Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-74/2025 12.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 aliment məbləğinin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X5 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 8(067)-17/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İcra sənədi üzrə tələbkar X11 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1996/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Xaçınaz rayonu, Hacıəhmədoba kəndi ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs hər ay uşağa görə tutulan 190 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Maraqlı şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1996/2024 saylı, xx.xx.2024-cii il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddia ərizəsi məhkəməyə daxil olan gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs hər ay 190 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, onun xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan 190 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay 0.80 faiz mislində müəyyən edilməlidir. Cavabdehin maddi imkanı yaxşıdır, ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdehin isə maddi imkanı yaxşıdır. Cavabdeh yüksək məbləğdə aliment ödəməyə qadirdir. Ata kimi uşaqlarını saxlamaq cavabdehin valideynlik borcudur. Cavabdehlə aralarında alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur. Məlum olduğu kimi, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-cü ildə yaşayış minimumu 400 manat müəyyən edilmişdir. Göstərilənlər əsasında ərizə təmin edilməlidir.
3. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-17/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim S.Səmədzadə) ərizə qismən təmin edilərək, xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1996/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq X7 verilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi öz qərardadında göstərib ki, Azərbaycan Respublikası Prezidentinin 01 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən 2024-cü ilin yanvarın 1-dən minimum əməkhaqqının məbləği 345 manat müəyyən edilmişdir. Göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1996/2024 saylı, xx.xx.2024- cü il tarixli qətnaməsi qəbul edilərkən, ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur. Bu səbəbdən məhkəmə hesab edib ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı (190:345=0,55) və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.4- 2-ci bəndinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1, 232.2ci maddələrinə istinadla əsaslandırmışdır.
6. Qərardaddan narazı qalan borclu Maraqlı şəxs şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-17/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
7. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-17/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
8. Borclu şikayətini onunla əsaslandırıb ki, iş üzrə məhkəmənin mövqeyi əsassızdır. İş materiallarında olan sənədlərdən də göründüyü kimi Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)1996/2024 saylı qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)1466/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş 170 manat alimentin miqdarı dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X1 üçün 190 manat məbləğində sabit pul şəklində alimentin ondan tutularaq X7 verilməsi qət edilmişdir. Məhkəmədə bildirib ki, "xxxx" MMC-da fəhlə işləməklə aylıq 555 manat 43 qəpik əmək haqqı alır. Həmin məbləğin 190 manatı uşağın saxlanılması üçün tutularaq X7 verilir. Qətnamədə onun həqiqətən də qeyd olunan MMC-də fəhlə işləməyi və ayda 555 manat əmək haqqı alması qeyd olunsa da, məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkəmə qətnaməni əsaslandırmaq üçün “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarının 1.2.1, 8.4-1-ci yarımbəndinə istinad etmişdir. Bununla belə qətnamədə göstərilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)1996/2024 saylı qətnaməsi çıxarılan vaxt Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2024-cü il üçün minimum aylıq əmək haqqı 2024-cü ilin yanvar ayının 1-dən 345 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmin qətnamə ilə müəyyən olunmuş alimenti indeksasiya edərkən 2024-cü il üçün müəyyən edilmiş 345 manat minimum əmək haqqına istinad etməli idi. Bu halda alimentin indeksasiya edilməsi üçün heç bir əsas qalmayacaqdı. (345 manat x 2024-cü il üçün müəyyən edilmiş minimum əmək haqqının 0.55 misli = 189 manat 75 qəpik.) O, isə hər ay 190 manat sabit məbləğdə aliment ödəyir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassız olmaqlA bərabər həm də ədalətsiz qərardır. Məhkəmə qərarın tətbiqində yalnışlığa yol vermişdir. İndeksasiya 2024-cü il üçün müəyyən edilmiş 345 manat minimal əmək haqqı ilə hesablanmalıdır. Uşaq hazırda 1-ci sinifdə oxuyur, anası Nərmin Hümbətova əmək qabiliyyətli olmaqla özü də işləyə bilər. Onun məhkəmədə göstərdiklərinin heç bir sübutu olmasa da, məhkəmə onun göstərdiklərini sübut kimi qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticəyə müvafiq olaraq hər ay uşağa görə 220 manat aliment ödəmək qabiliyyətində deyil. Məhkəmə qeyd olunan halları ətraflı araşdırmamışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikas Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının
8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya baxışının hədləri
14. Apellyatorun hazırkı şikayəti Xaçmaz Rayon Məhkəməsinin 8(067)-17/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasına yönəlmişdir.
15. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin 8(067)-17/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-17/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
18. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1996/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1466/2023 saylı 21,08.2023-cü il tarixi qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh X4 hazırki qətnamə qanun qüvvəyə mindiyi gündən başlayaraq hər ay 190 manat məbləğində sabit pul şəklindı alimentin alınaraq iddiaçı X7 verilməsi qət edilmişdir.
19. X3 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1996/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Xaçınaz rayonu, Hacıəhmədoba kəndi ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs hər ay uşağa görə tutulan 190 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Maraqlı şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
20. İşə baxan məhkəmə ərizə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası da həmin nəticə ilə razışır və mövqeyini bu cür şərh edir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
22. İş materiallarında olan "xxxx" İnşaat MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Maraqlı şəxs həmin müəssisədə fəhlə işləyir və aylıq əmək haqqısı 555 manat 43 qəpik təşkil edir.
23. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, 2024-ci ilin yanvar ayından ölkə üzrə minimum əmək haqqı 345 manat təşkil etmişdir. Əgər yuxarıda qeyd olunan Plenum Qərarının tələblərindən çıxış edərək sadə qaydada riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,55 misli (190:345=0,55) həddində müəyyən edilmiş olur.
24. İşə baxan məhkəmə tərəflərin əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1996/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində indeksasiya edilməsi qənaətinə gəlmişdir.
25. Kollegiya işə baxan məhkəmənin qeyd olunan mövqeyini əsaslı və işin faktiki hallarına tam uyğun hesab edir.
26. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-17/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 399 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-17/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.