəsi tərəfindən saxtakarlığa yol verilərək, aldatma yolu ilə ona özlərinin komputerdə çap etdirdikləri ərizəyə imza etdirmişlər. Həmin ərizədə guya, icra sənədində qeyd olunan torpaq sahəsinin sənədləri olmadığı üçün fərdi yaşayış evinin sənədləri olduqda həmin icra sənədi üzrə tələb yerinə yetiriləcəyinə dair qarşılıqlı razılığa gəldikləri göstərilmişdir. Həmin ərizənin “icra sənədinin geri qaytarması haqqında” olduğu göstərilsə də icra sənədinin icratına xitam verilməsi göstərişi qeyd edilmiş və icra işinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Beləliklə onun Konstitusiyada təsbit edilmiş mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. İcra məmurunun qanunsuz hərəkətləri ona məlum olduqdan sonra icra işinin təzələnməsi üçün xx.xx.2024-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmədən ona Sumqayıt Apellyasiya məhkəməsinə müraciət etməyi tövsiyyə olumuşdur. Göstərilənlərə əsasən, mülkiyyət hüququnun bərpa olunması üçün Siyəzən rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra işinə xitam verilməsi barədə qərarın qanunsuz hesab edilməsi və icra sənədinin yenidən qanunauyğun şəkildə icra edilməsi üçün həmin icra şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini, eləcə də icra məmurlarının qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş tələbkar X3 ərizəni müdafiə edərək, sonda təmin olunmasını xahiş etdi. Borclu tərəf məhkəmə iclasına gəlməmiş, lakin elektron kabinet vasitəsilə ərizəyə etiraz etməsi barədə məhkəməyə müraciət ünvanlamışdır. Məhkəmə kollegiyası ərizəni, iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, tələbkarın ərizəsi (şikayəti) təmin olunmadan geri qaytarılmalıdır. Kollegiyası mövqeyini aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 23.3-cu maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003-cü il tarixli qərarına əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı qərardaddan kassasiya şikayəti hüququ qanunvericilikdə nəzərdə tutulmadığından, mövcud mülki prosessual prinsiplərə uyğun şəkildə vətəndaşların konstitusion hüququnun geniş mənada təsbiti baxımından hazırkı müraciətə müvafiq birinci instansiya məhkəməsində baxılması, nəticəsindən narazı qalan tərəfin yuxarı instansiya məhkəməsinə şikayətlə müraciət hüququnun tanınması qəbul edilmiş məhkəmə aktının ədalətli və qanuniliyini təmin edəcəkdir. Göründüyü kimi icra məmurunun “icra sənədinin geri qaytarılması haqqında” qərarından şikayət apellyasiya məhkəməsi tərəfindən deyil, birinci instansiya məhkəməsi tərəfindən həll olunmalıdır. Lakin ərizəçi Kifayət Binyaminova hazırkı şikayət ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X2 “icra sənədinin geri qaytarılması haqqında” qərardaddan vermiş olduğu ərizə (şikayət) təmin edilmədən geri qaytarılsın. Tələbkara sözügedən qərardadın ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar