Məhkəmə qərarları › İş №8(105)-74/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-74/2022

07.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-74/2022 07.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(027)-465/2021 nömrəli qərardadının ləğv olunması barədə Borclu tərəfindən verilmiş şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Məmmədov) şikayət ərizəsinin təmin edilməsi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1044/2020 saylı icra sənədi üzrə 27 sentyabr 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarının ləğv edilməsi, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 1044/2020 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Borclu X2 qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə Borclu Quba Rayon Məhkəməsinin 8(027)-465/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə verdiyi şikayətin təmin olunmaması və şikayət baxılması üçün 8(027)-465/2021 nömrəli işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2022-ci il tarixli qərardadı ilə borclu X2 tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi və şikayətin Azərbaycan Respublikası MPM-in 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim İ.Məmmədov) iş üzrə borclu X1 Quba Rayon Məhkəməsinin 8(027)- 465/2021 nömrəli, 25 oktyabr 2021ci il tarixli qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Borclu Tamerlan Nəcəfov 25 oktyabr 2021-ci il tarixli qərardaddan yenidən şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim İ.Məmmədov) iş üzrə Borclu Quba Rayon Məhkəməsinin 8(027)- 465/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə verdiyi şikayətin təmin olunmaması və şikayət baxılması üçün 8(027)- 465/2021 nömrəli işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2022-ci il tarixli qərardadı ilə Borclu şikayəti qeyri-mümkün hesab edilərək, şikayətin Azərbaycan Respublikası MPM-in 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin iş üzrə 26 aprel 2022-ci il tarixli qərardadı ilə Borclu Quba Rayon Məhkəməsinin 8(027)- 465/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərardadından verdiyi şikayət geri qaytarılmışdır. Bundan sonra Quba Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərardadı ilə (hakim İ.Məmmədov) iş üzrə Borclu Quba Rayon Məhkəməsinin 8(027)- 465/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə verdiyi şikayətin təmin olunmaması və şikayət baxılması üçün 8(027)- 465/2021 nömrəli işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını, şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, qərardaddan şikayətə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 8(027)- 465/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərardadını Borclu 27 oktyabr 2021-ci il tarixdə məhkəmə qəbzini şəxsən imza etməklə təhvil almışdır. Borclu 02 noyabr 2021-ci il tarixdə həmin qərardaddan şikayət vermiş, şikayət Quba Rayon Məhkəməsinin iş üzrə 23 dekabr 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra yuxarıda sadalanan ardıcıllıqla borclu tərəfindən hər dəfə müxtəlif prosessual pozuntulara yol verilməklə şikayət verildiyindən, şikayət geri qaytarılmışdır. Hazırkı halda iş materiallarından aydın olur ki, sözügedən qərardaddan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət Borclu tərəfindən ötürülmüş və müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi bu iş üzrə Quba Rayon Məhkəməsinin 8(027)- 465/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, şikayət vermiş şəxs MPM-in yuxarıda sadalanan tələbələrinə əməl etməklə yenidən ümumi qaydada şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARAALDİ Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(027)-465/2021 nömrəli qərardadının ləğv olunması barədə Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar