Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-76/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadından Maraqlı şəxs2 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim İlkin Xəlilov) Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 8(067)-50/2020 saylı qərardadından Maraqlı şəxs2 nümayəndəsi Vəkil verdiyi şikayətin geri qaytarılması qərara alınmış, Maraqlı şəxs2 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2- 519/2006 saylı qətnaməsinin izah edilməsinə dair Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Faqil Adıgözəlovun ərizəsi təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-519/2006 saylı qətnaməsinə izah verilmişdir. Maraqlı şəxs Borclu hüquqi varisi Maraqlı şəxs1 qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı ilə Maraqlı şəxs1 Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)- 50/2020 saylı qərardadından şikayəti geri qaytarılmışdır. Borclu hüquqi varisi Maraqlı şəxs1 qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadından Maraqlı şəxs1 şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı ləğv edilmiş və Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadından Maraqlı şəxs1 şikayəti mümkün sayılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadından Borclu hüquqi varisi Maraqlı şəxs1 şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 8(105)-166/2020 saylı qərardadı ilə Maraqlı şəxs1 şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilmiş, qətnaməyə izah verilməsinə dair ərizəyə tərəflərin iştirakı təmin edilməklə məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırmış məhkəmə aktının qəbul edilməsi üçün yenidən baxılması üçün iş Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Maraqlı şəxs2 Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadından şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2000-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadından Maraqlı şəxs2 nümayəndəsi Vəkil verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Maraqlı şəxs2 qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, vətəndaşların məhkəmə aktlarından şikayət etmə hüquqları birbaşa olaraq onların konstitusion hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395.1.2-ci maddəsində məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda vətəndaşın ondan şikayət vermə hüququnun olduğu təsbit edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)- 50/2020 saylı qərardadından verilmiş şikayətin əsaslandırma hissəsindən də göründüyü kimi məhkəmə Maraqlı şəxs1 maraqlı şəxs Borclu hüquqi varisi kimi tanımışdır. Lakin qərardaddan verdiyi şikayətində bu tanınmanın qanuni olmaması ilə bağlı bir çox hallara aydınlıq gətirmiş və həmin səbəblərdən qərardadın ləğv edilməli olmasını xahiş etmişdir. Lakin məhkəmə həmin növ qərardadlardan şikayət verilməsinin Mülki Prosessual Məcəllədə nəzərdə tutulmaması əsası ilə şikayətə baxılmasını mümkün hesab etməmişdir. Göründüyü kimi, hazırki qərardad işin sonrakı hərəkətinə mane olur. Şikayətdə məhkəmə qərardadının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 nümayəndəsi Vəkil şikayətdə göstərilənlərə uyğun izahat verdi. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs2 şikayəti məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Həmin Məcəllənin 263.2-ci maddəsində göstərilir ki, məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Göründüyü kimi, qanunvericilikdə məhkəmələrin hansı qərardadlarından şikayət verilməsi konkret olaraq göstərilmişdir. Barəsində şikayət verilən Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadından Maraqlı şəxs1 şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı ləğv edilmiş və Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadından Maraqlı şəxs1 şikayəti mümkün sayılmışdır. Qeyd edilən kateqoriyalı qərardadlardan şikayət verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Maraqlı şəxs2 qərardaddan şikayətini qarardadın işin sonrakı hərəkətinə mane olması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı işin sonrakı hərəkətinə mane olmamış, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadından Borclu hüquqi varisi Maraqlı şəxs1 şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 8(105)-166/2020 saylı qərardadı ilə Maraqlı şəxs1 şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilmiş, qətnaməyə izah verilməsinə dair ərizəyə tərəflərin iştirakı təmin edilməklə məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırmış məhkəmə aktının qəbul edilməsi üçün yenidən baxılması üçün iş Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, barəsində şikayət verilən qərardad işin sonrakı hərəkətinə mane olmadığından birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Maraqlı şəxs2 şikayətində göstərdiyi dəlillər məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs2 şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №8(105)-76/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-76/2021
19.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver