Məhkəmə qərarları › İş №8(105)-72/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-72/2021

19.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-72/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(012)-19/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(012)-19/2021 saylı qərardadı ilə (hakim C.İ.Səfiyeva) Abşeron rayon İcra və probasiya şöbəsinin Borclu məcburi qaydada gətirilməsinə dair təqdimatı təmin olunub, xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Borclu iş saatlarında, yəni saat 09.00-dan 18.00-dək Abşeron rayon İcra və Probasiya şöbəsinə gətiriməsi və qərardadın icrasının Abşeron Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu şikayət verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(012)- 19/2021 saylı qərardadının ləğv edilmsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(012)-19/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Abşeron rayonu 1 saylı Notariat Ofisinin 7E-10660 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi xx.xx.2016-cı il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “icraata başlamaq haqqında qərar” tərəflərə göndərilmiş, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Bu hərəkətləri ilə Borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmış və bununla da onun məcburi gətirilməsi zərurəti yaranmışdır. Ona görə də, borclu X4 məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Borclu verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hazırda Göyçay rayonu, Potu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Lakin Abşeron Rayon Məhkəməsi aidiyyat qaydalarını pozmaqla işə baxmışdır. Ona görə də, qərardad ləğv edilməli, məcburi gətirilməsi barədə təqdimat təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi icra məmurunun borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatını təmin etdikdə hesab etmişdir ki, Abşeron rayonu 1 saylı Notariat Ofisinin 7E- 10660 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya lazımi qaydada məlumat verilmiş, lakin könüllü olaraq icra şöbəsinə gəlmədiyindən onun məcburi qaydada gətirilməsi üçün əsaslar yaranmışdır. Belə ki, iş materiallarından görünür ki, Abşeron rayonu 1 saylı Notariat Ofisinin 7E-10660 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 10650 manat pul alınaraq X2 verilməlidir. İşdə olan bildirişdən görünür ki, Borclu Abşeron rayonu 1 saylı Notariat Ofisinin 7E-10660 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası barədə xx.xx.2016-cı il tarixli bildirişlə məlumatlandırılmışdır. Elektron baza məlumatlarına əsasən Borclu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əsədov küçəsi, ev 27-də qeydiyyatdadır. «İcra haqqında» Qanunun 8.2 və 8.3-cü maddələrinə müvafiq olaraq icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinin tələblərinə əsasən həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi gətirilmə haqqında icra məmurunun təqdimatı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsulliyyəti müəyyən edən maddənin tərkib hissəsi olaraq icra məmuru tərəfindən icra hərəkətlərinin həyata keçirilməsinin bir mərhələsidir. Belə ki, məcburi gətirilmə barədə icra məmurunun qərarının qəbul edilməsi mərhələsinə kimi ilk növbədə icra məmuru icra hərəkətlərinin iştirakçıları üçün qanunla müəyyən edilmiş tədbirlər görməli və göstərilən tədbirlər nəticə vermədiyi hallarda məhz qanunvericiliyin müəyyən etdiyi digər icra haqqında qanunvericiliyin pozulmasına görə məsulliyyəti müəyyən edən səlahiyyətindən istifadə etməlidir. Məhz bu aspektdən yanaşdıqda nəzərə alınmalıdır ki, qeyd edilən maddənin tərkib hissəsinin yaranması üçün iki haldan birinin mövcudluğu yəni, icra məmurunun çağırışı ilə gəlməmək və yaxud icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilməlidir. Buna görə ilk növbədə icra məmuru icra sənədi daxil olduqda icra haqqında qanun tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Eyni zamanda bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu şikayətin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Ona görə də, qərardadın ləğv edilməsi üçün əsas olmadığından şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Borclu verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(012)-19/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar