Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-77/2024 08.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, X2 Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-81/2024 nömrəli qərardadından borclu X5 tərəfindən verilmiş şikayətin mümkünlük məsələsinə baxaraq, müəyyən etdi : X5 ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-81/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. X1 qərardaddan şikayət verərək qəradadın ləğv edilərək şikayətin təmin edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-81/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır... MPM-in 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, borclu X5 tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməmişdir. MPM-nin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi X2 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-81/2024 nömrəli qərardadından verdiyi şikayətin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyini müzakirə etmədən və şikayəti geri qaytarmaq əvəzinə şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. MPM-in 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-81/2024 nömrəli qərardadından borclu X5 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 363.4-cü maddəsinə görə bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-81/2024 nömrəli qərardadından borclu X5 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(105)-77/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-77/2024
08.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver