Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-71/2024 04.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndələri X3 və X5, Borclu, onun nümayəndəsi Vəkil iştirakları ilə, Şuşa Rayon Məhkəməsinin 8(077)-1/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərardadından tələbkar Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarından şikayətlə tələbkar Abşeron Rayon Masazır Bələdiyyəsi Şuşa Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və icra vərəqi üzrə icranın davam etdirilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından şikayət verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)- 1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Masazır bələdiyyəsinin rəsmi müraciətindən sonra bu qərar bələdiyyəyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Həmin qərardan ilkin olaraq şikayətlə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət olunmuş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(105)-109/2022 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsində baxılması əsas gətirilərək, şikayət geri qaytarılmışdır. Masazır Bələdiyyəsi xx.xx.2022-ci il tarixdə icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından şikayəti Abşeron Rayon Məhkəməsinə təqdim etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(012)- 597/2022 nömrəli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)- 137/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)- 597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Borclu tərəfindən verilmiş şikayət Abşeron Rayon Məhkəməsinin 8(012)-292/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilərək, “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından tələbkar tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Masazır bələdiyyəsi tərəfindən verilmiş şikayət Abşeron Rayon Məhkəməsinin 8(012)-292/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-70/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)- 292/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Masazır bələdiyyəsi tərəfindən müddət ötürülmədən xx.xx.2023-cü il tarixdə Şuşa Rayon Məhkəməsinə şikayət vermişdir. Şuşa Rayon Məhkəməsinin 8(077)-7/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmuşdur. Borclu tərəfindən verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-108/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qismən təmin edilərək, iş yenidən yenidən baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Şuşa Rayon Məhkəməsinin 8(077)-7/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət Şuşa Rayon Məhkəməsinin 8(077)-7/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-131/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə Masazır bələdiyyəsinin şikayəti təmin edilməmişdir. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Borclu müddətin bərpa edilməsinə dair ərizəyə etiraz edərək göstərmişdir ki, Maraqlı şəxs1 üç dəfə xx.xx.2022-ci il tarixli qərarla qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2015-cı il tarixli qətnaməsinin “qət etdi” hissəsinin 2-ci abzasında sonuncu tələbin icrasının mümkünsüzlüyünü müəyyən etmiş və icra sənədini Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmışdır. Abşeron İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı əvvəlki qərarlar kimi iştirakçılara, o cümlədən, ona və Masazır Bələdiyyəsinə xx.xx.2022-ci il tarixdə ümumi şöbənin məsul işçisi Səma Əliyevanın şəxsi imzası ilə qəbulu əsasında təhvil vermişdir. Belə ki, Masazır Bələdiyyəsinin hazırda mahiyyətcə mübahisələndirmək istədiyi xx.xx.2022-ci il tarixli Qərar xx.xx.2022-ci il tarixdə hüquqi şəxs olan Bələdiyyəyə qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmişdir. Qərarın xx.xx.2022-ci il tarixdə Masazır Bələdiyyəsinə təqdim edilməsi Bələdiyyənin ümumi şöbəsinin məsul işçisi Səma Əliyevanın şəxsi imzası ilə təsdiqini tapır. Hesab edir ki, məhkəmə araşdırmalarında qanunla müəyyən edilmiş müddətin ötürülməsinə aid prosessual normalar nəzərə alınaraq, Masazır Bələdiyyəsinin həmin qərardan verdiyi şikayət ərizələri, o cümlədən apellyasiya şikayətləri geri qaytarılmış, təmin edilməmişdir. Belə ki, Şuşa Rayon Məhkəməsi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Abşeron İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayəti AR MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən olunan prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarmışdır. Həmin qərardaddan verilən şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, qəradad qüvvəsində saxlanılmışdır. Hesab edir ki, Abşeron Masazır Bələdiyyəsi mübahisələndirilən qərardan verdiyi şikayət üzrə müddəti üzrsüz buraxmışdır. Belə ki, müddətin bərpası haqqında verilən ərizə özü-özlüyündə müddətin bərpası üçün yetərli deyildir. Bunun üçün həmin şəxs ərizəsində müddətin buraxılmasının üzrlü səbəbləri göstərməlidir. Mübahisələndirilən qərarı ümumi şöbənin işçisi Səma Əliyevanın imzası ilə qəbul etdiyi halda, Masazır Bələdiyyəsi bütün şikayətlərində iddia edir ki, məktub verilsə də, qərardad onun arxasında olmamışdır. Masazır Bələdiyyəsi bu əsasla çıxış etsə də, məhkəmələr həmin əsasları üzrlü səbəb saymamış və son nəticədə Masazır Bələdiyyəsinin qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını və verilən şikayətlərin də prosessual müddətin bərpası üçün yetərli olmadığını bildirmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Masazır Bələdiyyəsi hüquqi şəxs olduğu üçün müddətin ötürülməsi ilə bağlı istinad edilən səbəblər qanunvericliyin tələbinə uyğun olaraq, üzrlü səbəb sayıla bilməz. Odur ki, Masazır Bələdiyyəsi tərəfindən buraxılmış prosessual müddətin bərpası ilə bağlı verilmiş ərizənin təmin edilməməsini və rədd edilməsini xahiş edir. Şuşa Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 8(077)–1/2024 nömrəli qərardadı ilə Abşeron rayon Masazır Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından şikayət verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Sərdar Mehrəliyev). Abşeron rayon Masazır Bələdiyyəsi Şuşa Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli 8(077)–1/2024 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1691/2015 saylı, 03 mart 2020-ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 14 iyun 2022-ci il tarixli qərarından şikayət verilməsi üçün müddətin bərpa edilməməsinə dair Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(077)-1/2024 nömrəli qərardadı əsassız və qanunsuzdur. Belə ki, məhkəmə qərardadının 40-cı bəndində göstərir ki, tələbkar Abşeron rayon Masazır Bələdiyyəsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismənicra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından şikayətlə xx.xx.2022-ci il tarixdə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsi ilə müəyyən edilmiş 30 gün müddəti buraxmaqla müraciət etmişdir. Maraqlı şəxs1 icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinə istinad edərək, qərara aldığı hissənin 2-ci bəndində göstərir ki, “Qərarın surəti tərəflərə və məhkəməyə göndərilsin.” Lakin İcra şöbəsi bu qərarı bələdiyyəyə rəsmi göndərməmişdir. Maraqlı şəxs1 qəbul etdiyi 14 iyun 2022-ci il tarixli qərarın Masazır bələdiyyəsinə bələdiyyənin müraciəti əsasında Maraqlı şəxs1 rəisi tərəfindən iş materiallarında bələdiyyəyə təqdim olunmaqla bağlı hərhansı bir sənəd olmadığından şöbə rəisi tərəfindən idarənin əməkdaşlarına müvafiq tapşırıq verildikdən sonra xx.xx.2022-ci il tarixdə qərar bələdiyyə nümayəndəsinə verilmişdir. Məhkəmədə çıxışı zamanı icra məmuru bu qərarın bələdiyyəyə xx.xx.2022-ci ildə rəsmi olaraq təqdim etdiyini və qərarın Masazır bələdiyyəsinə təqdim edilməsi üçün Borclu təqdim edilməməsi ilə bağlı 17/75- 1534-İQ saylı, xx.xx.2023-cü il tarixli məktubla müraciət etmişdir. Lakin məhkəmə bu müraciətdə göstərilən faktı qiymətləndirməmişdir. Hakim bələdiyyələrdə kargüzarlıq işi ayrıca normativ hüquqi aktla tənzimlənmədiyi üçün bəzi məsələlərin həllində anoloji qaydalar tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanına istinad etmişdir. Yerli icra hakimiyyəti orqanlarında kargüzarlıq “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat” əsasında aparılır. Bu Təlimatın müddəaları təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamil edilmir. Bu təlimatın Masazır bələdiyyəsində kargüzarlığın aparılması işinə hər hansı bir aidiyyəti yoxdur. Təlimat yalnız dövlət orqanlarına aid edilmişdir. Hakim analoji qaydaya istinad edirdisə ilkin olaraq, Maraqlı şəxs1 qərarının hansı qaydada göndərməsinə açıqlama verməli və qiymətləndirməli idi. Lakin, məhkəmə bu Təlimatı İcra şöbəsinini kargüzarlığın aparılması ilə bağlı hərəkətlərinə tətbiq etməli idi. “İcra haqqında”Azərbaycan Respublikası Qanununda icra məmuru qəbul etdiyi qərarları istər icra hərəkətləri ilə bağlı, istərsə də icra hərəkətlərinin dayandırılması, icra sənədinin qaytarılmasında göstərilir ki, qəbul edilmiş qərarın surəti tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Maraqlı şəxs1 dövlət qurumu olduğundan hakim Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 97 və 98-ci bəndlərinə istinad etməli idi. 97-ci bənddə göstərilir ki, İmzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzarlıq xidmətinə verilir. 98-ci bənddə göstərilir ki, göndərilən korrespondensiyanın işlənməsinə onun növlərə ayrılması, zərflərin hazırlanması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi və elə həmin gün rabitə xidmətinə verilməsi daxildir. Sənədlər tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqoriyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün verilir. Mühüm zərurət olmadan sənədlər sifarişli məktubla göndərilmir. İcra məmurunun bu sənədi poçt vasitəsi ilə göndərməməsi aşkardır. Sifarişli poçt vasitəsi ilə də göndərməmişdir. Belə ki, bu qərar mühüm zərurət daşımır. Onda hansı səbəbdən hakim İcra məmurunun qərarın göndərilməsi qaydasına deyil, qərarın alınması ilə bağlı normativ akta istinad etmişdir və sənədin bələdiyyə tərəfindən alınmasına qiymət vermişdir. İş materiallarında iki məktub mövcuddur. Bələdiyyəyə ünvanlanmış 17/75- 1534-İQ saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli qərarın Masazır bələdiyyəsinə təqdim edilməsi üçün Borclu təqdim edilmədiyi qeyd edilmişdir. Borclu icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının müşahidə məktubunu xx.xx.2022-ci il tarixdə Səma Əliyevaya imzalatdırdıqdan sonra İcra məmuruna həmin müşayiət məktubunun surətini bələdiyyəyə təqdim etməmişdir. Səbəb isə bələdiyyənin icra şöbəsindən gələn sənədin qəbul edilmiş kimi göstərmək olub. Bu da sonradan məhkəmədə həmin iş üzrə müddətin ötməsi ilə nəticələnmişdir. Faktiki olaraq borclunun özünə aid olan sənədin müşayət məktubunun bələdiyyəyə təqdim etməsi borclunun müəyyən iş üzrə maraqlı şəxs olması olmuşdur. Qeyd olunan müşayət məktubu icra işində olmadığından sonradan həmin məktubu icra işinə borclunun təşəbbüsü ilə icra işinin materiallarına əlavə olunmuşdur. Bu da ona gətirib çıxartmışdır ki, borclu bu işdə maraqlıdır və aldatma yolu ilə müddətin ötürülməsi məqsədilə nəticələnəcək səbəblərə gətirib çıxartmışdır. Hakimin icra məmurunun qəbul etdiyi qərarın müşahidə məktubuna imza atması ilə bağlı bələdiyyənin keçmiş işçisi Səma Əliyevanı məhkəməyə dəvət olunmasında israrlı olmadığı qənaətinə gəlmək olur. Belə ki, tərəfin iddiası bu sənədin qanuni və ya qanuna istinad olunmadan istənilən formada bələdiyyəyə təqdim olunmasını bildirir və bu sənədə bələdiyyə işçisi Səma Əliyevanın həmin sənədə imza atdığını səbəb gətirir. Hakimin qəbul etdiyi qərardad AR MPM-nin ədalət mühakiməsinin həyata keçirilməsilə bağlı müəyyənləşdirdiyi ümumi qaydalarla uzlaşmır. Həmin Məcəlləyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Bələdiyyənin keçmiş əməkdaşı Səma Əliyeva xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsində göstərir ki, Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli məktubunun surəti bir vərəqdən ibarət olduğunu, əgər həmin məktuba hər-hansı bir sənəd əlavə olunsaydı kərgüzarlıq qaydalarına müvafiq olaraq müşayət məktubuna vərəqin sayı göstərilməklə “qoşma” sözü qeyd olunacağını, məktuba sənəd əlavə olunmadığından məktubun alınması ilə bağlı digər məktubun surətinə qəbul etdim sözlərini qeyd edərək, imzalayıb vətəndaşa təqdim etdiyini və bu məktubu təqdim edən şəxsin məktubun məlumat xarakterli olduğunu, mübahisələndirilən qərarın icra məmuru tərəfindən rəsmi göndəriləcəyini bildirdiyini, məktubun qoşması olmadığından və məktub məlumat xarakterli olduğunu nəzərə alaraq, məktub daxil olma qeydiyyatına alınmadığını göstərmişdir. Səma Əliyevanın izahat xarakterli ərizəsindən məlum olur ki, bələdiyyəyə qərar deyil, bu qərarı müşayət edən sənədin surəti təqdim edilmişdir. Şuşa Rayon Məhkəməsinin 8(077)-1/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərardadı ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(077)–1/2024 nömrəli qərardadından Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Sərdar Mehrəliyev). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq şikayətin dəlillərində qeyd olunan halların araşdırılması, o cümlədən hazırki işə baxılıb obyektiv qərar qəbul edilməsi üçün tərəflərin iştirakı və onların dindirilməsi zərurəti olduğundan şifahi icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndələri X6 və X10 şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu və onun nümayəndəsi Vəkil şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Maraqlı şəxs1 icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 8(077)-1/2024 nömrəli, 27 may 2024cü il tarixli qərardadı ləğv edilməli, tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 14 iyun 2022-ci il tarixli qərarından şikayət verilməsi müddəti bərpa edilməli və həmin qərardan verilmiş şikayətə baxılması üçün iş Şuşa Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, işin faktiki halları aşağıdakı kimi olmuşdur: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, Şuşa Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(077)-2/2012 nömrəli qətnaməsinin mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Masazır Bələdiyyəsinin cavabdehlər X4 və Borclu qarşı “Dövlət Torpaq və XK-nin Abşeron rayon Şöbəsinin tərtib etdiyi yerquruluşu planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, DƏDRX-nin Abşeron Ərazi idarəsi tərəfindən verilmiş **********78 reyestr nömrəli çıxarışa düzəliş edilməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməsi tələbinə dair” iddiasının təmin edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması, qətnamənin Borclu Masazır kəndi, ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik 0,2263 ha torpaq sahəsinin Masazır Bələdiyyəsinin mülkiyyətinə qaytarılması, Borclu ailə üzvləri ilə birlikdə 0,2263 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəziyyətdə bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilməsi, Masazır bələdiyyəsinin iddiasının bu hissədə təmin olunması, mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28,55 metr olan torpaq sahəsinin Masazır Bələdiyyəsinə qaytarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və onun əsasında verilmiş 2(105)-1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1nə göndərilmiş və xx.xx.2021-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmışdır. Maraqlı şəxs1 icra məmuru X1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra işinə əlavə olunan sənədə əsasən, icra sənədinin icrası mümkün olmaması səbəbindən, Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarının tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinə təqdim edilməsi ilə bağlı iş materiallarında 2 sənəd mövcuddur. - Borclu təqdim etdiyi sənəd 1 vərəqdən ibarət olmaqla, üzərində “Qəbul etdim” qeydi aparılmış, “xx.xx.2022, Səma Əliyeva” yazılmış və imza edilmişdir. - Abşeron rayon Masazır Bələdiyyəsinin sədrinin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli, 01-09/157-k nömrəli əmrinin surətindən görünür ki, bələdiyyənin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri X16 ilə bağlanmış 5LA9BR5001000 saylı əmək müqaviləsinə AR ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsi ilə xitam verilmiş, xx.xx.2021—xx.xx.20212-ci il tarixinədək istifadə olunmamış məzuniyyət gününün son haqq-hesabının hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir. - Maraqlı şəxs1 rəisi Ayaz Nuqaylı tərəfindən Abşeron rayonu Masazır Bələdiyyəsinin sədri Azər Quliyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 17/75 1534 – İQ nömrəli məktuba əsasən, bələdiyyənin 01/xx-xx/1012 saylı, xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı olaraq icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı Abşeron rayon Masazır Bələdiyyəsinə təqdim edilməsi üçün Borclu təqdim edilməmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna əsasən Maraqlı şəxs1 tərəfindən xx.xx.2022-ci il tarixli məktubla birlikdə təqdim olunmuş və icra işinin kserosurətlərində olan xx.xx.2022-ci il tarixli 17/75 1528 İQ nömrəli məktuba əsasən, tələbkar Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X6 xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarını, üzərində “qərar və rəy mənə təqdim edildi” qeydini yazmaqla və imza etməklə rəsmi qaydada qəbul etmişdir. Abşeron rayon Masazır Bələdiyyəsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından şikayətlə xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(105)-109/2022 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, icra vərəqinin geri qaytarılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən həll olunmalıdır. Abşeron rayon Masazır Bələdiyyəsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından şikayətlə xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(012)-597/2022 nömrəli qərardadı ilə şikayət hazırki icra sənədi Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 2(105)-1691/2015 saylı iş üzrə 03 mart 2020-ci il tarixdə verildiyindən məhz həmin məhkəməyə verilməsi ilə əlaqədar geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-597/2022 nömrəli qərardadı ilə həmin qərardan tələbkar tərəfindən verilmiş şikayət, elektron kabinet vasitəsi ilə verilmədiyindən, geri qaytarılmışdır. Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən, yenidən elektron kabinet vasitəsi ilə qərardan şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)- 597/2022 nömrəli qərardadı ilə şikayət, təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(105)-137/2022 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-597/2022 nömrəli qərardadı ləğv edilərək, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-597/2022 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1691/2015 saylı, 03 mart 2020-ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək, həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-292/2023 nömrəli qərardadı ilə həmin qərardaddan Borclu verdiyi şikayət təmin edilmiş, qərardad ləğv edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, 03..03.2020-ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından tələbkar Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, üçpilləli məhkəmə sisteminin mövcud olduğu şəraitdə işdə iştirak edən şəxslərin məhkəmə aktlarından şikayət vermək hüququnun təmin edilməsi məqsədilə Abşeron rayonu Masazır Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından şikayətə Şuşa Rayon Məhkəməsində baxılmalıdır. Qərardad xx.xx.2023-cü il tarixdə tələbkar Abşeron rayonu Masazır Bələdiyyəsinə elektron kabinet vasitəsi ilə göndərilmiş, tələbkar tərəfindən həmin qərardaddan xx.xx.2023-cü il tarixdə şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)- 292/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(105)-70/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-292/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə tələbkar Abşeron Rayon Masazır Bələdiyyəsi Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarından şikayətlə Şuşa Rayon məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və icra vərəqi üzrə icranın davam etdirilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin şikayətinin təmin edilməsi, Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(105)- 1691/2015 qətnaməsinin icra olunması ilə əlaqədar icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Borclu Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-7/2023 nömrəli qərardadından şikayət vermişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinin tələbinə uyğun olaraq mülki işin materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(105)-108/2023 nömrəli qərardadı ilə Borclu şikayəti qismən təmin edilərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və onunla bağlı xx.xx.2023-cü il tarixli qərardadlarının ləğv edilməsi, Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarından Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün işin Şuşa Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərardadında göstərilmişdir ki, Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarının surəti Masazır Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə alınsa da, Bələdiyyə həmin qərardan 30 gün müddətində məhkəməyə şikayət verməli olduğu halda, bu müddət onun tərəfindən ötürülmüş, lakin bu müddətin bərpası barədə isə hər hansı bir vəsatət şikayətə əlavə edilməmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(077)–7/2023 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət müddətin bərpasına dair ərizə verilmədiyinə görə geri qaytarılmışdır. Abşeron rayon Masazır Bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1xx.xx.2022-ci il tarixli qərarından şikayət verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(077)-1/2024 nömrəli qərardadı ilə tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin ərizəsi təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından tələbkar Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən şikayət verilməsi üçün müddətin buraxılması üzrlü hesab edilmiş və buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(105)-41/2024 nömrəli qərardadı ilə Borclu şikayəti qismən təmin edilərək, Şuşa Rayon Məhkəməsinin 8(077)- 1/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından şikayət verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin bərpasına dair Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş vəsatətə yenidən baxılması üçün işin Şuşa Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərardadında göstərilmişdir ki, son nəticədə Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-7/2023 nömrəli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)- 1691/2015 saylı icra sənədi üzrə "İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət müddətin bərpasına dair ərizə verilmədiyinə görə geri qaytarılmışdır. Yəni qanuni qüvvəsini almış məhkəmə aktına əsasən Masazır Bələdiyyəsinin mübahisələndirilən qərarı rəsmi qaydada alması tarixi məhz Bələdiyyənin nümayəndəsinin imza etməklə qəbul etdiyi xx.xx.2022-ci il tarix qəbul edilmişdir. Belə olan halda bələdiyyənin qərardan şikayət vermə müddətini ötürməsi halı işin mübahisəsiz halını təşkil edir. Apellyasiya instansiya məhkəməsi tərəfindən müddətin ötürülməsinin hansı üzrlü səbəbdən baş verməsinin tam araşdırılması, mübahisələndirilən icra sənədinin geri qaytarılması barədə qərarın aid olduğu icra işinin tələb edilərək icra məmurunun dinlənilməsi, yuxarıda qeyd olunan halların əlaqəli şəkildə yoxlanılması, sözügedən qərarın tərəflərə (o cümlədən Masazır Bələdiyyəsinə) rəsmi poçt vasitəsilə, yaxud proses iştirakçıları vasitəsilə göndərilməsinin, həmçinin icra məmurunun məktubları arasındakı ziddiyyətli halların aydınlaşdırılması, qeyd edilən hallarla əlaqədar işə baxan birinci instansiya məhkəməsinin eyni qurum tərəfindən verilmiş və bir-biriləri ilə ziddiyyətli halları əks etdirən cavab məktublarına hüquqi qiymət verilməsi, hazırkı mübahisə üzrə işin həqiqi hallarının bir-biriləri ilə ziddiyyət təşkil edən hansı arayışla düzgün əks olunduğunun müəyyən edilməsi və bu ziddiyyətlərə hüquqi aydınlıq gətirilməsi məqsədilə işi birinci instansiya məhkəməsinə qaytarılmışdır. Şuşa Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 8(077)–1/2024 nömrəli qərardadı ilə Abşeron rayon Masazır Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından şikayət verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iş üzrə müddətin bərpa edilməsi barədə ərizəni təmin etməyərək qərardadı onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(105)-1691/2015 saylı icra sənədi üzrə Maraqlı şəxs1“İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri X11 xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim olunmuşdur. Tələbkar Abşeron rayon Masazır Bələdiyyəsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından şikayətlə xx.xx.2022-ci il tarixdə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsi ilə müəyyən edilmiş 30 gün müddəti buraxmaqla müraciət etmişdir. Birinci instansiya məkəməsi qeyd etmişdir ki, vətəndaşların müraciətləri üzrə kargüzarlıq işi istisna olmaqla, bələdiyyələrdə kargüzarlıq işi ayrıca normativ hüquqi aktla tənzimlənmədiyi üçün bəzi məsələlərin həllində anoloji qaydalar tətbiq oluna bilər. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimat bir sıra məsələlər üzrə (kargüzarlığın anlayışı, kargüzarlıq xidmətinin vəzifəsi və s.) əsas götürülür. Təlimata əsasən kargüzarlıq - təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir. Həmin Təlimatın 4-cü bəndinə görə isə, poçt, elektron poçt, faks, telefonoqram, feldyeger rabitəsi vasitəsilə və kargüzarlıq xidmətinə bilavasitə daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq kargüzarlıq xidmətinin əsas vəzifələrindən biridir. Birinci instansiya məkəməsi hazırkı işdə Azərbaycan Respublikası MPM-nin 135.1, 135.2 və 135.5-ci maddələrini analogiya üzrə tətbiq edərək hesab etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarının Abşeron rayon Masazır Bələdiyyəsinə rəsmi təqdim edilməsi tarixi xx.xx.2022-ci il tarixidir. Tələbkar mübahisə predmeti olan qərarın müraciəti əsasında xx.xx.2022-ci il tarixdə rəsmi qaydada alındığını iddia etsə də, həmin qərarın məhz xx.xx.2022-ci il tarixdə Bələdiyyənin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri X11 rəsmi təqdim olunması barədə borclunun dəlillərini təkzib edən heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarın tələbkar Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən rəsmi qaydada sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri X11 təqdim etməklə xx.xx.2022-ci il tarixdə alınmasına MPM-nin 135.1, 135.2 və 135.5-ci maddələrini analogiya üzrə tətbiq etmiş və müddətin bərpası barədə ərizəni təmin etməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda adıçəkilən hüquq normalarının məzmunundan aydın olur ki, sənədlər rəsmi qaydada verilməsi tapşırılmış şəxslər tərəfindən verilməlidir. Lakin hazırki halda işin halları ilə müəyyən edilir ki, qeyd edilən qərar xx.xx.2022-ci il tarixdə Borclu tərəfindən Masazır bələdiyyəsinə təqdim edilmişdir. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli, 17/75 1534 – İQ nömrəli məktubu ilə müəyyən edilir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1691/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı olaraq icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı Abşeron rayon Masazır Bələdiyyəsinə təqdim edilməsi üçün Borclu təqdim edilməmişdir. Bundan əlavə işə Şuşa Rayon Məhkəməsində baxılarkən 27 may 2024-cü il tarixli məhkəmə iclasında Maraqlı şəxs1 icra məmuru X2 izahatında Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarını tərəflərə poçt vasitəsilə göndərmədiyini, həmçinin Borclu rəsmi təqdim olunmaq üçün vermədiyini və qeyd edilən qərarın bələdiyyə sədrinin müraciəti ilə bələdiyyənin nümayəndəsinə verildiyini qeyd etmişdir. Beləliklə yuxarıda sadalanan işin halları ilə müəyyən edilir ki, qərar rəsmi qaydada xx.xx.2022-ci il tarixdə deyil, bələdiyyə sədrinin müraciəti ilə xx.xx.2022-ci il tarixdə tələbkara təqdim edilmişdir. İcra haqqında qanunun 70.4-cü bəndinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Yuxarıda qeyd olunan xüsuatlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, tələbkar Masazır bələdiyyəsi tərəfindən qeyd edilən qərar alındıqdan sonra şikayət verilməsi üçün müəyyən prosessual hərəkətlər edilmiş, lakin şikayətə hansı məhkəmədə baxılması ilə bağlı uzun sürən prosessual məsələnin sonradan həll olunması, nəticə etibarı ilə şikayətə baxılması müddətinin buraxılmasına səbəb olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Məhkəmə kollegiyası həmçinin tələbkar Abşeron rayon Masazır bələdiyyəsinin keçmiş sədri X7 tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə ünvanladığı ərizəyə münasibətdə qeyd edir ki, keçmiş bələdiyyə sədri ərizəsində mübahisə predmeti olan qərarı xx.xx.2022-ci il tarixdə aldıqlarını, lakin bələdiyyə tərəfindən şikayət və ya apellyasiya şikayəti verlməməsi qərarında gəldikləri üçün prosessual müddəti ötürdüklərini bildirsə də, işə baxılması ilə əlaqədar tələb edilmiş 8(012)-292/2023 nömrəli işdən görünür ki, xx.xx.2022-ci il tarixdə qeyd edilən qərardan Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən şikayət verilmiş və şikayət həmin zaman bələdiyyə sədri olmuş Rüfət Fətullayev tərəfindən imzalanmış və bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 8(077)-1/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərardadı ləğv edilməli, tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 14 iyun 2022-ci il tarixli qərarından şikayət verilməsi müddəti bərpa edilməli və həmin qərardan verilmiş şikayətə baxılması üçün iş Şuşa Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-in 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Şuşa Rayon Məhkəməsinin 8(077)-1/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərardadı ləğv edilsin. Tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 14 iyun 2022-ci il tarixli qərarından şikayət verməsi müddəti bərpa edilsin. Maraqlı şəxs1 14 iyun 2022-ci il tarixli qərarından tələbkar Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətə baxılması üçün iş Şuşa Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-71/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-71/2024
04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver