Məhkəmə qərarları › İş №8(105)-75/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-75/2021

17.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-75/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından «xxxx» MMC-ti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Ə.Xəlilov) tələbkar «xxxx» LTD MMC-nin Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli 2(067)-3054/2018 saylı qərardadından verdiyi şikayəti geri qaytarılması və tələbkara 2(067)-3054/2018 saylı icra vərəqəsinin yenidən icraya yönəldilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli 2(067)- 1126/2016 saylı icra sənədinə əsasən X1 551 (beş yüz əlli bir) manat məbləğində pul alınaraq «xxxx»MMC-yə ödənilməlidir. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxx 2017-ci il tarixli qərarı ilə «İcra Haqqında Qanun»un 85 və 23.1.3-cü maddələrinə əsasən icra sənədi Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır. Tələbkar «xxxx» LTD MMC-i tərəfindən Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxx 2017-ci il tarixli qərarından şikayət verilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Tələbkar «xxxx» LTD MMC-nin nümayəndəsi Y.Ağazadə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(067)-3050/2018 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Tələbkarın nümayəndəsi Y.V.Ağazadə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(067)-1126/2016 saylı məhkəmə əmrinə əsasən borclu K.A.Daşdəmirovdan 551 manat məbləğində pulun alınaraq «xxxx» MMC-yə ödənilməsi qərara alınıb. Məhkəmənin göstərilən əmri qanuni qüvvəyə minərək icra edilməsi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin məhkəmə qərarı şöbə tərəfindən icra edilməyib. İcra şöbəsi tərəfindən Regional Ədliyyə İdarəsinə təqdim edilmiş arayışa əsasən məlum olmuşdur ki, icra sənədi geri qaytarılmışdır. İcra Şöbəsinin «Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında» xx xxx 2017-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməsi tələbinə dair şikayət ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin məhkəmə həmin qərarı ləğv etməmişdir. Göstərilənlərə əsasən Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(067)-37/2021 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tələbkarın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(067)- 247/2020 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadından şikayət prosessual müddət ötürülməklə verildiyi üçün geri qaytarılmışdır. Sonradan tələbkarın nümayəndəsi həmin qərardaddan şikayət vermiş, məhkəmə prosessual müddət ötürülməklə qərardadın geri qaytarılmasının əsassız olması barədə nümayəndənin şikayəti ilə razılaşaraq, həmin qərardadı ləğv edib, şikayət prosessual müddətin ötürülməsinə münasibətdə mümkün saymış, lakin həmin tarixli digər qərardadla qanunvericilikdə iddia icraatı qaydasında baxılaraq qəbul edilmiş qərardadların məhkəmə qətnaməsinin icrası qaydasında şikayət verilməklə baasının yolverilməz olması əsası ilə şikayəti geri qaytarmışdır. Qanunvericilikdə iddia icraatı qaydasında baxılaraq qəbul edilmiş qərardadların məhkəmə qətnaməsinin icrası qaydasında şikayət verilməklə baxılması yolverilməz olduğundan məhkəmə haqlı olaraq həmin əsasla tələbkar «xxxx» LTD MMC-nin nümayəndəsi Y.Ağazadə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(067)- 3054/2018 saylı qərardadından şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbayjan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Tələbkarın nümayəndəsi X2 şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli 8(067)-37/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar