Məhkəmə qərarları › İş №8(105)-71/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-71/2022

08.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-71/2022 08.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, tələbkar Maraqlı şəxs, borclu "xxxx" ASC-nin sədri X1 iştirakı ilə Şabran Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 8(031)-1/2022 nömrəli qərardadından tələbkar Maraqlı şəxs tərəfindən verilmiş şikayətin mümkünlük məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 8(031)-1/2022 nömrəli qərardadı ilə (hakim Çingiz İsgəndərov) "xxxx" ASC-nin sədri X1 Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 nömrəli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinə əsasən Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun 8366.04 manat hissəsi əsassız olduğundan Cavabdeh tərəfindən silinməsi barədə şikayət ərizəsi üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, tərəflərə qərardadın iş üzrə icraatın dayandırılmasına dair hissəsindən 10 gün müddətində şikayət vermək hüququ izah edilmişdir. Tələbkar Maraqlı şəxs həmin qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 8(031)-1/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinə əsasən apellyasiya məhkəməsi işə məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Mülki Prosessual Məcəllə Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, tələbkar Maraqlı şəxs tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməmişdir. MPM-nin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi tələbkar Maraqlı şəxs Şabran Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 8(031)-1/2022 nömrəli qərardadı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyini müzakirə etmədən və şikayəti geri qaytarmaq əvəzinə şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apellaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: "xxxx" ASC-nin sədri X1 Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 nömrəli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinə əsasən Cavabdeh "xxxx" ASC-yə hesabladığı 12101.60 manat borcun 8366.04 manat hissəsi əsassız olduğundan Cavabdeh tərəfindən silinməsi barədə şikayət ərizəsi üzrə Şabran Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 8(031)-1/2022 nömrəli qərardadından tələbkar Maraqlı şəxs tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar