Məhkəmə qərarları › İş №8(105)-69/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-69/2024

20.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-69/2024 20.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X9 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə X1 Qusar rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 13 dekabr 2023-cü il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(029)-2/2024 nömrəli qərardadından tələbkar X5 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Qusar rayon İcra və Probasiya Şöbəsinin 13 dekabr 2023-cü il tarixli qərarı ilə Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş 2(029)-68/2023 saylı 12 may 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İcra sənədi üzrə tələbkar X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon İcra və Probasiya Şöbəsinin həmin qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 8(029)-2/2024 saylı 17 yanvar 2024-cü il tarixli qərardadı ilə X1 Qusar rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 13 dekabr 2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. X1 nümayəndəsi-vəkili Nümayəndə həmin qərardaddan şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 06 mart 2024-cü il tarixli 8(105)-30/2024 saylı qərardadı ilə Qusar rayon məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 8(029)-2/2024 saylı qərardadı ləğv edilmiş, X1 Qusar rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 13 dekabr 2023-cü il tarixli qərarından verdiyi şikayət yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. X1 şikayəti onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin e-2(029)- 68/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Borclu tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən, iddiaçı X3 məxsus olan, Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,1952 ha torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələr aradan qaldırılmış, cavabdeh Borclu həmin torpaq sahəsindən çıxarılmış və həmin torpaq sahəsi X2 qanuni sahibliyinə və istifadəsinə qaytarılmışdır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və hüquqi yardım haqqında müqaviləyə əsasən ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul cavabdeh Borclu tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, icra edilməsi üçün Qusar rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İş üzrə icra tədbiri təyin edilmiş torpaq sahəsinə gedilmişdir. Torpaq sahəsinə gedilən zaman Borclu ona məxsus torpaq sahəsində meyvə ağacları əkdiyi, suvarma sistemləri çəkdiyi, dirəklər basdırıldığı məlum olmuşdur. Borclu bunları o, torpaq sahəsini aldıqdan sonra etmiş, o, hətta həmin şəxsə torpaq sahəsində meyvə ağacları əkməməsini desə də bunun heç bir nəticəsi olmamış, həmin torpaq sahəsinin ona məxsus olmadığını bilə-bilə qəsdən orada bağ salmışdır. İş üzrə 29 sentyabr 2023-cü il tarixdə keçirilən icra tədbiri zamanı torpaq sahəsi hasarlanmış, torpaq sahəsindəki ağacların hazırda çıxarılan zaman quruyacağı üçün, meyvə qələmlərinin çıxarılması üçün noyabr ayının sonuna kimi ona vaxt verilmişdir. Lakin, Borclu meyvə ağaclarını çıxarmaqdan, ona məxsus torpaq sahəsində maneələri aradan qaldırmaqdan imtina edir. O, icra sənədinin icrası ilə bağlı icra şöbəsinə gəlsə də, ona məlum olmuşdur ki, Qusar rayon İcra və probasiya şöbəsi 13 dekabr 2023-cü il tarixli qərarla icra sənədi üzrə icraata xitam vermişdir. Halbuki, icra sənədi icra edilməmiş, ona məxsus torpaq sahəsində maneələr aradan qaldırılmamış, torpaq sahəsindən meyvə qələmləri, suvarma qurğuları, beton dirəklər çıxarılmamış, torpaq sahəsindən istifadə etməyi mümkün deyildir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(029)-2/2024 nömrəli qərardadı ilə X1 Qusar rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 13 dekabr 2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməməsi qərara alınmışdır (hakim Əli Cəlilov). X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə şikayət ərizə göndərərək Qusar Rayon Məhkəməsinin 8(029)-2/2024 saylı, 29 aprel 2024-cü il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, icra işinin materiallarından da göründüyü kimi, icra sənədi üzrə tədbir 29 sentyabr 2024-cü il tarixdə keçirilmişdir. Həmin vaxtı torpaq sahəsi müvəqqəti olaraq dəmir tellə hasara alınmış, borcluya torpaq sahəsində olan ağacların və beton dirəklərin çıxarılması üçün vaxt verilmişdir. Lakin verilmiş vaxta borclu torpaq sahəsində maneələri aradan qaldırmamışdır. Bundan sonra həmin icra sənədinin icrasını tələb edildikdə icra sənədi üzrə dekabr ayında icraata xitam verilmişdir. Torpaq sahəsi üzrə maneələrin aradan qaldırılması dedikdə torpaq sahəsində olan bütün maneələr nəzərdə tutulur. Torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması geniş məna kəsb edir, buraya torpaq sahəsində olan bütün maneələr daxildir. Hazırkı vaxtdan da göründüyü kimi, icra sənədi icra olunarkən belə maneələr aradan qaldırılmamışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(029)-2/2024 nömrəli qərardadı ilə X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Qusar Rayon Məhkəməsinin 8(029)-2/2024 saylı, 29 aprel 2024-cü il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(029)- 2/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsi tərəfindən verilmiş 2(029)- 68/2023 saylı 12 may 2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən, iddiaçı X3 məxsus olan, Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,1952 ha torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh Borclu həmin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin X2 qanuni sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Qusar rayon DƏDRX-in mühəndisi X6, X1 nümayəndəsi (vəkili) Nümayəndə, Borclu hal şahidləri X4 X7, X12 əməkdaşı Şahmar Xəlilovun iştirakları ilə tərtib olunmuş 29 sentyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, həmin tarixdə Qusar rayon məhkəməsinin e-2(029)- 68/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra tədbiri baş tutmuş, həmin torpaq sahəsi tor çəpərlə hasara alınaraq tələbkarın etibarnamə üzrə nümayəndəsi Nümayəndə verilmişdir Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Qusar Rayon Məhkəməsinin icraatında olmuş 2(029)-68/2023 saylı mülki işin predmetini torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaq sahəsindən çıxarılma təşkil etmiş və iş üzrə qəbul edilmiş 12 may 2023-cü il tarixli qətnamə ilə cavabdeh Borclu tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən, iddiaçı X3 məxsus olan, Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,1952 ha torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh Borclu həmin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin X2 qanuni sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icra olunmaqla qətnamədə göstərilən torpaq sahəsi tor çəpərlə hasarlanmaqla tələbkarın nümayəndəsinə təhvil verilmişdir. Bununla da, qətnamə üzrə tələb tam təmin olunmaqla torpaq sahəsi borclu şəxsin qanunsuz sahibliyindən alınmış, borclu tərəfindən torpaq sahəsinə münasibətdə maneənin mövcudluğu aradan qalxmışdır. Torpaq sahəsində olan ağaclarla və dirəklərlə bağlı isə tələbkar Rəsul Əyyubov tərəfindən məhkəmədə hər hansı tələb irəli sürülməmiş və bu barədə qətnamə qəbul edilməmişdir. Torpaq sahəsində ağacların və dirəklərin mövcud olması mülkiyyətə qəsdlə əhatə olunsa belə, bununla bağlı irəli sürülmüş tələb əsasında müvafiq məhkəmə araşdırması aparılmalı, ağacların növü, cinsi, miqdarı, hansı şəxslər tərəfindən hansı miqdarda əkilməsi, o cümlədən hansı miqdarda dirəklərin basdırılması dəqiq müəyyən olunmalı, nəticəsindən asılı müvafiq qərar qəbul edilməlidir. Lakin, tələbkar Rəsul Əyyubovun tərəfindən məhkəmədə belə bir tələb irəli sürülmədiyindən məhkəmə tərəfindən bununla bağlı araşdırma aparılmamış və bu barədə hər hansı qərar qəbul olunmamışdır. Eyni zamanda, məhkəmənin icraatında olmuş iddia ərizəsini tərtib etmiş və məhkəmə araşdırması zamanı tələbkarın nümayəndəsi olmuş vəkil Nümayəndə da etiraf etmişdir ki, mülkiyyətə edilən qəsdə son qoyulması barədə iddia tələbi ümumi tələb kimi irəli sürülmüş, iddia ərizəsində ağacların çıxarılması ilə bağlı tələb irəli sürülməmiş, onun həmin torpaq sahəsində ağacların mövcud olması barədə məlumatı olmamış, iş üzrə ekspertiza təyin olunarkən də, həmin məsələ ilə bağlı araşdırma aparılmamışdır. Məhkəmə tələbkarın borclu ilə ağacların noyabr ayına kimi çıxarılacağı ilə bağlı razılıq əldə olunması barədə dəlillərini müzakirə edərək qeyd etmişdir ki, Borclu həmin halı təsdiq etməmişdir. Həmçinin, Azər Nəcəfov bildirmişdir ki, icra sənədində ağacların çıxarılması qeyd olunmadığına görə ağacların və dirəklərin çıxarılmasını həyata keçirmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən icra sənədində torpaq sahəsində əkilmiş ağacların və dirəklərin hər hansı şəxsin hesabına çıxarılması qeyd olunmamışdır, belə olan təqdirdə icra sənədini icra edən icra məmurunun bu barədə icra hərəkətlərinin həyata keçirilməsi səlahiyyəti olmamış və ona görə də məhkəmə Qusar rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 13 dekabr 2023-cü il tarixli qərarını qanuni və əsaslıdır. Kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar iddia tələbində göstərilsə idi, ümumiyyətlə ağac çıxarılmasına dair tələb irəli sürülmüş olsa idi və bu tələb(lər) məhkəmə qətnaməsi ilə həll edilmiş olsa idi həmin məhkəmə aktının icrası qaydasında hazırkı vəziyyətdə hər hansı natamam icradan söhbət gedə bilərdi. Hazırkı hal üçün qətnamə tam icra olunmuşdur. İş materiallarında olan məhkəmə iclas protokolları ilə müəyyən olunur ki, tələbkarın nümayəndəsi və vəkili Nümayəndə məhkəmədə izahatında bildirmişdir ki, şikayət ərizəsində konkret olaraq hansı maneələr olduğunu göstərməmiş, işə baxılarkən məhkəmə iclasında hakimə həmin maneələrin konkret nə olduğu ilə bağlı fikir səsləndirməmiş, ağacların həmin ərazidə olmağını sonradan bilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar olmamışdır, ona görə də birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Tələbkarın borclu ilə ağacların noyabr ayına kimi çıxarılacağı ilə bağlı razılıq əldə olunması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Borclu həmin halı təsdiq etməsi müəyyən olunmur. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, icra məmuru Azər Nəcəfov bildirmişdir ki, icra sənədində ağacların çıxarılması qeyd olunmadığına görə ağacların və dirəklərin çıxarılmasını həyata keçirmək mümkün olmamışdır. Kollegiya belə hesab edir ki, icra sənədində torpaq sahəsində əkilmiş ağacların və dirəklərin hər hansı şəxsin hesabına çıxarılması qeyd olunmadığından icra sənədini icra edən icra məmurunun bu barədə icra hərəkətlərinin həyata keçirilməsi səlahiyyəti olmamış və ona görə də Qusar rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 13 dekabr 2023-cü il tarixli qərarı düzgün olmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair X1 şikayətinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400- maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası cü Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(029)-2/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar