Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-72/2023 23.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Cavabdeh xx.xx.2023-cü il tarixli “icraatın dayandırılması haqqında” qərarının ləğv edilməsi üzrə borclu "xxxx" İKŞ MMC-nin şikayətinə dair Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 8(060)-436/2023 nömrəli qərardadından borclu "xxxx" İKŞ MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Borclu "xxxx" MMC şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh böyük icra məmuru Tural İsayevin “icraatın dayandırılması haqqında” 10 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 380/2021 saylı, xx.xx.2021-cı il tarixli icra sənədinə əsasən "xxxx" İKŞ MMC-dən 170.000 manat və 30 manat alınaraq tələbkar X2 verilməlidir. Həmin icra sənədinə əsasən icra məmurunun təqdimatları əsasında "xxxx" İKŞ MMC-yə məxsus bank hesabına və mülkiyyətində olan iki avtomaşının üzərinə həbs qoyulmuşdur. Həmin avtomaşınlara əsasən məhkəmə qaydasında mübahisə qaldırıldığı üçün icra məmuruna ərizə ilə müraciət edilərək, “İcra haqqında” Qanunun 17.1.6-cı maddəsinə əsaslanıb icra sənədi üzrə icraatın dayandırılması xahiş edilmişdir. Bu ərizədən sonra icra məmuru özünün xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə “icraatın dayandırılması barədə” qərar qəbul etmişdir. Bundan sonra isə icra sənədi üzrə icraatın tam və ya yalnız avtomaşınlar barədə dayandırılmasına dair icra sənədini vermiş Apellyasiya Məhkəməsinə izah üçün ərizə ilə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-380/2021 saylı qərardadı ilə icra məmurunun icra sənədi üzrə icraatın tam və ya yalnız avtomobillərə nisbətdə dayandırılmasına izah verilməsi barədə olan olan ərizəsi rədd edilmişdir. Həmin qərardadda göstərilmişdir ki, məhkəmə yalnız qətnaməyə və ya icra sənədinə izah verməyə borcludur, icranın dayandırılması məsələsi isə icra məmuru tərəfindən həll edilməlidir. Bu qərardaddan sonra icra məmuru icra üzrə icraatı təzələmiş və xx.xx.2023-cü il tarixli qərardadı ilə icra üzrə icraatı yalnız avtomobillərə dair hissədə dayandırmışdır. İcranın dayandırılması barədə ərizədən sonra icra məmuru bu barədə olan icraatı heç bir izah istəmədən dayandırmalı idi. Lakin o, səhvən icraatı bu barədə məhkəməyə izah barədə ərizə vermə ilə əlaqədar dayandırmışdır. Hansı ki, belə olan təqdirdə icra məmuru özü “İcra haqqında” Qanunun 17.1.6-cı maddəsinə əsaslanaraq icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul etməli idi. Çünki həmin maddi normaya əsasən, icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə icra sənədi üzrə icra məcburi olaraq dayandırılır. Sadəcə olaraq icra tam deyil, avtomaşınlara dair hissədə dayandırılmışdır. Hansı ki, istinad edilən maddi norma icranın qismən dayandırılmasını deyil, ümumiyyətlə dayandırılmasını tələb edir. İcra məmuru icranın qismən dayandırılması barədə qərarda da qəbul etdiyi bu qərarı əsaslandırmamış və icranı yalnız avtomobillərə dair hissədə dayandırma qərarına gələrkən hər hansı bir maddi normaya əsaslanmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 8(060)-436/2023 nömrəli qərardadı ilə borclu "xxxx" İKŞ MMC-nin Cavabdeh böyük icra məmuru Tural İsayevin xx.xx.2023-cü il tarixli “icraatın dayandırılması haqqında” qərarından verdiyi şikayət təmin edilməmişdir (hakim Şəbnəm Həxiyeva). Həmin qərardaddan narazı qalan borclu "xxxx" İKŞ MMC şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 8(060)-436/2023 nömrəli qərardadınının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə icra sənədi üzrə icra məcburi olaraq dayandırılır. Onların icranın dayandırılması barədə ərizəsindən sonra icra məmuru bu barərə olan icraatı heç bir izah istəmədən dayandırmalı idi. Lakin o, səhvən icraatı bu barədə məhkəməyə izah barədə ərizə vermə ilə əlaqədar dayandırmışdır. Hansı ki, belə olan təqdirdə icra məmuru özü “İcra haqqında” Qanunun 17.1.6-cı maddəsinə əsaslanaraq icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul etməli idi. Çünki həmin maddi normaya əsasən, icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə icra sənədi üzrə icra məcburi olaraq dayandırılır. Bu maddi normanın tələbini icra məmuru da çox gözəl bilir və məhz buna əsasən də onların vəsatəti ilə icranı dayandırmağın məcburi olmasını qəbul etmişdir. Sadəcə olaraq icranın tam deyil, yalnız avtomaşınlara dair hissədə dayandırmışdır. Hansı ki, istinad edilən maddi norma icranın qismən dayandırılmasını deyil, ümumiyyətlə dayandırılmasını tələb edir. İcra məmuru icranın qismən dayandırılması barədə qərarda da qəbul etdiyi bu qərarı əsaslandırmamış, icranı yalnız avtomobillərə dair hissədə dayandırması qərarına gələrkən hər hansı bir maddi normaya əsaslanmamışdır. Onun qərarda istinad etdiyi “İcra haqqında” Qanunun 17.1.6-cı maddəsi isə bir başa olaraq imperativ olaraq icra işi üzrə icraatın dayandırlımasını tələb edir. Ona görə də onlar belə hesab edir ki, hazırkı icra işi üzrə icra məmurunun icranın yalnız avtomobillərə dair hissədə dayandırılması barədə qərarı qanunsuzdur. “İcra haqqında” Qanunun 17.1.6-cı maddəsinin məzmun və tələblərinə ziddir və ona görə də ləğv edilməlidir. Amma məhkəmə bu maddi normanın tələblərinə zidd olaraq icra məmurunun qərarını qanuni hesab etmişdir ki, onlar da bununla razılaşmırlar. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 8(060)-436/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 8(060)-436/2023 nömrəli qərardadından verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-380/2021 saylı, xx.xx.2021-cı il tarixli icra sənədi üzrə icraat avtomobillərə aid hissədə dayandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 380/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" İKŞ MMC-dən 170.000 manat və 30 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə icra məmurunun təqdimatı əsasında borclu "xxxx" İKŞ MMC-yə məxsus bank hesablarına və mülkiyyətində olan iki avtomaşının üzərinə həbs qoyulmuşdur. Bundan sonra borclu "xxxx" İKŞ MMC avtomobillərin həbsdən azad olunması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, borclu "xxxx" İKŞ MMC avtomobillərin həbsdən azad olunması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etdiyindən Cavabdeh tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədilə icra sənədi üzrə icraatın avtomobillərə aid hissədə dayandırılması əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.6-cı maddəsinə əsasən icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. İş materiallarından göründüyü kimi tələbin yönəldiyi bütün əmlak barəsində deyil, yalnız avtomobillərin həbsdən azad olunması barədə iddia qaldırılmışdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Bu səbəbdən kollegiya Cavabdeh böyük icra məmuru Tural İsayevin xx.xx.2023-cü il tarixli “icraatın dayandırılması haqqında” qərarının ləğv edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu "xxxx" İKŞ MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 8(060)-436/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-72/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-72/2023
23.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver