Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-71/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Şuşa rayon İcra və probasiya şöbəsinin nümayəndəsi: X13, Ərizəçi: X7 iştirakları ilə, Şuşa rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair R.Y.Fəhradova tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şuşa Rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(105)-2396/2017 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İ Ş İ N H A L L A R İ: Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(105)-2396/2017 saylı icra sənədinə əsasən xx xxxxxxxx 2017-ci il tarixdən hesablanmaqla Borclu xx xxxxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat məbləğində alimentin tutularaq X12 ödənilməsi göstərilmişdir. Ərizəçi R.Y.Fərhadova şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şuşa Rayon İcra və Probasiya şöbəsinin rəisi Vaqif Hüseynovun qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qərarını ləğv etməklə mərhum şəxs G.Q.Allahverdiyevanın hüquqi varisi olaraq onun tələbkar şəxs qismində tanınmağı barədə qərar qəbul edilərək, Şuşa Rayon İcra və Probasiya şöbəsinə yeni icra vərəqənin göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, G.Q.Fərhadova onun qızıdır. G.Fərhadova xx xxxxxx 2018-ci il tarixdə rəhmətə getmişdir. Bundan sonra azyaşlı Nilufər onun və onun həyat yoldaşı Qabil Fərhadovun himayəsində qalmışdır. Şuşa Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2019-cu il tarixli 16 saylı sərəncamına əsasən, o və həyat yoldaşı Q.Fərhadov nəvələri N.Allahverdiyevanın üzərində Qəyyum təyin edilmişlər. Hal-hazırda da Nilufər onlarla birlikdə yaşayır. Cavabdeh Borclu üzərinə düşən öhdəliyini yerinə yetirmir. Şuşa rayon İcra və Probasiya şöbəsinin rəisi V.Hüseynov onun barəsində heç bir tədbir görməmişdir. Əksinə ona azyaşlı Nilufərin saxlanılması üçün ödəyəci məbləğdən azad edilməsinə şərait yaratmışdır. Belə bir qərar qəbul etmiş icra məmuru böyük səhvə yol verərək qanunvericiliyin tələblərinə zidd hərəkət etmişdir. Heç bir rəsmi sənədə əsaslanmadan yalnız «elektron icra» sistemindən çıxarışın surətini, qərara əlavə etmişdir. İcraçı V.N.Hüseynov şikayətin dəlilləri ilə razılaşıb, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə ərizəçi R.Y.Fərhadova məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(105)-2396/2017 saylı qətnaməsi ilə cavabdeh Borclu apellyasiya şikayətinin qismən təmin edilməsi, Şuşa Rayon Məhkəməsinin bu iş üzrə xx xxx 2017-ci il tarixli 2(077)-338/2017 saylı qətnaməsinin dəyişdirilməsi, alimentin artırılmış miqdarının Şuşa Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(077)-338/2017 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə əlavə olunan xx xxxxxxxx 2017-ci il tarixli 2(105)-2396/2017 saylı məktubundan aydın olur ki, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(105)-2396/2017 saylı icra vərəqəsi icra olunması üçün Şuşa Rayon İcra Qrupuna göndərilmişdir. İşə əlavə olunan xx xxxxxxx 2017-ci il tarixli 2-729/17 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(105)-2396/2017 saylı icra vərəqəsi icraata başlamaq haqqında qərar alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan Şuşa Rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2018-ci il tarixli 2-729/17 saylı qərarından məlum olur ki, aparılmış icra tədbirləri nəticəsində tələbkar X5 xx xxxxxx 2018-ci il tarixdə ölməsi müəyyən edilməsini rəhbər tutub, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(105)-2396/2017 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İş materiallarında olan Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2019-cu il tarixli 16 saylı Sərəncamından Çıxarışdan məlum olur ki, vətəndaşlar X17 və X14 nəvələri xx xxxxxx 2011-ci il təvəllüdlü X6 üzərində qəyyum təyin edilmişlər. Məhkəmə kollegiyası şikayətçi R.Fərhadovanın şikayətinin təmin edilməsini qanuna müvafiq hesab edir. Belə ki, Şuşa Rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2018-ci il tarixli 2-729/17 saylı qərarından məlum olur ki, aparılmış icra tədbirləri nəticəsində tələbkar X5 xx xxxxxx 2018-ci il tarixdə ölməsinin müəyyən edilməsini rəhbər tutub, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(105)-2396/2017 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(105)-2396/2017 saylı icra sənədinin icraatına xitam verilməsinin səbəbi X2 ölümü olmuşdur. Məhkəməyə təqdim edilmiş xx xxxxxx 2018-ci il tarixli qərarda yol verilmiş yanlışlıgın aradan qaldırılması haqqında Qərara əsasən göstərilən nöqsan aradan qaldırmışlar. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, həmin qərar ləğv edilməlidir, ərizəçinin şikayəti təmin olunmalıdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: X1 şikayəti təmin edilsin. Şuşa Rayon İcra və Probasiya şöbəsinin rəisi Vaqif Hüseynovun qəbul etdiyi xx xxxx 2018-ci il tarixli 2-729/17 saylı qərarı ləğv edilsin, mərhum tələbkar şəxs X4 hüquqi varisi olaraq X14 tələbkar şəxs qismində tanınsın və Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(105)-2396/2017 saylı qətnaməsi yenidən icraya yönəldilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №8(105)-71/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-71/2021
17.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver