Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-75/2022 14.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, Tələbkar Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-125/2021 nömrəli 29 iyun 2021-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə Borclu1 tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: Siyəzən Rayon Məhkəməsinin 2(059)-08/2019 saylı 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Borclu1 iddiaçı Tələbkar QSC-nin xeyrinə 32R000000695 saylı kredit razılaşması üzrə 17854,54 ABŞ dolları məbləğində kredit, 3897,56 ABŞ dolları məbləğində faiz, 1800 ABŞ dolları məbləğində cərimə, 32R000002595 saylı kredit razılaşması üzrə 177139,46 ABŞ dolları məbləğində kredit, 36667,86 ABŞ dolları məbləğində faiz və 18000 ABŞ dolları məbləğində cərimə, 032R********** saylı kredit razılaşması üzrə 85444,16 ABŞ dolları məbləğində kredit, 17686,94 ABŞ dolları məbləğində faiz və 9000 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 367 490 (üç yüz altmış yeddi min dörd yüz doxsan) ABŞ dolları 52 (əlli iki) sent ödəniş vaxtına manata məzənnə üzrə borc, eləcə də ödənilmiş 180 manat dövlət rüsumunun 77 %-i, yəni 138,60 (bir yüz otuz səkkiz manat 60 qəpik) manatın tutulması, 27 may 2013-cü il tarixli, 32R000000695 saylı, 29 may 2014-cü il tarixli, 32R000002595 saylı və 30 dekabr 2014-cü il tarixli, 032R********** saylı kredit razılaşmaları üzrə tutmanın cavabdeh Borclu1 mülkiyyətində olan, ipotekaya qoyulmuş Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqlarına), Siyəzən rayonu Yenikənd kəndində 2 ha torpaq sahəsinə, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 60.4 kv.m yaşayış, 156.1 kv.m yardımçı, ümumi 216.5 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə, Siyəzən rayonu, Beşdam kəndindəki 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68.8 kv.m yaşayış, 69.3 kv.m yardımçı, ümumi 138.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə, eləcə də cavabdeh Borclu2 mülkiyyətində olan, ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 55 saylı evin 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 46.8 kv.m yaşayış, 22.6 kv.m yardımçı, ümumi 69.4 kv.m sahədən ibarət olan 60 saylı mənzilinə yönəldilməsi, torpaq sahələri və üzərindəki fərdi yaşayış evləri, habelə mənzillərin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması və əldə olunmuş pul vəsaitindən cavabdeh Borclu1 iddiaçı Tələbkar QSC-yə olan cəmi 367490 (üç yüz altmış yeddi min dörd yüz doxsan) ABŞ dolları 52 (əlli iki) sent ödəniş vaxtına manata məzənnə üzrə borcu, eləcə də ödənilmiş 180 manat dövlət rüsumunun 77 %-i, yəni 138,60 (bir yüz otuz səkkiz manat 60 qəpik) manatın ödənilməsi, ipoteka predmeti olan Borclu1 mülkiyyətində olan, ipotekaya qoyulmuş Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsinin (yaşayış məntəqələrinin torpaqları) ilkin satış qiymətinin 75000 manat, Siyəzən rayonu Yenikənd kəndində 2 ha torpaq sahəsinin bazar dəyərinin 40000 manat, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 60.4 kv.m yaşayış, 156.1 kv.m yardımçı, ümumi 216.5 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 60000 manat, Siyəzən rayonu, Beşdam kəndindəki 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68.8 kv.m yaşayış, 69.3 kv.m yardımçı, ümumi 138.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 20000 manat, ipoteka predmeti olan Borclu2 mülkiyyətində olan, ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 55 saylı evin 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 46.8 kv.m yaşayış, 22.6 kv.m yardımçı, ümumi 69.4 kv.m sahədən ibarət olan 60 saylı mənzilin ilkin satış qiymətinin 120000 manat məbləğində müəyyən edilməsi, bu əmlaklar açıq hərracdan satıldıqdan sonra müvafiq olaraq cavabdehlər Borclu1 və Borclu2 1 ay ərzində həmin ünvanlardan çıxarılmaqla torpaq sahəsi, üzərindəki fərdi yaşayış evi, eləcə də mənzilin boşaldılması və bu əmlakların alıcıya təhvil verilməsi, aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən cəmi 290 manatın 23 %-i, yəni 66,70 (altmış altı manat 70 qəpik) manatın iddiaçı "xxxx" QSC-dən, 77%-i, yəni 223,30 (iki yüz iyirmi üç manat 30 qəpik) manatın isə cavabdeh Borclu1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Bəylər Ələkbərov) Qətnamədən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, cavabdehlər Borclu1, X1 və Borclu2 apellyasiya şikayətləri vermişdirlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov sədrlik edən, məruzəçi, Z.İ.Məmmədov və H.Ç.Babayeva) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Siyəzən Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilərək, Tələbkar QSC ilə Borclu1 arasında bağlanmış 27 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi ləğv edilib, Borclu1 ödəniş vaxtı milli manata məzənnədə 32R000002595 saylı kredit razılaşması üzrə əsas borca 174.139,46 ABŞ dolları, hesablanmış faizə görə 36.667,86 ABŞ dolları, cəriməyə görə 5.000 ABŞ dolları olmaqla, ümumilikdə 215.807,32 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın Borclu1 mülkiyyətində olan Siyəzən rayonu, Yenikənd kəndində yerləşən 2.0 ha torpaq sahəsinə, Siyəzən rayonu, Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 216.5 kv.m olan fərdi yaşayış evinə, Siyəzən rayonu, Beşdam kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 138.1 kv.metr olan fərdi yaşayış evinə, Borclu2 mülkiyyətində olan ünvan 2 evin 60 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetləri olan-Siyəzən rayonu, Beşdam kəndində mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 23.000 manat, Siyəzən rayonu, Yenikənd kəndində mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 330.000 manat, ünvan 2 ünvanda yerləşən 60 saylı mənzilin likvid dəyərinin 152.000 manat, Siyəzən rayonu, Yenikənd kəndində mülkiyyətdə olan 2,0 ha torpaq sahəsinin likvid dəyərinin 40.000 manat müəyyən edilməsi, ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra Borclu1 və Borclu2 tərk etmədikdə, onların müvafiq olaraq həmin yaşayış evindən, mənzildən və torpaq sahəsindən çıxarılmaqla, qeyd olunan torpaq sahəsinin və yaşayış evinin, mənzilin boşaldılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Qətnamədən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh Borclu1 apellyasiya şikayətləri vermişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-130/2022 nömrəli 25 yanvar 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-125/2021 nömrəli 29 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, cavabdeh Borclu1 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-125/2021 nömrəli 29 iyun 2021-ci il tarixli qətnaməsinin icrasına 6 ay - xx.xx.2022-ci il tarixə kimi möhlət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar X3 nümayəndəsi X4 qətnamənin icrasına möhlət verilməsi barədə ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1, 231.2, 231.3, 231.4-cü maddələri) İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 yanvar 2003-cü il tarixli Plenum Qərarında qeyd edilir ki, məhkəmələrə tövsiyə edilsin ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Borclu1 hazırki ərizəsi təmin edilməməli, ona mövcud tələblə aidiyyəti üzrə müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-125/2021 nömrəli 29 iyun 2021-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə Borclu1 tərəfindən verilmiş ərizə təmin edilməsin. Borclu1 izah edilsin ki, mövcud tələblə aidiyyəti üzrə müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-75/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-75/2022
14.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver