Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-70/2023 23.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 8(012)-292/2023 nömrəli qərardadından tələbkar Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron rayonu Masazır Bələdiyyəsi şikayətlə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, 03 mart 2020-ci il tarixli icra sənədi üzrə “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs 14 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Abşeron rayon Masazır bələdiyyəsinin cavabdehlər X1 və Borclu qarşı Azərbaycan Respublikası DT və XK-nin Abşeron rayon şöbəsinin tərtib etdiyi N.M.Məmmədova verilmiş “yerquruluşu planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, yerquruluşu planından çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün yenidən hazırlanmasının DT və XK-nın Abşeron rayon şöbəsinə həvalə edilməsi, habelə Borclu verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarışa düzəliş edilməsinin DƏDRX-nın Abşeron Ərazi İdarəsinə həvalə olunması barədə iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması və qətnamənin Borclu Masazır kəndi, ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik 0,2263 ha torpaq sahəsinin Masazır bələdiyyəsinin mülkiyyətinə qaytarılması, Borclu ailə üzvləri ilə birlikdə 0,2263 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəziyyətdə bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilməsi, Masazır bələdiyyəsinin iddiasının bu hissədə təmin olunması, mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28,55 metr olan torpaq sahəsinin Masazır bələdiyyəsinə qaytarılması qət edilmişdir. Bu baxımdan Masazır bələdiyyəsinin torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilməli, həmin qətnamə icra edilməlidir. İcraçı isə qətnamənin icrasının birinci və ikinci hissəsində mümkün olmadığı qənaətinə gəlir. İcraçı iş materialları ilə tanış olmadan, məsələyə yenə də öz prizmasından baxaraq qətnaməni icra etməmiş, işi icra etmədən məhkəməyə üçüncü dəfə geri qaytarmağa çalışmışdır. Qətnamədə göstərilən Masazır bələdiyyəsi ilə bağlı tələb icra edilməli və borclu tərəf Borclu bələdiyyə mülkiyyətindən çıxarılmalıdır. Borclu isə qanunla öz hüququndan istifadə edərək məhkəməyə müraciət edə bilər. Bu hüquq ona aiddir. Məhkəmə qətnamələrində onun torpaqla bağlı həyata keçirdiyi prosedurlar nəticəsində mülkiyyət hüququna dair çıxarışa dəqiqləşmə verilmişdir. Bunun üçün o, məhkəməyə müraciət etmək hüququndan istifadə etməlidir. Lakin bu o demək deyil ki, icraçılar məhkəmə qətnaməsini icra etməməlidirlər. Ərazidə qeyd edilən mübahisəli torpaq sahəsinə bitişik uzunu 18 metr, eni 28,55 metr sahə var. Lakin icra məmuru iş materialları ilə tanış olmadığından və ya işi bilmədiyindən, ekspertiza rəyinə və digər məhkəmə sənədlərinə müraciət etmədiyindən bu torpaq sahəsinin harada və niyə bu ölçüdə olması barədə məlumat əldə etməmişdir. İcra məmuru məhkəmə tərəfindən ekspertiza keçirilməsinə və mütəxəssis rəyinin olmasına baxmayaraq yenidən mütəxəssis rəyinin alınması üçün qərar qəbul etmişdir. Bunun üçün isə işdə maraqlı şəxs olan DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. O da öz növbəsində bu qətnamənin icra edilməməsi üçün müvafiq rəy vermişdir. İcra məmuru qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilən torpaq sahəsini yenidən müəyyən etmək üçün mütəxəssis rəyinə istinad edə bilməz. Qeyd edilən qətnamədə 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə qoyulduğundan, İdarə bu qətnaməni hər vəchlə icra etməməyə çalışır. Abşeron Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 8(012)-292/2023 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, 03 mart 2020ci il tarixli icra sənədi üzrə “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs 14 iyun 2022-ci il tarixli qərarından icra sənədi üzrə tələbkar Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (hakim Məlahət Abbasova). Həmin qərardaddan narazı qalan tələbkar Abşeron rayonu Masazır Bələdiyyəsi şikayət verərək Abşeron Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 8(012)-292/2023 nömrəli qərardadınının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1691/2015 saylı, 3 mart 2020-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə 14 iyun 2022-ci il tarixli qərar qəbul etmişdir. Masazır Bələdiyyəsi tərəfindən ilkin olaraq icra vərəqəsini verən Sumqayıt Məhkəməsi olduğundan Sumqayıt Apellyasiya Məhkəməsinə Maraqlı şəxs 14 iyun 2022-ci il tarixli qərarının ləğvi ilə bağlı şikayət verilmiş və şikayətə 31 avqust 2022-ci il tarixdə baxılaraq, bu predmetlə bağlı Abşeron Rayon Məhkəməsinə şikayət verilməsi bildirilmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından icra sənədi üzrə tələbkar Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması ilə bağlı qərardad qəbul etmişdir. Bu qərardaddan verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi 8(105)-137/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qarardad qəbul etmişdir. Qərardadın əsaslandırmış hissəsində göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. Eyni zamanda, “İcra haqqında” Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Eyni zamanda, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun 20.5-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab etmişdir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış edərək qeyd olunur ki, məhz icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verilə bilməsi nəzərdə tutulmuşdur. Hazırki işdən isə görünür ki, Maraqlı şəxs 14 iyun 2022-ci il tarixli qərarı “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” qərardır. Üçpilləli məhkəmə sisteminin mövcud olduğu şəraitdə işdə iştirak edən şəxslərin məhkəmə aktlarından şikayət vermək hüququnun təmin edilməsi məqsədilə Abşeron rayonu Masazır Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, 03 mart 2020-ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs 14 iyun 2022-ci il tarixli qərarından şikayətinə birinci instansiya məhkəməsində baxılmalıdır. Abşeron Rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı və şikayətin təmin edilməməsi barədə 8(012)-597/2022 saylı, xx.xx.2022- ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Sumqayıt Apellyasiya məhkəməsi Abşeron Rayonu Masazır Bələdiyyəsinin şikayətini təmin edərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı və şikayətin təmin edilməməsi barədə 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv etmiş və işə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərmişdir. Lakin Abşeron Rayon Məhkəməsi işə baxaraq 8(012)-597/2022 saylı xx.xx.2022-ci il tarixli qərardad qəbul etmiş və Masazır bələdiyyəsinin şikayəti təmin olunmuşdur. Lakin sonradan borclu tərəf şikayət vermiş və hakim tələbkar Masazır bələdiyyəsini məhkəməyə dəvət etmədən borclu tərəfin müddəti bərpa edilməsi ilə bağlı ərizəsini təmin etmiş və 11 may 2023-cü il tarixdə işə yenidən baxaraq 8(012)-597/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli öz qərardadını ləğv etmiş, 8(012)-292/2023 saylı, 11 may 2023-cü il tarixli şikayətin tələbkara geri qaytarılması ilə bağlı yeni qərardad qəbul etmişdir. Əgər Sumqayıt Apelyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarına və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə istinad edərək şikayətə Abşeron rayon məhkəməsi tərəfindən baxılması qənaətinə gələrək qərar qəbul edir və bu qərar qüvvəyə mindiyi təqdirdə Abşeron Rayon Məhkəməsi isə bu şikayətə Şuşa Rayon Məhkəməsi tərəfindən baxılması qənaətinə gəlmişdir. Məhkəmə eyni zamanda qərardadında göstərir ki, “məhkəmə hesab edir ki, üçpilləli məhkəmə sisteminin mövcud olduğu şəraitdə işdə iştirak edən şəxslərin məhkəmə aktlarından şikayət vermək hüququnun təmin edilməsi məqsədilə Abşeron rayonu Masazır Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, 03 mart 2020-ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs 14 iyun 2022-ci il tarixli qərarından şikayəti Şuşa Rayon Məhkəməsində baxılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbkarın şikayət ərizəsinə mübahisəyə baxmış məhkəmədə baxılmalıdır. Buna baxmayaraq, tələbkarın hazırki ərizəsi məhkəmə aidiyyəti qaydalarına əməl edilməməklə verilmişdir.” Qeyd olunmalıdır ki, qərardadda “icra sənədi üzrə tələbkarın şikayət ərizəsinə mübahisəyə baxmış məhkəmədə baxılmalıdır” ifadəsi sırf Sumqayıt Apellyasiya Məhkəməsinə aiddir, Şuşa Rayon Məhkəməsinə deyil. Belə ki Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 08 dekabr 2015-ci il tarixli, 2(105)- 1619/2015 saylı qətnamə qəbul edilmişdir. Qətnamədə də Şuşa Rayon Məhkəməsinin qətnaməsinin bəzi bəndlərinə dəyişiklik edilməklə ləğv edilmişdir. Adı çəkilən məhkəmədə icra vərəqəsi vermişdir. Bu baxımdan məhkəmə düzgün nəticəyə gəlməyərək qərardad qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 8(012)-292/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 8(012)-292/2023 nömrəli qərardadından verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki işdən görünür ki, mübahisə predmeti Maraqlı şəxs 14 iyun 2022-ci il tarixli “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” qərardır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Müraciətdə qaldırılan məsələ ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibatiiqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, Qanunun həmin maddəsinə dəyişiklik edilsə də, icraatın dayandırılması və ya ona xitam verilməsi məsələlərini tənzimləyən 21-ci maddəsinə dəyişiklik edilməmişdir. “İcra haqqında” Qanunun 21-ci maddəsinin köhnə redaksiyasına görə, məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibatiiqtisadi məhkəmə tərəfindən dayandırılır və ya ona xitam verilirdi. “İcra haqqında” Qanunun 20-ci maddəsi 30 dekabr 2016-cı ildə yeni redaksiyada verilmiş və icra sənədi üzrə icraata xitam verilməsinin məhkəmələr tərəfindən deyil, icra məmuru tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. Eyni zamanda, “İcra haqqında” Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. ...Eyni zamanda, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun 20.5-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab etmişdir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər, lakin üçpilləli məhkəmə sisteminin mövcud olduğu şəraitdə işdə iştirak edən şəxslərin məhkəmə aktlarından şikayət vermək hüququnun təmin edilməsi məqsədilə Abşeron rayonu Masazır Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, 03 mart 2020-ci il tarixli icra sənədi üzrə “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs 14 iyun 2022-ci il tarixli qərarından şikayətinə birinci instansiya məhkəməsində mübahisəyə baxmış məhkəmədə, yəni Şuşa Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, 03 mart 2020-ci il tarixli icra sənədi üzrə “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs 14 iyun 2022-ci il tarixli qərarından verilmiş şikayətin geri qaytarılması əsaslıdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 8(012)-292/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-70/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-70/2023
23.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver