Məhkəmə qərarları › İş №8(105)-69/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-69/2022

03.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-69/2022 03.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasın hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2648/2021 saylı, 17.09.2021-ci il tarixli icra sənədi üzrə Tələbkar 29.04.2022-ci il tarixli icraata xitam verilməsi barədə ərizəsinə Sumqayıt Məhkəmə Komplekinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-70/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında 06.10.2003-cü il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış nikah pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahlarından anadan olmuş 22.09.2007-ci il təvəllüdlü X1 anası – Tələbkar Südeyib qızının yanında qalması, tərəflərin birgə nikahından olan 22.09.2007-ci il təvəllüdlü X1 atası Borclu alınaraq anası Tələbkar Südeyib qızına verilməsi, 22.09.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün uşağın atadan alınaraq anaya verildiyi vaxtdan başlayaraq hər ay Borclu 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin Tələbkar Südeyib qızının xeyrinə tutulması qət edilmişdir.(hakim A.İsmayılov) Qətnamədən iddiaçı X2 apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-70/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsini və ondan hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2648/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-70/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilərək, 22.09.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün uşağın atadan alınaraq anaya verildiyi vaxtdan başlayaraq hər ay Borclu 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin Tələbkar Südeyib qızının xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunan icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən 18 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və qərarın surəti icra sənədi üzrə Borclu göndərilmişdir. İcra sənədi üzrə Tələbkar Südeyib qızı 29 aprel 2022-ci il tarixli ərizə ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2648/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tələbkarın tələbdən imtina edilməsi barədə ərizəyə baxılması məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. İcra sənədi üzrə Tələbkar, Borclu və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Tələbkar, Borclu və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə baxılması ilə əlaqədar məhkəmə mübahisə üzrə icra işini tələb etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2648/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli icra sənədinə dair icra işini nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən tələbkarın tələbdənimtinası məhkəmə tərəfindən qəbul edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, icraata xitam verilməsi əsasları və qaydası “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsi ilə tənzimlənir. Həmin qanunun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə, icra sənədi üzrə icraata xitam verilir. Hazırkı halda icra sənədi üzrə tələbkar öz tələbindən imtina edilməsi barədə ərizə ilə müraciət etmişdir, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normaları əsas götürərək, hesab edir ki, tələbkarın tələbdən imtina barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 263-264, “İcra haqqında” Qanunun 20.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2648/2021 saylı, 17.09.2021-ci il tarixli icra sənədi üzrə Tələbkar tələbdən imtinası qəbul edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar