Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-77/2023 11.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakının üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsinə dair təqdimatı üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(067)-130/2022 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun əmlakının üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-423/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 4850 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X1 xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri 124 manat məbləğində pul Borclu alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. “EMF” vasitəsilə verilmiş sorğular nəticəsində müəyyən olunmuşdur ki, Borclu adına “Mersedes Benz E 200” markalı, **-NV- *** qeydiyyat nişanlı minik avtomobili qeydə alınmışdır. Borclu tələbkar X1 xeyrinə ödənilməmiş 3880 manat borcu qalmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələblərinə uyğun olaraq icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbsin bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulmalı olduğunu nəzərə alaraq Borclu adına “Mersedes Benz E 200” markalı, **-NV-*** qeydiyyat nişanlı minik avtomobilin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi məsələsinə baxması xahiş edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(067)-130/2022 nömrəli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Borclu mülkiyyətində olan “MERCEDES BENZ E200” markalı, **-NV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyularaq həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan edilməsi qərara alınmışdır. Maraqlı şəxs şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, “Mersedes Benz E 200 minik” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı məcburi icra tədbirinin görülməsi barədə icra məmurunun təqdimatının təmin edilməməsi, “Mersedes Benz E 200 minik” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin və sərəncam vermək hüququna qoyulmuş qadağanın götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(067)-130/2022 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 8(067)-130/2022 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Anar Sadıqov). Maraqlı şəxs qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, üzərinə həbs qoyulmuş "Mercedes Benz E 200 minik” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydə alınsa da, faktiki olaraq Maraqlı şəxs istifadə və sahibliyindədir, çünki Maraqlı şəxs “Mercedes Benz E 200 minik” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobili Borclu 24.000 ABŞ dolları məbləğində pul vəsaiti ödəməklə xx.xx.2022-ci il tarixdə almışdır. Avtomobilin dəyərini Borclu ödədikdən sonra sonuncu Maraqlı şəxs baş etibarnamə vermişdir. Etibarnamə notarial qaydada təsdiq olunmuşdur. “Mercedes Benz E 200 minik” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin Borclu hazırda heç bir aidiyyəti yoxdur, Maraqlı şəxs Borclu borcuna görə üzərinə hər hansı məsuliyyət götürməmiş, onun öhdəliklərinə görə cavabdehlik daşımır. Lakin Xaçmaz Rayon Məhkəməsinin mübahisələndirilən qərardadı Maraqlı şəxs hüquq və maraqlarını pozmuş, onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmışdır. İcra məmurunun təqdimatına əsasən işə baxmış Xaçmaz Rayon Məhkəməsi işə baxmasına nə avtomobilin əvvəlki mülkiyyətçisi Borclu, nə də ki, avtomobilin hazırkı mülkiyyətçisi olan Maraqlı şəxs cəlb etməmiş, bununla da iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Nəticədə isə Maraqlı şəxs hüquqlarını pozan, maraqlarına toxunan əsassız və qanunsuz qərardad qəbul etmişdir. Maraqlı şəxs məhdudlaşdırılmış hüquqlarının bərpası üçün şikayət ilə məhkəməyə müraciət etsə də, məhkəmə şikayətdə istinad olunan etibarnamənin olmaması əsası ilə şikayəti geri qaytarmışdır. Hesab edir ki, şikayətə baxmış məhkəmə Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinin tələbinə görə, müzakirə olunan məsələyə çəkişmə prinsipinə riayət edilməklə, Maraqlı şəxs və tərəflərin iştirakı ilə baxa bilərdi. Lakin müəyyən edilir ki, Məhkəmə qanunvericiliyin ona verdiyi səlahiyyətdən istifadə etməklə, göstərilən bu qeyri-müəyyənliyi (etibarnamənin şikayətə əlavə olunmamasını) aradan qaldırmaq imkanına malik olduğu halda, bunu etməmişdir. Bildirir ki, Maraqlı şəxs şikayətinin qəbulu məsələsinə məhkəmə iclasında şikayət verən şəxsin iştirakı təmin olunmaqla baxılsaydı, Maraqlı şəxs etibarnaməni məhkəməyə təqdim etmək imkanına da malik olardı. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(067)- 130/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti qaytarılır. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, iş materiallarından müəyyən edilir ki, qeyd olunan qərardad ilə üzərinə həbs qoyulmuş “Mersedes Benz E 200” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu məxsusdur. İş materiallarından və şikayətdən müəyyən edilir ki, şikayət vermiş şəxs Maraqlı şəxs şikayətində həmin avtomobili Borclu pul müqabilində olmaqla etibarnamə əsasında aldığını bildirsə də, şikayətə həmin avtomobilin Maraqlı şəxs satılmasını (məxsus olmasını) təsdiqləyən hər hansı sənəd (həmçinin etibarnamə) əlavə edilməmişdir. Buna görə də şikayət şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilən zaman müvafiq sənədlər şikayətə əlavə olunmamışdır. Müvafiq sənədin (etibarnamənin) surətinin iş materiallarına sonradan əlavə olunması məhkəmə qərardadının apellyasiya qaydasında ləğvi üçün əsas ola bilməz. Belə ki, hazırkı şikayətə əlavə edilmiş etibarnamənin surətindən görünür ki, Borclu mülkiyyətində olan “Mersedes Benz E 200” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə 1 il müddətinə olmaqla xx.xx.2023-cü il tarixədək Maraqlı şəxs etibar edilmişdir. Göründüyü kimi avtomobilə dair Maraqlı şəxs verilmiş etibarnamənin müddəti bitmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 8(067)-130/2022 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(067)-130/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(067)-130/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-77/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-77/2023
11.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver