Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-73/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1365/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin təmin edilməsi üçün icra üsulunun dəyişdirilməsi barədə X1 Vidadi qızı tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddiaçı Çələbiyeva Xəyalə Vidadi qızının cavabdeh "xxxx" MTK-ya qarşı mənzilə giriş-çıxışın təmin olunması və mənzildən maneəsiz istifadəyə şərait yaradılması tələbinə dair iddiasının rədd edilməsi, "xxxx" MTK-nın cavabdeh X.Çələbiyevaya qarşı “mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası isə təmin olunaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə dair Çələbiyeva Xəyalə Vidadi qızı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə-sədrlik edən və məruzəçi, T.Quliyev və E.Rəhimov) apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 11 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) iddiaçı Çələbiyeva Xəyalə Vidadi qızının kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 oktyabr 2019-ci il tarixli, 2(103)-3402/19 saylı qətnaməsinin ləğv olunması və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, "xxxx" MTK tərəfindən Çələbiyeva Xəyalə Vidadi qızına mənzilə giriş-çıxışı təmin olunmaqla, ona həmin mənzildən maneəsiz istifadəsinə şərait yaradılması, "xxxx" MTK-nın Çələbiyeva Xəyalə Vidadi qızına qarşı mənzil tikintisi haqqında xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilməsi qət edilmişdir. X1 Vidadi qızı ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1365/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi üçün icra üsulunun dəyişdirilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 3-cü girişi, 10cu mərtəbəsindəki ümumi sahəsi layihə üzrə 61 kv.mer olan 1 otaqdan ibarət 76 nömrəli mənzildən qeyri-qanuni istifadə edən şəxslərin məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq, giriş-çıxışının təmin olunmaqla ona təhvil verilməsinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003cü il tarixli qərarına əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Göründüyü kimi qətnamənin hissə-hissə icra edilməsi məsələsi apellyasiya məhkəməsi tərəfindən deyil, birinci instansiya məhkəməsi tərəfindən həll olunmalıdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ərizə Xəyalə Çələbiyevaya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231.3., 263, 264, 365, 372, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ X1 Vidadi qızının ərizəsi ona geri qaytarılsın və ərizəçinin bu məsələ ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etmək hüququ istisna deyil. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-73/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-73/2025
29.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver