Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-70/2022 08.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, tələbkar "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi Tələbkar2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 19.03.2018-ci il tarixdə verilmiş 2(105)-382/2017 nömrəli, 25.09.2017-ci il tarixil icra sənədi üzrə icraata xitam verilməsi barədə Aberon rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqcusu X4 tərəfindən qəbul edilmiş 13 noyabr 2018-ci il tarixİi qərarından tələbkar "Bank VTB (Azərbaycan)" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 03.08.2016-cı il tarixli, 2(012)-4275/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Tələbkar1 ASC ilə Borclu1 arasında bağlanmış 120904-1-10197 saylı, 29.12.2013-cü il tarixli «Baş Kredit Razılaşması» və 120904-1- 10197/1 saylı, 30.12.2013-cü il tarixli «Kommersiya Krediti Müqaviləsi»nin ləğv edilməsi, Tələbkar1 ASC ilə Borclu1 arasında bağlanmış 120904-1-10197/1 saylı, 30.12.2013-cü il tarixli «Kommersiya Krediti Müqaviləsi» üzrə 18.05.2016-cı il tarixə yaranmış 223905.96 manat əsas kredit borcu, 34140.12 manat faiz borcu, 3013.50 manat cərimə borcu, ümumilikdə 261059.58 (iki yüz altmış bir min əlli doqquz manat 58 qəpik) manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada alınaraq Tələbkar1 ASC-nın xeyrinə ödənilməsi, ödəmənin ipoteka qoyulmuş Borclu1 məxsus olan ünvan 1 ünvanda yerləşən 5 otaqlı, ümumi sahəsi 105.1 kv.m. sahədən ibarət 51 saylı mənzilə və Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində istifadəsində olan 0.0297 ha.torpaq sahədən ibarət 4 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzil və fərdi yaşayış evi açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Borclu1 ümumilikdə 261059.58 (iki yüz altmış bir min əlli doqquz manat 58 qəpik) manat məbləğində borcun Tələbkar1 ASC-nın hesabına ödənilməsi, ipoteka predmetlərindən ünvan 1 ünvanda yerləşən 5 otaqlı, ümumi sahəsi 105.1 kv.m. sahədən ibarət 51 saylı mənzilin ilkin satış qiyməti 65000.00 (altmış beş min) manat və Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində istifadəsində olan 0.0297 ha.torpaq sahədən ibarət 4 A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 180000.00 (yüz səksən min) manat müəyyən edilməsi, Tələbkar1 ASC-nə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh Borclu1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim T.C.Xəlilova). Həmin qətnamədən narazı qalan cavabdeh Borclu1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 03.08.2016-cı il tarixli, 2(012)-4275/2016 saylı qətnaməsinin ləğv edilməsini, "xxxx" VTB (Azərbaycan) ASC-nin ona qarşı iddia tələbinin qismən təmin edilməsi, 223905.96 manat məbləğində borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25.09.2017-ci il tarixli, 2(105)-382/2017 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 03.08.2016-cı il tarixli, 2(012)-4275/2016 saylı qətnaməsi “... 34140.12 manat faiz borcu, 3013.50 manat cərimə borcu, ümumilikdə 261059.58 (iki yüz altmış bir min əlli doqquz manat 58 qəpik) manat məbləğində borcu... cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada alınaraq Tələbkar1 ASC-nın xeyrinə ödənilsin » hissəsində dəyişdirilməsi, cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada faiz borcu üzrə 33544,26 (otuz üç min beş yüz qırx dörd manat iyirmi altı qəpik) manat, cərimə borcu üzrə 100 (yüz) manat, cəmi 257550.22 (iki yüz əlli yeddi min beş yüz əlli manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı « Bank VTB (Azərbaycan) » ASC-nın xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı və cavabdehdən müştərək qaydada ekspertiza xərci 50.00 (əlli) AZN tutularaq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Az.MEM, VÖEN **********, AZ 34 CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİİFT BİK CTREAZ 22 hesabına köçürülməsi, apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. Tələbkar "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi X5 məhkəməyə şikayət təqdim edərək Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqcusu X3 Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 19.03.2018-ci il tarixdə verilmiş 2(105)-382/2017 nömrəli, 25.09.2017-ci il tarixil icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 tərəfindən qəbul edilmiş 13 noyabr 2018-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 19.03.2018-ci il tarixdə verilmiş 2(105)-382/2017 nömrəli 25.09.2017-ci il tarixli sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İcra məmuru öz qərarını belə əsaslandırmışdır ki, “icra sənədi mahiyyəti üzrə edilmişdir. Bununla da bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-382/2017 saylı 19 mart 2018-ci il tarixli icra sənədi icra olunmuşdur. Həmin qərar faktiki və hüquqi baxımdan əsassızdır, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 19.03.2018-ci il tarixdə verilmiş 2(105)-382/2017 nömrəli, 25.09.2017-ci il tarixli icra vərəqəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 03.08.2016-cı il tarixli 2(012)-4275/2016 saylı qətnaməsi"... 34140.12 manat faiz borcu, 3013.50 manat cərimə borcu, ümumilikdə 261059.58 (iki yüz altmış bir min əlli doqquz manat əlli sşkkiz qəpik) manat məbləğində borcu... cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada alınaraq "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilməsi" hissəsində dəyişdirilməsi, cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada faiz borcu 33544.26 (otuz üç min beş yüz qırx dörd manat iyirmi altı qəpik) manat, cərimə borcu üzrə 100 ( biryüz) manat, cəmi 257550.22 (iki yüz əlli yeddi min beş yüz əlli manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilməsi, qətnamə iddianın qismən təmin edilməsi, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada alınaraq "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilməsi, ödəmənin ipoteka qoyulmuş Borclu1 və Borclu2 müştərək qaycada alınaraq "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilməsi, ödəmənin ipoteka qoyulmuş Borclu1 məxsus olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 105.1 kv.m sahədən ibarət 51 saylı mənzilə və Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində istifadəsində olan 0.C297 ha. torpaq sahədən ibarət 4 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzil və fərdi yaşayış evinin açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Borclu1 ümumilikdə 261059.58 (iki yüz altmış bir min əlli doqquz manat əlli səkkiz qəpik) manat məbləğində borcun "Bank VTB (Azərbaycan)" ASC- nin hesabına ödənilməsi, ipoteka predmetlərindən ünvan 1 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 105.1 kv.m. sahədən ibarət 51 saylı mənzilin ilkin satış qiyməti 65000.00 (altmış beş min) manat və Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində istifadəsində olan 0.0297 ha.torpaq sahəsindən ibarət 4 A nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 180000.00 (bir yüz səksən min) manat müəyyən edilməsi, "Bank VTB (Azərbaycan)" ASCyə ödənilməli olan kredit borcunun və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh Borclu1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması, iddiaçı və cavabdehdən müştərək qaydada ekspertiza xərci 50.00 (əlli) AZN tutulaaraq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, AzMEM VÖEN **********, AZ 34 CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ22 hesabına köçürülməsi qət edilmişdir. “X2” MMC-nin hərracın yekunları barədə 96/3 nömrəli protokolundan görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində istifadəsində olan 0.0297 ha.torpaq sahədən ibarət 4 A nömrəli fərdi yaşayış evi 114750 (bir yüz on dörd min yeddi yüz əlli) manata ipoteka saxlayan Tələbkar1 ASC tərəfindən əldə edilmişdir. “X2” MMC-nin hərracın yekunları barədə 96/4 nömrəli protokolundan görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, ünvan 1 ünvan nda yerləşən 5 otaqlı, ümumi sahəsi 105.1 kv.m. sahədən ibarət 51 saylı mənzil 41437,50 (qırx bir min dörd yüz otuz yeddi manat 50 qəpik) manata ipoteka saxlayan Tələbkar1 ASC tərəfindən əldə edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, ipoteka predmetləri olan daşınmaz əmlakların satışından əldə edilən vəsaitdən başqa borclular tərəfindən Banka olan borc üzrə hər hansı bir ödəniş aparılmamışdır. 17 may 2022-ci il tarixli arayışdan görünür ki, qətnamə üzrə 120195,22 (bir yüz iyirmi min bir yüz doxsan beş manat 22 qəpik) manat məbləğində qalıq borcu vardır. Göründyü kimi, ipoteka predmetləri olan daşınmaz əmlakların satışından əldə edilən vəsait qətnaməyə əsasən verilmiş icra vərəqəsinə əsasən borclulardan müştərək qaydada tutulmalı olan borcun bağlanmasına kifayət etməmişdir, qalıq borcu mövcuddur, yəni icra sənədi tam icra olunmamışdır. Belə olan halda isə icra məmurunun icra sənədinin tam icra olunması qənaətinə gəlməsi və onun tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi başa düşülən deyil, əsassız və qanunsuzdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1-ci və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Hazırki icra sənədi isə tam icra edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Tələbkar pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edərəkmüvafiq qərar qəbul edilmiş, lakin tam icra edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquq bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düz icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Sözügedən mübahisəli qərar 13 noyabr 2018-ci il tarixdə qəbul edilsə də, tələbkara, yəni Tələbkar1 ASC-yə təqdim edilməmiş və ya göndərilməmişdir. Bu səbəbdən Tələbkar1 ASC tərəfindən Abşeron rayon icra və probasiya şöbəsinə 1482 nömrəli 27.04.2022 ci il tarixli məktub ünvanlanmış və həmin qərarın təsdiq edilmiş surətinin Banka göndərilməsi xahiş olunmuşdur. Müraciətə cavab olaraq, Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən Banka 13.05.2022-ci il tarixdə daxil olmuş 17/75- 711/2022-K nömrəli 12.05.2022-ci il tarixli məktuba Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-382/2017 nömrəli 25.09.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 tərəfindən qəbul edilmiş 13 noyabr 2018-ci il tarixli qərarının surəti əlavə olunmuşdur. Göründüyü kimi, mübahisələndirilən qərarın surəti Bank tərəfindən 13.05.2022-ci il tarixdə alınmışdır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 19.03.2018-ci il tarixdə verilmiş 2(105)- 382/2017 nömrəli 25.09.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 tərəfindən qəbul edilmiş 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında tələbkar "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi Tələbkar2 ərizəni müdafiə edərək göstərdi ki, məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi tam icra edilməmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 19.03.2018-ci il tarixdə verilmiş 2(105)-382/2017 nömrəli, 25.09.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada faiz borcu 33544.26 (otuz üç min beş yüz qırx dörd manat iyirmi altı qəpik) manat, cərimə borcu üzrə 100 ( biryüz) manat, cəmi 257550.22 (iki yüz əlli yeddi min beş yüz əlli manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASCnin xeyrinə ödənilməsi qət edilmiş , ödəmənin ipoteka qoyulmuş ipoteka qoyulmuş Borclu1 məxsus olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 105.1 kv.m sahədən ibarət 51 saylı mənzilə və Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində istifadəsində olan 0.C297 ha. torpaq sahədən ibarət 4 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzil və fərdi yaşayış evinin açıq hərracdan satılması müəyyən edilmişdir. Hərrac nəticəsində Fərdi yaşayış evi 114750 (bir yüz on dörd min yeddi yüz əlli) manata ipoteka saxlayan Tələbkar1 ASC tərəfindən əldə edilmişdir. Həmin məbləğ cavabdehlərin borcundan çıxılmış, qətnamə üzrə 120195,22 (bir yüz iyirmi min bir yüz doxsan beş manat 22 qəpik) manat məbləğində qalıq borcu qalmışdır. Göründyü kimi, ipoteka predmetləri olan daşınmaz əmlakların satışından əldə edilən vəsait qətnaməyə əsasən verilmiş icra vərəqəsinə görə borclulardan müştərək qaydada tutulmalı olan borcun bağlanmasına kifayət etməmişdir, qalıq borcu mövcuddur, yəni icra sənədi tam icra olunmamışdır. Belə olan halda isə icra məmurunun icra sənədinin tam icra olunması qənaətinə gəlməsi və onun tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi əsassız və qanunsuzdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 19.03.2018-ci il tarixdə verilmiş 2(105)- 382/2017 nömrəli 25.09.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 tərəfindən qəbul edilmiş 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilməsi xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 19.03.2018-ci il tarixdə verilmiş 2(105)- 382/2017 nömrəli 25.09.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 tərəfindən qəbul edilmiş 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, icra tədbirləri davam etdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra– Konstitusiya) 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 17 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Eyni zamanda, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun 20.5-ci maddəsi). Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara istinad edərək qeyd edir ki, icra məmurunun 13 noyabr 2018-ci il tarixli qərarı tamamilə qanunsuz və əsassız olduğundan qətnamə üzrə icra hərəkətləri davam etdirilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 19.03.2018-ci il tarixdə verilmiş 2(105)-382/2017 nömrəli, 25.09.2017-ci il tarixil icra sənədi tam şəkildə icra olunmamasına baxmayaraq Aberon rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqcusu X4 tərəfindən qəbul edilmiş 13 noyabr 2018-ci il tarixİi qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir . Belə ki, “İcra haqqında” Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra edildikdə icra sənədi üzrə icraata xitam verilir. Qanunun tələbindən də göründüyü kimi, icra sənədi tam icra edildikdə icra sənədi üzrə icraata xitam verilir. Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 tərəfindən qəbul edilmiş 13 noyabr 2018-ci il tarixli qərarından görünür ki, icra məmuru qərarında icra sənədinin icra edilməsini qeyd etsə də, hansı əsasla icra edilməsi müəyyən edilmir. Həmçinin iş materiallarından görünür ki, məhkəmə qətnaməsi ilə cavabdehlərdən ümumilikdə 261059.58 (iki yüz altmış bir mir əlli doqquz manat əlli səkkiz qəpik) manat məbləğində borcun "Bank VTB (Azərbaycan)" ASC- nin hesabına ödənilməsi qət edilmiş, tələb ipoteka predmetinə yönəldilmiş, ipoteka predmeti 114750 (bir yüz on dörd min yeddi yüz əlli) manata ipoteka saxlayan Tələbkar1 ASC tərəfindən əldə edilmiş, həmin məbləğ cavabdehlərin borcundan çıxılmış, qətnamə üzrə 120195,22 (bir yüz iyirmi min bir yüz doxsan beş manat 22 qəpik) manat məbləğində qalıq borcu qalmışdır. Bu da göstərir ki, icra sənədi tam icra edilmədiyi üçün “İcra haqqında” Qanununun 20.1.5-ci maddəsinin təsiri altına düşmür. İş materiallarından görünür ki, qəbul olunan müvafiq məhkəmə aktı xeyli müddətdir ki, icra olunmadan qalmışdır. Halbuki, İcra haqqında Qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Azərbaycan Respublikası İcra haqqında Qanunun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Azərbaycan Respublikası İcra haqqında Qanunun 70.1-maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iş üzrə icra sənədinin icrasını mümkünsüz edən heç bir hal yoxdur. Bu səbəbdən, şikayət təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 19.03.2018-ci il tarixdə verilmiş 2(105)- 382/2017 nömrəli 25.09.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 tərəfindən qəbul edilmiş 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, icra tədbirləri davam etdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 19.03.2018-ci il tarixdə verilmiş 2(105)- 382/2017 nömrəli 25.09.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 tərəfindən qəbul edilmiş 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 19.03.2018-ci il tarixdə verilmiş 2(105)- 382/2017 nömrəli 25.09.2017-ci il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-70/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-70/2022
08.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver