Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-73/2023 13.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-857/2022 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə X1 tərəfindən verilmiş ərizəyə dair Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 8(060)-459/2023 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər X4 və digərlərinə qarşı “kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 Bankın xeyrinə kredit müqaviləsi üzrə 16247,64 manat əsas borc, 3234,57 manat faiz borcu olmaqla, cəmi 19482,21 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdehlərə məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin cavabdeh X3 banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan X3 və digərlərinin mənzildən çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(060)-7160/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X2 İddiaçı ASC-nin xeyrinə MK/57953/71/11 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 16247,64 manat əsas, 3139,28 manat faiz borcu olmaqla, cəmi 19386,92 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, 19386,92 manat borcun ödənilməsini təmin etmək məqsədi ilə tələbin cavabdeh X8, X6 və X7 məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin cavabdeh X3 borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 57000 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manat pulun cavabdeh X2 tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-857/2022 nömrəli qətnaməsi ilə cavabdeh X3 apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsi əsas kredit borcunun və mənzilin likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, MK/57953/71/11 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 16228 (on altı min iki yüz iyirmi səkkiz) manat 85 (səksən beş) qəpik əsas borc, 2910 (iki min doqquz yüz on) manat 99 (doxsan doqquz) qəpik faiz borcu cavabdeh X2 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 3-cü məhəllə, Nizami küçəsi, ev 23/14, 1 saylı mənzilin likvid dəyərinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi, cavabdeh X2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, 200 (iki yüz) manat alınaraq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. X1 ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-857/2022 nömrəli qətnaməsinin icrasına 2023-cü ilin sentyabr ayına qədər möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda iş icraya yönəldilmişdir. İndiki halda bu pulu ödəmək imkanı yoxdur. Bu ilin sentyabr ayında lotoreyadan borcunu qarşılayacaq məbləğdə pulu alıb ödəyəcəkdir. Hazırki mənzil onun yeganə yaşayış yeridir. Həmin mənzil alınarsa yaşamağa yeri olmayacaqdır. Özü də onkoloji xəstədir və belə vəziyyətdə onun və ailə üzvlərinin vəziyyətinin ağırlaşacağını düşünmək xəstəliyini daha da çətin vəziyyətə salır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-459/2023 nömrəli qərardadı ilə ərizəçi X3 Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)- 857/2022 nömrəli qətnaməsinin icrasına 2023-cü ilin sentyabr ayına qədər möhlət verilməsi barədə dair ərizəsi rədd edilmişdir (hakim Elmir Hüseynov). Həmin qərardaddan narazı qalan X1 şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-459/2023 nömrəli qərardadınının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-459/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-459/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elmir Hüseynov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(060)-7160/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X2 İddiaçı ASC-nin xeyrinə MK/57953/71/11 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 16247,64 manat əsas, 3139,28 manat faiz borcu olmaqla, cəmi 19386,92 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, 19386,92 manat borcun ödənilməsini təmin etmək məqsədi ilə tələbin cavabdeh X8, X6 və X7 məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin cavabdeh X3 borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 57000 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manat pulun cavabdeh X2 tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-857/2022 nömrəli qətnaməsi ilə cavabdeh X3 apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsi əsas kredit borcunun və mənzilin likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, MK/57953/71/11 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 16228 (on altı min iki yüz iyirmi səkkiz) manat 85 (səksən beş) qəpik əsas borc, 2910 (iki min doqquz yüz on) manat 99 (doxsan doqquz) qəpik faiz borcu cavabdeh X2 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 3-cü məhəllə, Nizami küçəsi, ev 23/14, 1 saylı mənzilin likvid dəyərinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi, cavabdeh X2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, 200 (iki yüz) manat alınaraq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda X9 İslam ərizə ilə məhkəməyə müraciət edərək hazırda bu pulu ödəmək imkanın olmadığını, bu ilin sentyabr ayında lotoreyadan borcunu qarşılayacaq məbləğdə pulu alıb ödəyəcəyini, hazırki mənzilin onun yeganə yaşayış yeri olmasını, özünün də onkoloji xəstəlikdən əziyyət çəkməsini əsas göstərərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-857/2022 nömrəli qətnaməsinin icrasına 2023-cü ilin sentyabr ayına qədər möhlət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəyə və apellyasiya şikayətinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Məhkəmə kollegyiası qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunun mənasına görə qətnamənin icrasına möhlət verilməsinə o hallarda yol verilir ki, icranın həyata keçirilməsi hər hansı səbəblərə görə mümkün olmur və məhkəmə müəyyən müddət keçdikdən sonra icraya maneçilik törədən halların aradan qalxacağı və icranın mümkün olacağı qənaətinə gəlir. Məhkəmə belə hesab edir ki, nə ərizəçinin istinad etdiyi hallar, nə də iş materiallarında olan sübutlar belə qənaətə gəlməyə əsas vermir.Belə olan halda, ərizənin təmin edilməsi məhkəmə qərarının məcburi icrası prinsipinin əsassız məhdudlaşdırılmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.” Məhkəmə kollegiyası qeyd edilənləri, eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verildiyini, iş üzrə məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə ipoteka saxlayanın razılığının olmadığını, əsassız olaraq məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına yönələ biləcəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd edərkən mahiyyətcə düzgün qərardad çıxarmışdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 8(060)-459/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-73/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-73/2023
13.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver